Previous Next
Bağla

“Azərpoçt” Beynəlxalq Maliyyə Korporasiyası ilə tərəfdaşlığa başlayıb

11-06-2020 10:59
“Azərpoçt” Beynəlxalq Maliyyə Korporasiyası ilə tərəfdaşlığa başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC Dünya Bankı Qrupunun üzvü olan “IFC (Beynəlxalq Maliyyə Korporasiyası)” ilə tərəfdaşlığa başlayıb.

Xeberler.az bildirir ki, məqsəd ölkədə, xüsusilə ucqar ərazilərdə yaşayan əhali və fəaliyyət göstərən özəl sektorun elektron maliyyə xidmətlərindən istifadəsini genişləndirməkdir.

Layihəyə əsasən, Beynəlxalq Maliyyə Korporasiyası elektron maliyyə əməliyyatlarını icra etməyə imkan verən elektron pul kisəsinin hazırlanmasında “Azərpoçt”la birgə çalışacaq.

Hazırda “Azərpoçt” MMC bir sıra maliyyə xidmətləri təqdim edir. Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq quruma digər maliyyə təşkilatlarının agenti qismində seçilmiş maliyyə xidmətləri göstərməsi və müştəriləri rəqəmsal maliyyə xidmətləri barədə maarifləndirməsi üzrə yardım edəcək. Bu fəaliyyət İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlıq əsasında icra olunan “IFC”-nin “Elektron və rəqəmsal maliyyə xidmətləri” layihəsi çərçivəsində həyata keçirilir.

Sözügedən təşəbbüs, xüsusilə kənd yerlərində, bank filiallarından uzaqda yaşayan əhaliyə və kiçik sahibkarlara banka gəlmədən ödənişlər etməyə və əsas bank xidmətlərinə rəqəmsal çıxış əldə etməyə imkan verəcək. Eyni zamanda bu əməkdaşlıq “Azərpoçt” üçün yeni imkanlar açacaq.

Qeyd edək ki, layihənin icrası nəticəsində qurum əhalinin bank xidmətləri ilə əhatə olunmayan böyük hissəsi üçün maliyyə inklüzivliyinin təmin edilməsində mühüm rol oynayacaq. Bu təşəbbüs Azərbaycan iqtisadiyyatını şaxələndirməyə və iqtisadi artımı daha da sürətləndirməyə dəstək verəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərpoçt” agent bankçılıq layihəsində xidmət göstərəcək

15-03-2022

Azərbaycanda maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyası hazırlanır

24-11-2022

“Azərpoçt” müasir inkassator maşınları alıb

11-11-2021

“Agent bankçılıq” layihəsi daha bir regionda tətbiq olundu

17-05-2022

“Agent bankçılıq” Masallı və Tovuzda!

22-06-2022

“Azərpoçt” Mərkəzi Bankın məlumat-axtarış sisteminə qoşulub

17-09-2020

Naxçıvanda nağdsız zona yaradılacaq

11-07-2018

Azərbaycanda elektron bankçılıq genişləndiriləcək

06-01-2015

Mərkəzi Bank Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə üzv olub

05-02-2025

“Azərpoçt” IX Beynəlxalq Bankçılıq Forumu 2025-də təmsil olunub

20-11-2025

Bakıda maliyyə və texnologiyalar sərgisi keçiriləcək

21-02-2020

Azərpoçt kreditləşmə mexanizmi hazırlayır

19-08-2015

“Azərpoçt” Qarabağda maliyyə xidmətləri göstərmək istəyir

01-06-2021

“Azərpoçt”la “Naxçıvanpoçt” yeni əməkdaşlığa başlayır

20-11-2024

Azərpoçt MMC Dünya Bankı ilə birgə yeni layihə hazırlayır

10-07-2015

“Azərpoçt” ABA-ya üzv olub

10-06-2023

RYTN hökumətə təkliflər təqdim edəcək

14-02-2015

Regionlarda maliyyə və bank xidmətləri inkişaf etdirilir

16-12-2008

“Azərpoçt” MMC “Azercell”in bürünc sertifikatlı rəsmi dileri statusu alıb

27-01-2023

“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib

21-01-2026

“Azərpoçt” və “Simbrella” “SalaryNOW” xidmətini istifadəyə verib

18-12-2025

“Azərpoçt” MMC vətəndaşlara səyyar xidmət göstərir

09-04-2020

“Azərpoçt” vətəndaşlara göstərdiyi səyyar xidməti davam etdirir

06-05-2020

Maliyyə və rəqəmsal texnologiyalar həftəsi keçiriləcək

10-05-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə