“Agent bankçılıq” Masallı və Tovuzda!

22-06-2022 / 16:05

Vətəndaşların maliyyə xidmətlərinə əlçatanlığının artırılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, “AccessBank”, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin birgə layihəsi olan “agent bankçılıq” Masallı və Tovuz rayonlarında əhaliyə təqdim olunub.

Xeberler.az məlumat verir ki, vətəndaşlar artıq Masallı şəhəri, Heydər Əliyev prospekti, ev 89 ünvanında yerləşən AZ4400 indeksli və Tovuz şəhəri, Sabir küçəsi, ev 24 ünvanında yerləşən AZ6000 indeksli poçt xidmət mərkəzlərində “AccessBank”ın təqdim etdiyi maliyyə xidmətlərindən yararlana bilərlər.

Qeyd edək ki, Mərkəzi Bankın təşəbbüsü və Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) dəstəyi ilə həyata keçirilən layihənin tətbiqinə ilk olaraq bu ilin mart ayında Ağdaş rayonunda yerləşən “Azərpoçt” filialında, daha sonra Qəbələ şəhərində başlanılıb.

“Agent bankçılıq” modeli bank məhsul və xidmətlərinin müştərilərə üçüncü tərəf təşkilatlar tərəfindən təqdim edilməsidir. Beynəlxalq təcrübədə, xüsusilə bank filial və şöbələrinin sayı az olan ərazilərdə əhalinin bank xidmətlərinə çıxış imkanlarının artırılması üçün sözügedən modeldən geniş istifadə edilir və ölkədə bu funksiyanı ilk dəfə olaraq “Azərpoçt” həyata keçirir.

Ölkənin yeganə milli poçt operatoru olan “Azərpoçt” MMC 1500-ə qədər şöbəsi ilə bu gün ənənəvi poçt xidmətlərinin icrası ilə yanaşı, maliyyə, logistika və “retail” xidmətləri də göstərərək ölkə vətəndaşlarının bu xidmətlərə əlçatanlığını təmin edir.

Vətəndaşlar “Azərpoçt” xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün qurumun rəsmi veb-səhifəsinə (www.azerpost.az) daxil ola, eyni zamanda “169” Çağrı Mərkəzinə və qurumun rəsmi sosial şəbəkə hesablarına (https://www.facebook.com/azerpost.azhttps://www.instagram.com/azerpost.az/) müraciət edə bilərlər.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə