Previous Next
Bağla

Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

23-08-2024 17:16
Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

Azərbaycan Audiovizual Şurasının növbəti iclası keçirilib.

Xeberler.az bildirir ki, iclasda 2 məsələ müzakirə olunub.

İlk olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımının genişləndirilməsi məsələsi müzakirə olunub. Bu məqsədlə Audiovizual Şuranın qərarı ilə Şuşa rayonu ərazisində yerləşən “Turşsu” radio-televiziya yayım stansiyasından 46-cı TV yayım kanalı və Ağdərə rayonu ərazisində yerləşən “Həsənriz kənd” radio-televiziya yayım stansiyasından 25-ci TV yayım kanalı infrastruktur operatoru olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin istifadəsinə ayrılıb.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli 1844 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2024-cü il tarixli Fərmanı ilə əlaqədar “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Audiovizual Şuraya müraciəti müzakirə olunmuşdur. Şuranın qəbul etdiyi müvafiq qərarlara əsasən “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-yə regional yerüstü televiziya yayımçısı (kanalın adı: “Naxçıvan TV”) lisenziyası və regional yerüstü radio yayımçısı (kanalın adı: “Naxçıvan Radiosu”) lisenziyası verilib. Həmçinin, regional yerüstü televiziya yayımını həyata keçirmək şərti ilə “Naxçıvan TV”yə peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyasının da verilməsi haqqında qərar qəbul olunub

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda yeni radio açılır

24-01-2024

Audiovizual Şuranın iclası keçirilib, bir neçə şirkətə platforma yayımçısı lisenziyası verilib

14-06-2023

"Azərbaycan Radiosu" ilə "İctimai Radio"ya Kəlbəcər və Laçında radiotezliklər ayrılıb

14-06-2023

Audiovizual Şuranın növbəti iclası keçirilib

18-10-2024

Qarabağ və Şərqi Zəngəzurda TV yayımı ilə bağlı - Açıqlama

19-01-2024

Yeni radionun açılması üçün elan olunmuş müsabiqənin qalibi məlum olub

11-03-2022

CBC radiosu Şuşada yayıma başlayıb

08-05-2021

Azərbaycanda yeni radiolar fəaliyyətə başlayacaq

31-01-2025

Space TV-nin yayımı 3 saatlıq dayandırılıb

17-11-2022

Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib

17-01-2025

Azərbaycanda 4 telekanalın lisenziyasına xitam verilib

24-05-2021

Azərbaycanda üç yeni radio açılacaq

07-07-2022

Ağdərədə üç radio-televiziya yayım stansiyasının fəaliyyəti bərpa edilib

29-12-2025

İTV-nin Yayım Şurasına yeni sədr seçilib

18-04-2017

Naxçıvan MR-də mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti radiomonitorinq edilib

24-04-2024

Yeni televiziya kanalına və radioya lisenziya verilib

08-09-2015

Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib

13-06-2025

Şuşa Radio-Televiziya Yayım Stansiyası fəaliyyətə başlayıb

01-01-2021

Azərbaycanda TRT-1-in yerüstü yayımı dayandırılıb

10-01-2022

Audiovizual Şurasının növbəti iclası keçirilib

11-04-2023

Naxçıvan televiziyası peyk yayımına başlayıb

30-05-2025

Audiovizual Şurada TV yayımçılarının proqram rəhbərləri ilə görüş keçirilib

23-02-2022

Xankəndidə radio-televiziya yayımı bərpa olunur

02-10-2023

Azərbaycanda bir neçə kabel şəbəkə yayımçılarının lisenziyasına xitam verilib

12-11-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə