Daha 2 qurum Startap şəhadətnaməsi alıb

02-02-2023 / 13:24

Startap şəhadətnaməsinin verilməsi üçün yaradılmış Ekspertlər Şurasının növbəti toplantısı keçirilib.

Xeberler.az-ın məlumatına görə, toplantıda Startap şəhadətnaməsi almaq üçün KOBİA –ya sənəd təqdim edən 3 sahibkarlıq subyektinin müraciətinə baxılıb.

İddiaçıların səlahiyyətli nümayəndələri qısa müddətli təqdimatlar ediblər. Ekspertlər Şurasının qiymətləndirilməsi əsasında 2 quruma Startap şəhadətnaməsinin verilməsi tövsiyyə edilib.

Şəhadətnamələr Ekspertlər Şurasının rəyi əsasında KOBİA tərəfindən veriləcək.

İndiyədək 88 sahibkarlıq subyektinə Startap şəhadətnaməsi verilib.

Startap şəhadətnaməsi alanlar qanunvericiliyə görə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir.

 

Xeberler.az

 
 
 

ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.