Previous Next
Bağla

“Bitcoin”in qiyməti kiberhücumdan sonra yüksəlib

02-11-2026 13:03
“Bitcoin”in qiyməti kiberhücumdan sonra yüksəlib

“Bitcoin”in qiyməti 78 dollar səviyyəsinə çatıb.

Xeberler.az məlumat verir ki, dünyanın əsas kriptovalyutası tarixi kiberhücumdan sonra gözlənilməz dayanıqlılıq göstərir. Ötən həftə dünyanın ən böyük kriptovalyuta birjasına qarşı həyata keçirilən genişmiqyaslı kiberhücumdan sonra investorlar bazarda daha ciddi itkilər gözləsələr də, “Bitcoin” gözlənilməz dayanıqlılıq nümayiş etdirir. Ən böyük kriptovalyuta hazırda 78 min dollar civarında ticarət olunub. Bununla belə, bu göstərici “Binance” kriptovalyuta birjasının istifadəçilərə məxsus 6,3 milyard dollarlıq vəsaitin oğurlanmasına səbəb olan kiberhücum barədə açıqlama verməsindən əvvəl qeydə alınan maksimum səviyyədən təxminən 4 faiz aşağıdır.

Ekspertlər bildirirlər ki, “Bitcoin”in həftəsonu ərzində dəyərini qoruyub saxlaması, əsasən, “Binance” birjasının açıqlamalarına olan etimadla bağlıdır. Onun sözlərinə görə, bazar iştirakçıları “Binance”ın yaranmış itkiləri qarşılamaq üçün kifayət qədər maliyyə resurslarına malik olduğuna inanırlar.

“Bitcoin” ötən həftə riskli aktivlərin kütləvi satışa məruz qalması fonunda təzyiq altında idi. Bu baxımdan, kriptovalyutanın nisbətən sabit mövqeyini qoruması investorların baş verən hadisəyə əvvəlki böyük birja böhranları ilə müqayisədə fərqli yanaşdığını göstərir.

2022-ci ildə həmin dövrdə dünyanın ikinci ən böyük kriptovalyuta birjası olan FTX-in süqutu zamanı “Bitcoin” cəmi 3 gün ərzində 19 faiz ucuzlaşmışdı. Keçmiş milyarder Sam Bankman-Fried tərəfindən idarə olunan şirkət likvidlik böhranı nəticəsində iflasa uğramışdı.

Analitiklər hesab edirlər ki, dünyanın əsas kriptovalyutasının bu dəfə daha dayanıqlı olması səbəblərindən biri “Binance”ın istifadəçilərin zərər görməməsi üçün bazardan “Bitcoin” almasıdır. Bununla belə, bazarda ümumi investor əhval-ruhiyyəsi hələ də narahatlıq doğurur. Bu il kiberhücumlarda süni intellekt texnologiyalarından istifadə artıb.

“İnsanlar baş verənləri daha böyük təhlükənin yalnız görünən hissəsi kimi qiymətləndirirlər və süni intellektin imkanlarını nəzərə alaraq, gələcəkdə daha çox hücumun baş verəcəyini gözləyirlər. Dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance” belə hücuma məruz qala bilirsə, deməli, heç kim tam təhlükəsiz deyil”, - deyə ekspertlər qeyd edirlər.

Kriptovalyuta bazarına qısamüddətli perspektivdə daha ciddi təsir göstərə biləcək amillərdən biri isə ABŞ-də çərşənbə axşamı keçiriləcək aralıq seçkilərdir. Konqresdə siyasi qüvvələr balansının dəyişməsi kriptovalyuta bazarının tənzimlənməsi və bazar strukturuna dair qanunvericilik təşəbbüslərinin gələcək taleyinə əhəmiyyətli təsir göstərə bilər.

Ötən həftəyədək kriptovalyuta sektorunda ən böyük kiberhücum 2025-ci ildə “Bybit” birjasına qarşı həyata keçirilmişdi. Həmin hücum nəticəsində təxminən 1,5 milyard dollar dəyərində kriptovalyuta vəsaiti oğurlanmışdı.

ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) həm “Binance”, həm də “Bybit” birjalarına qarşı həyata keçirilən kiberhücumları Şimali Koreya ilə əlaqələndirilən “TraderTraitor” haker qrupu ilə əlaqələndirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Şimali Koreya hakerləri "Binance"a hücumun arxasında dayana bilər

Şimali Koreya hakerləri "Binance"a hücumun arxasında dayana bilər

31-10-2026
FTB "Binance"ə qarşı kiberhücumla bağlı araşdırmaya başlayıb

FTB "Binance"ə qarşı kiberhücumla bağlı araşdırmaya başlayıb

31-10-2026
“Bitcoin”in qiyməti tarixi maksimuma yüksəlib

“Bitcoin”in qiyməti tarixi maksimuma yüksəlib

14-07-2025
Parçalanma Bitcoin-in qiymətinə necə təsir edəcək?-Təhlil

Parçalanma Bitcoin-in qiymətinə necə təsir edəcək?-Təhlil

05-08-2017
“Bitcoin”in qiyməti 8 ayın maksimumuna yüksəlib

“Bitcoin”in qiyməti 8 ayın maksimumuna yüksəlib

21-09-2026
Kriptovalyutalar ucuzlaşıb

Kriptovalyutalar ucuzlaşıb

11-05-2018
Hakerlər 600 milyon dollarlıq kriptovalyuta oğurlayıb

Hakerlər 600 milyon dollarlıq kriptovalyuta oğurlayıb

11-08-2021
Dünya Bankından kriptovalyuta açıqlaması

Dünya Bankından kriptovalyuta açıqlaması

09-02-2018
“Bitcoin”in ilin sonunadək 100 min dollara çatması ehtimalı 17 faiz qiymətləndirilir

“Bitcoin”in ilin sonunadək 100 min dollara çatması ehtimalı 17 faiz qiymətləndirilir

28-10-2026
Qlobal bank böhranları kriptovalyuta bazarlarına necə təsir edəcək?

Qlobal bank böhranları kriptovalyuta bazarlarına necə təsir edəcək?

28-03-2023
Virtual pullar bazarında QİYMƏTLƏR?

Virtual pullar bazarında QİYMƏTLƏR?

16-11-2018
Kriptovalyuta bazarında "Bitcoin"in kəskin bahalaşmasının səbəbləri nədir?

Kriptovalyuta bazarında "Bitcoin"in kəskin bahalaşmasının səbəbləri nədir?

26-10-2023
"Binance" haker hücumundan sonra 2,5 milyard dollardan çox aktivi dondurub

"Binance" haker hücumundan sonra 2,5 milyard dollardan çox aktivi dondurub

30-10-2026
Brian Kelly: Bitcoin yeni maksimum qiymətə çatacaq

Brian Kelly: Bitcoin yeni maksimum qiymətə çatacaq

13-04-2019
Bitcoin-in qiyməti 9 min dollardan aşağı düşüb

Bitcoin-in qiyməti 9 min dollardan aşağı düşüb

02-02-2018
Bitkoinin qiyməti bütün zamanların ən yüksək həddinə çatıb

Bitkoinin qiyməti bütün zamanların ən yüksək həddinə çatıb

14-08-2025
Bitcoin yeni rekorda imza atdı

Bitcoin yeni rekorda imza atdı

07-08-2017
Texas bitcoin ilə bağlı qanun qəbul edib

Texas bitcoin ilə bağlı qanun qəbul edib

26-05-2025
Bitkoin FED-in faiz qərarından sonra 8 faiz bahalaşıb

Bitkoin FED-in faiz qərarından sonra 8 faiz bahalaşıb

28-07-2022
İnvestisiya portfelinin ən azı bir faizi bitcoin olmalıdır

İnvestisiya portfelinin ən azı bir faizi bitcoin olmalıdır

17-04-2019
Apple qurcusunun Bitcoin-ləri oğurlandı

Apple qurcusunun Bitcoin-ləri oğurlandı

01-03-2018
Mərkəzi Bankdan Bitcoin açıqlaması

Mərkəzi Bankdan Bitcoin açıqlaması

12-02-2018
İranda iki bankın informasiya sistemlərinə kiberhücumlar olub

İranda iki bankın informasiya sistemlərinə kiberhücumlar olub

19-06-2025
Kriptovalyuta sahəsində nə baş verir?-Bitcoin parçalandı

Kriptovalyuta sahəsində nə baş verir?-Bitcoin parçalandı

02-08-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə