Beynəlxalq sosial internet layihəsi olan WikiLeaks ilk dəfə olaraq ABŞ prezidenti Barak Obamanın qəbul etdiyi və göndərdiyi elektron mesajları internetə yerləşdirib.
Xeberler.az The Hill internet resursunun məlumatına istinadən bildirir ki, əsasən, mesajlar 2008-ci ilin oktyabr ayında, B.Obama birinci prezident seçkilərində qalib gəlməmişdən öncə göndərilmişdir.
Yazışmalar Obama və ABŞ Demokrat Partiyasının üzvü Hillari Klintonun seçki qərargahının rəhbəri Con Podesta arasında aparılmışıdır. Burada Obamanın [email protected] elektron ünvanından istifadə etdiyi göstərilir. Qeyd edək ki, indiyədək ABŞ prezidentinin bu domendən istifadə edib-etməməsi ictimaiyyətə məlum deyildi.
Yazışmalarda onlar Obamanın mümkün prezidentliyini, onun prezident seçiləcəyi halda G20 sammitində iştirakını müzakirə ediblər. Bildirilir ki, mesajların əksəriyyəti Podesta tərəfindən göndərilib.
Dövlət, korporasiya yaxud dinə məxsus sızdırılmış məxfi məlumat və sənədləri dərc edən WikiLeaks bundan öncə də Klintonun qərargah başçısının yazışmalarının 13-cü hissəsini internetə yerləşdirib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri