Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "Apple" şirkətinin məhsullarında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə xəbərdarlıq edib.
Xeberler.az məlumat verir ki, "iOS", "iPadOS" və "macOS" əməliyyat sistemlərinin müəyyən versiyalarında qeydə alınmış bu boşluq kiberdələduzların cihazları ələ keçirməsinə şərait yaradır.
Belə ki, hazırda vətəndaşlara xarici nömrələrdən zənglər edilir, "WhatsApp" və "Telegram" hesablarına aldadıcı mesajlar vasitəsilə zərərli fayllar göndərilir. Həmin fayllar əməliyyat sistemlərinin son yenilənmiş versiyalarını istifadə etməyən vətəndaşların cihazlarının dələduzlar tərəfindən ələ keçirilməsinə yol açır. Bu da istifadəçi məlumatlarının icazəsiz əldə edilməsi ilə nəticələnə bilər.
Milli Kibertəhlükəsizlik Agentliyi istifadəçilərə aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:
• “iPhone”, “iPad” və “Mac” cihazlarının əməliyyat sistemlərini mövcud olan ən son versiyaya yeniləyin;
• Naməlum və etibarsız mənbələrdən gələn faylları açmayın;
• Avtomatik sistem yeniləmələrini aktiv edin.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları