Previous Next
Bağla

ABŞ-da internet saytlara qarşı senzura sərtləşir

16-12-2010 18:03
ABŞ-da internet saytlara qarşı senzura sərtləşir

Hava Qüvvələri «Wikileaks», «New York Times», «Guardian» və «Der Spiegel»-i oxumağı qədağan etdi.

ABŞ Hava Qüvvələri ölkəsəfirliklərinə məxsus məxfi yazışmaları ifşa edən «Wikileaks» saytı və bu saytla əməkdaşlıq edən üç mətbuat orqanının saytlarına girişi bloklayıb. Bu addım Ağ Evin Nəzarət və Büdcə Bürosunun «Wikileaks» və digər saytlar vasitəsilə yayımlanan sənədlərə hökumət işçilərinin və hökumətlə əlaqəli təşkilatların çıxışına qoyduğu qadağaya uyğun olaraq atılıb.

Hava Qüvvələrində çalışan mayor Toni Touns «Wikileaks»-lə yanaşı, saytın əməkdaşlıq etdiyi ABŞ-ın «New York Times», İngiltərənin «Guardian» qəzetləri və Almaniyanın «Der Spiegel» jurnalının internet saytlarına da girişi bloklayıb. T.Touns bu qərarın Ağ Evdən gələn təlimata uyğun olduğunu bildirib: «Bu qərar avqustda qəbul edilən və Hava Qüvvələri personalının «Wikileaks» vasitəsilə məxfi sənədləri oxuması və ya kompüterə yükləməsini qadağan edən təlimata uyğun olaraq verilib». Başqa saytlara qarşı tətbiq edilən qadağalara gəlincə, Touns bu qərara aydınlıq gətirə bilməyib.

«Wikileaks»-in son illər açıqladığı məxfi sənədlərdən ən çox payını alan dövlət təşkilatlarından Daxili İşlər və Müdafiə nazirlikləri sızdırılan sənədlərin təsirini yüngülləşdirmək üçün yeni tədbirlərə əl atacaqlarını bəyan etmişdilər.
Qeyd edək ki, İngiltərə məhkəməsinin qərarı ilə 380 min dollar girov müqabilində «Wikileaks» saytının qurucusu Culian Asanj barəsində həbs qətimkan tədbiri dəyişdirilib. Amma İsveç tərəfinin şikayəti üzündən Asanjın dərhal azad edilməsi mümkün olmayıb. Qərar Ali Məhkəmədə təsdiqləndikdən sonra Asanj ev dustağı olacaq. Məhkəmə prosesi gələn ilin yanvarında davam edəcək. Xatıradaq ki, İsveç prokurorluğu Asanja qarşı şübhəli seksual təcavüz ittihamları irəli sürüb. «Zərərçəkən» qızlar Asanjla könüllü olaraq əlaqədə olsalar da, İsveç qanunlarına əsasən Asanj qoruyucu vasitədən istifadə etməmək və ya qüsurlu vasitədən istifadə etməkdə günahlandırılır. Əsas iddiaçı Anna Ardinin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələri də üzə çıxıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“WikiLeaks”in sahibi tutuldu

07-12-2010

İsveç WikiLeaks saytının yaradıcısını beynəlxalq axtarışa elan edib

22-11-2010

“Wikileaks”in artıq 355 saytı var

07-12-2010

“Wikileaks”-ın Fransadakı serveri bağlandı

05-12-2010

“Wikileaks” saytının qurucusu İsveçrəyə mühacirət edir

07-11-2010

ABŞ-dan "Wikileaks"ə növbəti zərbə

02-12-2010

“Wikileaks”-in iç üzü açılır

08-02-2011

"Wikileaks" tərəfdarı haker qrupun növbəti hədəfi "Paypal" və ’’Amazon’’dur

13-12-2010

WikiLeaks yenidən fəaliyyətə başlayır

06-05-2015

“Wikileaks” internet saytının qurucusu apelyasiya şikayəti verib

07-04-2011

«Wikileaks» müharibəyə başladı...

10-12-2010

“WİKİLEAKS”in qurucusu Julian Assanc kimdir?

07-12-2010

Obamanın yazışmaları internetdə yerləşdirilib

21-10-2016

İnterneti məhdudlaşdıran hökumətlərə sərt mesaj

17-02-2011

Wikileaks saytı fəaliyyətini niyə dayandırdı?

06-12-2010

Prezidentin mətbuat xidmətindən “Wikileaks”da yazılanlarla bağlı açıqlama

30-11-2010

"Facebook" Culian Assancın iddialarını rədd etdi

04-05-2011

Culian Assanj: ”Google” ABŞ üçün məxfi məlumatlar toplayır”

28-11-2014

Sony şirkətinə xaker hücumu oldu

22-06-2015

ABŞ “Delta 2” peykini kosmosa göndərib

06-05-2009

“WİKİLEAKS”İN YARADICISI ASSANC HAQQINDA ŞOK XƏBƏR

18-12-2010

Təyyarələrdə erotik saytlara giriş qadağan ediləcək

15-09-2008

“WikiLeaks” resursunun yaydığı materiallar təxribat xarakteri daşıyır”

02-12-2010

ABŞ kosmosa məxfi kosmik gəmi göndərir

20-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə