Previous Next
Bağla

13 Fevral Ümumdünya Radio Günüdür

13-02-2025 11:34
13 Fevral Ümumdünya Radio Günüdür

Bu gün, fevralın 13-də dünya ictimaiyyəti Ümumdünya Radio Gününü qeyd edir.

Xeberler.az məlumat verir ki, 2011-ci ildə UNESCO-ya üzv dövlətlər tərəfindən elan olunmuş və 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən BMT-nin Beynəlxalq Günü kimi qəbul edilmiş 13 fevral - Ümumdünya Radio Günündə (WRD) sürətlə inkişaf edən texnologiyalar, xüsusən süni intellekt dövründə bu sahənin perspektivləri müzakirə olunur. Eyni zamanda, 2025-ci ildə bu əlamətdar gün “Radio və iqlim dəyişikliyi” mövzusunda qeyd edilir.

Texnologiya, elm, rabitə vasitələri və audio elementlərinin proqramlaşdırılması sistemi kimi, radionun kökləri 1800-cü illərə qədər uzanır. Bu media vasitəsinin 100 ildən artıq bir mərhələsinin təqdim etdiyi imkanlar XXI əsrdə onun potensialını qeyd etmək üçün bir fürsətdir. Çünki statistik cəhətdən populyar və ictimaiyyət tərəfindən çox etibar edilən radio rəqəmsal platformalar, geniş yayılmış sosial media əsrində auditoriya və gəlir baxımından artan çətinliklərlə üzləşir. 2025-ci ildə qeyd edilən bu əlamətdar gündə radionun iqlim böhranı ilə bağlı fəaliyyəti, təmiz texnologiyaların tətbiqi, ətraf mühitin mühafizəsi üzrə təbliğat prosesində iştirakı məsələləri gündəmə gətirilib. BMT qeyd edir ki, fövqəladə hallar, o cümlədən fırtınalar, zəlzələlər, daşqınlar, meşə yanğınları, qəzalar və müharibələr kimi təbii və insan tərəfindən törədilən fəlakətlər zamanı radionun ictimai təhlükəsizlik şəbəkəsi kimi əhəmiyyəti daha da aktuallaşır.

Azərbaycanda radionun yarandığı gün 1926-cı il noyabrın 6-na təsadüf edir. İlk dövrdə Bakı studiyası indiki İstiqlaliyyət küçəsi 10 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının üçüncü mərtəbəsində, cəmi 3 otaqda fəaliyyət göstərirdi.

Tədqiqatçılar yazır ki, 1925-ci il aprelin 22-də Azərbaycan Xalq Komissarları Soveti Bakıda əhatə dairəsi 600 kilometr olan geniş yayımlı radio verilişləri stansiyası tikməyi qərara aldı. 1928-ci il mayın 13-də Azərbaycan Xalq Komissarları Soveti radionun əsasnaməsini təsdiq etdi. 1932-ci ilin aprelində radio yayımı orqanı Mərkəzi İcraiyyə Komitəsindən alınaraq Xalq Komissarları Sovetinin tabeliyinə verildi. 1932-ci il iyulun 5-də Azərbaycan MİK Radio Yayımı üzrə Mərkəzi Komitənin yaradılması barədə qərar qəbul etdi. 1933-cü il mayın 5-də Azərbaycan Xalq Komissarları Soveti yanında Radiolaşdırma və Radio Verilişləri Komitəsi yaradıldı. 1939-cu ilin avqustunda Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinə çevrildi. 1953-cü ildə Radioinformasiya Komitəsi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi və Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsi adlandırıldı. 1957-ci ildə Radioinformasiya İdarəsi və Bakı Televiziya Studiyası birləşdirilərək Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsi yaradıldı.

1970-ci ildə Dövlət Radio və Televiziya Verilişləri Komitəsi təsis edildi. 1991-ci ildə Dövlət Televiziya və Radio Verilişləri Komitəsi şirkətə çevrildi. 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı.

Hazırda paytaxt Bakıda və ölkənin digər şəhərlərində onlarla radio kanalı fəaliyyət göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bu gün Azərbaycan televiziyasının yaranma günüdür

Bu gün Azərbaycan televiziyasının yaranma günüdür

14-02-2022
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə sədr təyin edilib

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə sədr təyin edilib

00-00-0000
Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı qeyd olunur

Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı qeyd olunur

06-11-2009
Azərbaycanda ilk rəqəmli radio fəaliyyətə başlayıb

Azərbaycanda ilk rəqəmli radio fəaliyyətə başlayıb

23-04-2012
Qarabağda yeni radio kanal fəaliyyət göstərəcək

Qarabağda yeni radio kanal fəaliyyət göstərəcək

09-02-2021
Mədəniyyət kanalının rəhbəri məlum oldu

Mədəniyyət kanalının rəhbəri məlum oldu

04-01-2011
Televiziya və Radio Akademiyasının açılışı olub.

Televiziya və Radio Akademiyasının açılışı olub.

17-06-2010
Azərbaycanda yeni radio açılır

Azərbaycanda yeni radio açılır

24-01-2024
Azərbaycanda yeni radio kanalının açılması üçün müsabiqə elan edilib

Azərbaycanda yeni radio kanalının açılması üçün müsabiqə elan edilib

23-11-2010
Arif Alışanov vəzifəsindən azad olunub

Arif Alışanov vəzifəsindən azad olunub

15-01-2019
Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

23-08-2024
Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verilib

Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verilib

24-05-2021
Yeni radio sabahdan yayıma başlayır

Yeni radio sabahdan yayıma başlayır

09-02-2009
Bu gün Ümumdünya Radio günüdür

Bu gün Ümumdünya Radio günüdür

13-02-2015
Azerspace-1 üzərindən yeni televiziya və radio kanalları yayıma başladı

Azerspace-1 üzərindən yeni televiziya və radio kanalları yayıma başladı

20-01-2016
“Azərbaycanda dini televiziyanın və radionun açılması mümkün deyil”

“Azərbaycanda dini televiziyanın və radionun açılması mümkün deyil”

28-09-2016
MTRŞ kabel televiziyası yayımında dəyişikliklər edir

MTRŞ kabel televiziyası yayımında dəyişikliklər edir

21-05-2015
MTRŞ-da “Radio Frans”ın Azərbaycanda yayımı müzakirə olunub

MTRŞ-da “Radio Frans”ın Azərbaycanda yayımı müzakirə olunub

22-10-2009
Space radionun bağlanması ilə bağlı rəsmi açıqlama

Space radionun bağlanması ilə bağlı rəsmi açıqlama

29-09-2016
CBC radiosu Şuşada yayıma başlayıb

CBC radiosu Şuşada yayıma başlayıb

08-05-2021
Azərbaycanda televiziyanın yaranmasının 60 ili tamam olur

Azərbaycanda televiziyanın yaranmasının 60 ili tamam olur

14-02-2016
Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verilib

Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verilib

09-09-2022
Bu gün Azərbaycanda Televiziya və Radio Günüdür

Bu gün Azərbaycanda Televiziya və Radio Günüdür

06-11-2025
Ağdərədə üç radio-televiziya yayım stansiyasının fəaliyyəti bərpa edilib

Ağdərədə üç radio-televiziya yayım stansiyasının fəaliyyəti bərpa edilib

29-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə