Previous Next
Bağla

Türkdilli dövlətlər də e-imzanı tanıyacaq

26-05-2017 11:49
Türkdilli dövlətlər də e-imzanı tanıyacaq

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) informasiya və kommunikasiya texnologiyaları üzrə işçi qrupunun 2-ci iclası keçirilib.

Xebeler.az-ın məlumatına görə, tədbirdə “Elektron hökumət”, elektron imza, peyk xidmətləri, kibertəhlükəsizlik, “Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM)” layihəsi və fiber-optik infrastrukturunun inkişafı mövzularında altqrupların iclasları təşkil olunub. Qeyd olunan sahələrdə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

İclaslarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları iştirak edib.

Ölkəmizin "Elektron hökumət", "Elektron imza" infrastrukturu barədə təqdimatla çıxış edən Məlumat Hesablama Mərkəzi Milli Sertifikat Xidmətləri Mərkəzinin mütəxəssisi Həbib Abbasov sosial xidmətlərin elektronlaşdırılması, sənəd mübadiləsinin avtomatlaşdırılması və elektron imzanın tətbiqi barədə ətraflı məlumat verib. H. Abbasov bildirib ki, Azərbaycanın elektronlaşma sahəsində əldə etdiyi uğurlar elektron imzanın dövlətlərarası tanınmasına imkan verir.

E-hökumət altqrupu təqdimatlar və müzakirələr əsasında mobil tətbiqlər, “bir pəncərə” prinsipi üzrə elektron xidmət təminatı, açıq məlumatlar və s. üzrə təcrübə mübadiləsinin aparılmasını, bununla əlaqədar təlimlərin təşkil olunmasını, ümumi layihələrin hazırlanması üçün hər bir üzv dövlətin elektron hökumət sisteminin araşdırılmasını qərara alıb.

Sonda türkdilli dövlətlər arasında elektron imzanın tanınması məqsədi ilə ilkin şəraitin yaradılması ilə bağlı razılıq əldə olunub. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan arasında elektron imzanın tanınması üçün tələb olunan məlumatların təmin edilməsi məqsəd olaraq qarşıya qoyulub.

Həmçinin, müzakirələr əsasında şuraya üzv dövlətlər arasında ortaq elektron xidmətlərin hazırlanması müzakirə olunub.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İKT nazirlərinin növbəti görüşü keçirilib

01-02-2019

Avstriya Azərbaycanda mobil hökumətlə maraqlanır

15-07-2017

Azərbaycanla Türkiyənin e-imzaları qarşılıqlı tanınacaq

17-09-2019

“Elektron hökumət” mövzusunda seminar keçirilib

02-03-2017

Milli Açıq Açar İnfrastrukturunun (PKİ) qurulması barədə elan edilmiş Açıq Tenderin nəticələri açıqlanıb.

08-10-2008

Türkiyə Azərpoçt-la yeni əməkdaşlığa başladı

29-11-2016

“Elektron hökumət” bülleteninin növbəti sayı dərc edilib

18-07-2017

İstanbulda İKT üzrə Nazirlər Toplantısı keçirilib

10-11-2017

“Elektron-hökumət” quruculuğunda yeni layihələr həyata keçiriləcək

24-01-2015

“Elektron Hökumət” bülleteni təqdim olunacaq

05-02-2015

Ölkəmiz e-imza ilə bağlı beynəlxalq konfransda təmsil edilib

16-09-2017

Ukraynalı mütəxəssislərlə e-hökumət sahəsində əməkdaşlıq müzakirə olunub

11-11-2016

Nazirliyin əməkdaşlarına e-hökumət ilə bağlı seminar keçirilib

03-07-2017

Texniki Universitetdə elektron imza laboratoriyaları yaradılıb

20-08-2015

“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olunacaq

08-04-2015

“Elektron Hökumət” üzrə ixtisasartırma kursları təşkil olunub

20-02-2015

“Elektron hökumət” bülleteni üzrə brifinq keçirilir

10-04-2015

“İnkişaf üçün İKT” konfransı başa çatdı

28-10-2015

Elektron imzalama sayı 23 milyona çatır

21-10-2017

"Elektron imza"nı artıq poçt şöbələrindən almaq mümkündür

29-03-2013

Elektron Hökumət üzrə İcra Qrupunun ikinci görüşü keçirilib

10-07-2019

Azərbaycan GUAM ölkələri ilə elektron vergi bəyannaməsinin tətbiqini müzakirə edir

24-10-2018

Azəriqaz-ın xidmətləri portala inteqrasiya olunur

13-08-2015

Elektron imza vermək istəyənlərin nəzərinə!

07-09-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə