Daha 4 qurum Startap şəhadətnaməsi alıb

30-03-2023 / 13:34
Bu gün startap şəhadətnaməsinin verilməsi üçün yaradılmış Ekspertlər Şurasının növbəti toplantısı keçirilib.
 
Xeberler.az-ın məlumatına görə, toplantıda Startap şəhadətnaməsi almaq üçün KOBİA-ya sənəd təqdim edən 4 sahibkarlıq subyektinin müraciətinə baxılıb.
 
İddiaçıların səlahiyyətli nümayəndələri qısa müddətli təqdimatlar ediblər.
Ekspertlər Şurasının qiymətləndirilməsi əsasında 4 quruma Startap şəhadətnaməsinin verilməsi tövsiyyə edilib.
 
Şəhadətnamələr Ekspertlər Şurasının rəyi əsasında KOBİA tərəfindən veriləcək.
İndiyədək 94 sahibkarlıq subyektinə Startap şəhadətnaməsi verilib.
 
Startap şəhadətnaməsi alanlar qanunvericiliyə görə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə