Yeni tədris ilindən Azərbaycan Texniki Universitetində “Elektron hökumət” xidmətləri üzrə 3 laboratoriya fəaliyyət göstərəcək.
Xəbərlər-in məlumatına görə, bu barədə Trend-ə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) xəbər verilib.
Söhbət elektron xidmətlər, elektron imza və geniş zolaqlı internet şəbəkələri üzrə laboratoriyaların yaradılmasından gedir. Bu laboratoriyalar tələbələrin IT sahəsində ixtisasını artırmağa, kadrların hazırlanmasına və tələbələrin nəzəri biliklərinin təcrübədə tətbiq olunmasına imkan yaradacaq.
Tələbələr elektron imzanın əldə olunması ilə bağlı sorğunun formalaşmasından onun son istifadəçiyə verilməsinə kimi bütün proseslərdə birbaşa iştirak edə biləcəklər.
Elektron xidmətlər üzrə laboratoriyalarda tələbələr mobil proqram təminatlarının hazırlanması, elektron xidmətlərin formalaşması, onların “Elektron hökumət” portalına inteqrasiya edilməsi ilə bağlı təcrübə qazana biləcəklər. Bu təcrübə gələcəkdə tələbələrə dövlət qurumlarında olduğu kimi, özəl müəssisələrdə də iş tapmağa imkan yaradacaq.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri