Startap şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda Startap şəhadətnaməsi almaq məqsədilə KOBİA-ya müraciət edən 16 sahibkarlıq subyektinin sənədlərinə baxılıb.
Xeberler.az bildirir ki, müzakirələr zamanı müraciətçi sahibkarlıq subyektlərinin səlahiyyətli nümayəndələri fəaliyyətləri və innovativ həlləri barədə qısa təqdimatlarla çıxış ediblər.
Ekspertlər Şurasının apardığı qiymətləndirmənin nəticələrinə əsasən, 10 quruma Startap şəhadətnaməsinin verilməsi tövsiyə olunub. Qeyd olunub ki, yekun şəhadətnamələr Ekspertlər Şurasının rəyi əsasında KOBİA tərəfindən təqdim ediləcək.
Məlumata görə, indiyədək ümumilikdə 298 sahibkarlıq subyekti Startap şəhadətnaməsi əldə edib. Startap şəhadətnaməsi alan subyektlərlə Startup Azərbaycan portalında tanış olmaq mümkündür.
Xatırladaq ki, qüvvədə olan qanunvericiliyə əsasən, Startap şəhadətnaməsi əldə edən sahibkarlıq subyektləri innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə 3 il müddətinə mənfəət və gəlir vergisindən azad edilirlər.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları