“AzInTelecom”un dəstəyi ilə Bakıda “TechConnect Week 2026” tədbiri keçiriləcək.
Noyabrın 2-7-də baş tutacaq tədbir çərçivəsində 10-a yaxın ali təhsil müəssisəsində süni intellekt və yeni texnologiyalar üzrə təlimlər təşkil olunacaq. Təlimlərdə tələbələr süni intellekt və yeni texnologiyalar üzrə nəzəri biliklərlə yanaşı, praktiki tapşırıqlar da yerinə yetirəcəklər. Onlar komandalarda işləyərək tapşırıqları həll edəcək və öz texnoloji həllərini təqdim edəcəklər.
Noyabrın 7-də “Baku Events Hall”da keçiriləcək əsas tədbirdə süni intellekt, data analitikası, kibertəhlükəsizlik, proqramlaşdırma və biznesin rəqəmsal transformasiyası müzakirə olunacaq. İştirakçılar sahə ekspertlərini dinləyəcək və yeni texnoloji trendlərlə tanış olacaqlar.
“TechConnect 2026”da 1 000-dən çox iştirakçı, 30-dan çox spiker və 20-dən çox tərəfdaşın iştirakı gözlənilir.
Təşəbbüsün əsas məqsədi tələbələrin müasir texnoloji tendensiyalar barədə məlumatlılığını artırmaq, süni intellekt alətlərinin tətbiqi imkanlarını təşviq etmək və innovasiya ekosistemi ilə akademik mühit arasında əlaqələri gücləndirməkdir. Tədbir həmçinin gənclərin rəqəmsal bacarıqlarının inkişafına və süni intellekt sahəsində bilik mübadiləsinə yönəlib.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları