2014-cü il üçün “Elektron Təhsil” müsabiqəsi başlayır

13-05-2014 / 11:10
Təhsil Nazirliyi tərəfindən hər il təşkil edilən "Elektron Təhsil" müsabiqəsində münsiflər və ekspert qismində iştirakla bağlı qeydiyyat artıq başa çatıb.
Təşkilat Komitəsindən verilən məlumata görə, "Təhsildə İnternet texnologiyaları" və "Müasir məktəbdə elektron tədris resursları" istiqamətləri üzrə keçirilən müsabiqənin təşkilində əsas məqsəd elektron tədris resurslarından, internet  texnologiyalardan  tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
 
Müsabiqədə əsasən təhsil müəssisələrində çalışanlar, müəllimlərin təkmilləşdirilməsi ilə məşğul olanlar, valideynlər və şagirdlər, həmçinin, pedaqoji ali təhsil müəssisələrinin tələbələri və aspirantları iştirak edə bilərlər. "Elektron Təhsil"də iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır. Yalnız qeydiyyatdan keçən istifadəçilər müsabiqəyə layihələrini (işlərini) təqdim edə və artıq müsabiqəyə qəbul olunan layihələrə öz rəylərini  (şərhlərini) yaza bilərlər.
 
 
Qeyd edək ki, ötən il "Elektron tədris  vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən  yaxşı  modeli",  "Təhsildə İnternet resursları" və "Müəllimlərin bloqları" nominasiyaları  üzrə keçirilən IV "Elektron təhsil" müsabiqəsində 781 layihə iştirak edib.
 
Müsabiqə üzrə onlayn müzakirələrdə "www.musabiqe.edu.az" internet səhifəsində 2013-cü ilə qədər qeydiyyatdan keçmiş 4937 müəllim, 1616 tələbə, 4405 şagird, 570 valideyn iştirak edib. (ICTnews)

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə