Previous Next
Bağla

Nazirliyin əməkdaşlarına e-hökumət ilə bağlı seminar keçirilib

03-07-2017 16:32
Nazirliyin əməkdaşlarına e-hökumət ilə bağlı seminar keçirilib

Təhsil Nazirliyinin əməkdaşlarına keçirilən seminarda "Elektron hökumət" portalı, elektron xidmətlər və elektron imza barədə ətraflı məlumat verilib.

Xeberler.az-ın məlumatına görə, tədbiri açıq elan edən Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin müdir müavini Orxan Abbasov müasir dünyada elektron xidmətlərin rolundan danışıb.

Seminarın birinci sessiyası "Elektron hökumət" istiqamətində aparılan islahatlara, bu islahatların nəticəsi kimi portalda və dövlət qurumlarının səhifəsində yer alan elektron xidmətlərə, habelə, portalın mobil versiyasına həsr olunub. Elektron imzanın sənəd mübadiləsindəki rolu və cari tətbiq dairəsi üzrə geniş təqdimat keçirilib.

"Elektron hökumət" portalının operatoru - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin proqramçı-mühəndisi Ruslan Mürsəlov xidmətlərin portala inteqrasiyası zamanı gözlənilən texniki standartlara aydınlıq gətirib, alt sxem üzrə fərdi məlumatların saxlanılma şəkli və nəzərə alınan məxfilik siyasəti barədə ətraflı danışıb.

İkinci sessiyada portala istifadəçi nöqteyi-nəzərindən baxış keçirilib, "Elektron hökumət" portalına qeydiyyat, giriş vasitələri, xidmət qrupları, ən çox müraciət olunan xidmətlər və yardımçı funksionallıqlar əyani olaraq nümayiş etdirilib.

Seminar sual-cavab sessiyası, müzakirələrlə yekunlaşıb.

Qeyd edək ki, bu gün "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən istifadəçiyə 450 elektron xidmət təqdim edilir. 

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Elektron hökumət” mövzusunda seminar keçirilib

02-03-2017

E-imza ilə bağlı növbəti seminar keçirilib

06-05-2017

Tələbələrə portal barədə məlumat verilib

29-03-2017

Mingəçevirdə e-xidmətlərlə bağlı seminar keçirilib

01-04-2017

“Elektron Hökumət” bülleteni təqdim olunacaq

05-02-2015

“Elektron Hökumət və gənclər” seminarı keçirilib

01-12-2015

Tələbələrə portalın xidmətləri barədə məlumat verilib

16-12-2015

Regionlarda əhaliyə e-xidmətlərlə bağlı məlumat verilir

31-08-2017

“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olunacaq

08-04-2015

“Elektron Hökumət” bülleteninin avqust sayı işıq üzü görüb

10-08-2015

“Elektron hökumət və gənclər” seminarı keçirilib

29-09-2015

E-hökumət mövzusunda növbəti seminar keçirilib

06-07-2017

“Elektron hökumət” bülleteninin növbəti sayı dərc edilib

18-07-2017

Nazirlik yeni elektron xidmətlərini “Elektron Hökumət” portalına inteqrasiya edir

10-06-2015

Elektron Hökumət portalının operatoru tələbələrlə görüşdü

05-05-2015

Ağdaşda e-xidmətlərlə bağlı seminar keçirilib

28-04-2017

Tələbələrə portal barədə məlumat verilib

02-03-2018

“Elektron Hökumət” üzrə ixtisasartırma kursları təşkil olunub

20-02-2015

“Elektron-hökumət” portalının statistikası təqdim olundu

07-05-2015

Avstriyalı mütəxəssis portalın fəaliyyətini yüksək qiymətləndirib

15-01-2017

Ukraynalı mütəxəssislərlə e-hökumət sahəsində əməkdaşlıq müzakirə olunub

11-11-2016

Daha bir xidmət “Elektron hökumət” portalına qoşuldu

02-02-2015

Portalın Android versiyasına yeni xidmətlər əlavə edildi

22-06-2017

“Elektron hökumət” bülleteni üzrə brifinq keçirilir

10-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə