Previous Next
Bağla

“WİKİLEAKS”in qurucusu Julian Assanc kimdir?

07-12-2010 23:08
“WİKİLEAKS”in qurucusu Julian Assanc kimdir?

“WİKİLEAKS”in qurucusu Julian Assanc: “Dərc etdiyim hər xəbər həqiqətə söykənir”

Dünyanı lərzəyə gətirən Wikileaks saytı və onun qurucusu Julian Assanc çox maraqlı isimlərdir. Assancın keçmişi haqda dəqiq məlumatlar yoxdur. Avstraliyada doğulan Assancı anası tək böyüdüb. Hələ 14 yaşı olmadan anası ilə 37 dəfə  fərqli yerlərə köçüb  və 11 yaşında ikən evdən qaçıb. Onun  hərəkətlərindən narahat  olanlar iddia edirlər ki, Assanc gənc yaşlarında hakerlik etməyə başlayıb, təşkilatlara zərər verib.

Bir başqa məlumata görə isə, onun anası ilə atası Vytenam müharibəsi əleyhinə nümayişdə tanış olublar. Müxalif tərafdarı olması da ona valideynlərindən qalan “miras”dır.

Assanc və dostları bir çox saytları sıradan çıxarıblar. Bu saytlar içərisində Amerika müdafiə nazirliyinin saytının da olduğu bildirilir. Assancın fəaliyyəəti bir müddət vətəni Avstraliyada izlənilib. Hakim qarşısına çıxarılsa da, simvolik təminatla xilas ola bilib. Bu hadisədən sonra hakerlikdən əl çəkən Assanc özünə jurnalistika sahəsində karyera qurmaq qərarına gəlib. 2006 –cı ildə “WİKİLEAKS” adlı saytı yaradan Assanc  gizli məlumat  və sənədləri dərc edir. Keniyaya dair yaydığı məlumatlara görə,  2009-cu ildə Beynəlxalq Əfv Təşkilatından mükafat alan Avstraliyalı jurnalist keçən ilin aprel ayında iraqlı vətəndaşların və “Reuters” agentliyinin fotoqrafının ABŞ əsgərləri tərəfindən öldürülməsinə dair görüntülərlə İraqda gərginlik yaradıb. 5 redaktoru və 800 könüllüsü olan “Wikileaks”in rəhbəri Assanc bütün bunları gizli şəkildə dərc etdirmək məcburiyyətindədir. O öz fəaliyyətini davam etdirmək üçün Şərqi Afrikada Keniya və Tanzaniyaya, bəzən isə İslandiyaya gedib.

Yaxın zamanlarda o Türkiyənin “Hürriyyət” qəzetinə verdiyi məlumatda Wikileaks həqiqətlərindən danışıb.

 Assancın “Hürriyyət” qəzetinə verdiyi müsahibədə söyləyib ki, “Dərc etdiyim hər xəbər həqiqətə söykənir. Qəzetlərin etməli olduğunu Wikileaks edir. Buna görə də dünyanın dörd bir yanından inanılmayacaq dəstəklər gəlir. Çox gözəl insanlar mənə dəstək verir.  Buna görə də ürəyim rahatdır”.

                                                                                        Babayeva Lalə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“WikiLeaks”in sahibi tutuldu

07-12-2010

“Wikileaks” internet saytının qurucusu apelyasiya şikayəti verib

07-04-2011

“WİKİLEAKS”İN YARADICISI ASSANC HAQQINDA ŞOK XƏBƏR

18-12-2010

“Wikileaks”in artıq 355 saytı var

07-12-2010

“Wikileaks” saytının qurucusu İsveçrəyə mühacirət edir

07-11-2010

“Wikileaks”-ın Fransadakı serveri bağlandı

05-12-2010

İsveç WikiLeaks saytının yaradıcısını beynəlxalq axtarışa elan edib

22-11-2010

“Wikileaks”-in iç üzü açılır

08-02-2011

ABŞ-dan "Wikileaks"ə növbəti zərbə

02-12-2010

WikiLeaks yenidən fəaliyyətə başlayır

06-05-2015

"Wikileaks" tərəfdarı haker qrupun növbəti hədəfi "Paypal" və ’’Amazon’’dur

13-12-2010

Wikileaks saytı fəaliyyətini niyə dayandırdı?

06-12-2010

«Wikileaks» müharibəyə başladı...

10-12-2010

ABŞ-da internet saytlara qarşı senzura sərtləşir

16-12-2010

Mark Sukerberq və Larri Peyc dünyanın 100 ən nüfuzlu insanlar siyahısına daxil edilib

22-04-2011

Culian Assanj: ”Google” ABŞ üçün məxfi məlumatlar toplayır”

28-11-2014

"Facebook" Culian Assancın iddialarını rədd etdi

04-05-2011

Wikileaks”in sahibi: “Bizə dünyanın dörd bir tərəfindən inanılmayacaq dəstəklər gəlir”.

03-12-2010

Sony şirkətinə xaker hücumu oldu

22-06-2015

Obamanın yazışmaları internetdə yerləşdirilib

21-10-2016

“WikiLeaks” resursunun yaydığı materiallar təxribat xarakteri daşıyır”

02-12-2010

Prezidentin mətbuat xidmətindən “Wikileaks”da yazılanlarla bağlı açıqlama

30-11-2010

Google istifadəçilərini izləməyə davam edəcək

21-10-2013

İnternet Nobel mükafatına namizəd oldu

06-03-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə