Previous Next
Bağla

AMB: Süni intellekt fərdi məlumatlar üçün risk yarada bilər

03-06-2026 17:18
AMB: Süni intellekt fərdi məlumatlar üçün risk yarada bilər

Süni intellektdən istifadə zamanı fərdi məlumatların bulud sistemlərinə ötürülməsi risk yaradır.

Xeberler.az məlumat verir ki, bunu ​Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentin direktoru Elnur Eyvazlı Bakıda keçirilən "Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi" adlı tədbirdə bildirib.

"Biz hər zaman hazır vəziyyətdə olmalıyıq - yəni hər bir insidentə operativ reaksiya vermək və onların qarşısını almaq üçün davamlı hazırlıq vacibdir. Ümumilikdə süni intellektə gəlincə, hazırda bütün dünya bu texnologiyadan istifadə etməyə çalışır, bu, təbii olaraq müsbət qarşılanır və dəstəklənir. Süni intellekt işləri xeyli asanlaşdırır - əvvəllər saatlarla "Google"da axtarış aparılan məlumatlar indi bir neçə dəqiqə, hətta saniyə içində əldə olunur. Lakin burada vacib bir məqam var - suverenlik anlayışı. Biz fərdi və həssas məlumatları heç bir halda süni intellekt sistemlərinə ötürməməliyik. Çünki istifadə etdiyimiz bir çox süni intellekt xidmətləri bulud əsaslıdır (cloud-based). Əgər təşkilat daxilində yerləşən (on-premise) sistemlərdən istifadə olunursa, bu müəyyən qədər daha nəzarətli ola bilər. Amma bulud sistemlərinə ötürülən fərdi məlumatlar ciddi təhlükəsizlik riskləri yarada bilər və həmin məlumatlar potensial olaraq bizə qarşı istifadə oluna bilər", - deyə o qeyd edib.

AMB rəsmisi həmçinin deyib ki, süni intellektin üstünlüklərini vurğulayarkən onun mənfi tərəflərini də nəzərə almaq vacibdir: "Hər hansı bir sənəd və yaxud məlumatla işləyərkən biz həmin datanın dəyərini və həssaslıq səviyyəsini düzgün qiymətləndirməliyik. Yəni bu data nə dərəcədə konfidensialdır, hansı hallarda paylaşılması mümkündür, bunu əvvəlcədən müəyyənləşdirməliyik. Bu qiymətləndirmədən sonra qərar verilməlidir. Ümumilikdə yanaşma ondan ibarətdir ki, bu proses böyük bir zəncir kimidir - bütün şirkətlər bir-birindən asılıdır və hər bir təşkilat öz kibergigiyenasına ciddi şəkildə diqqət yetirməlidir".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
AMB: Şübhəli nömrələrin operativ bloklanması üçün mexanizmlər qurulur

AMB: Şübhəli nömrələrin operativ bloklanması üçün mexanizmlər qurulur

03-06-2026
AMB: Aİ tətbiqi zamanı data həlləri vacibdir

AMB: Aİ tətbiqi zamanı data həlləri vacibdir

24-06-2025
 AMB Data İdarəedilməsi və Süni İntellekt üzərində işləyir

AMB Data İdarəedilməsi və Süni İntellekt üzərində işləyir

24-06-2025
Ən çox kiberhücumlar bank müştərilərinə qarşı həyata keçirilir

Ən çox kiberhücumlar bank müştərilərinə qarşı həyata keçirilir

23-10-2024
AMB: "Maliyyə sektorunun bulud texnologiyalarına inteqrasiyasına qadağa yoxdur"

AMB: "Maliyyə sektorunun bulud texnologiyalarına inteqrasiyasına qadağa yoxdur"

13-04-2023
Hakerlər artıq süni intellekti süni intellektə qarşı istifadə edir

Hakerlər artıq süni intellekti süni intellektə qarşı istifadə edir

05-04-2025
“Azercell”: Süni intellekt kibertəhlükəsizlikdə zərurətə çevrilib

“Azercell”: Süni intellekt kibertəhlükəsizlikdə zərurətə çevrilib

04-06-2026
AMB: Maliyyə qurumlarına informasiya təhlükəsizliyi ilə bağlı ciddi tələblər qoyulub

AMB: Maliyyə qurumlarına informasiya təhlükəsizliyi ilə bağlı ciddi tələblər qoyulub

25-06-2025
İRİA: "Rəqəmsal transformasiyanın mərkəzində insan kapitalı dayanır"

İRİA: "Rəqəmsal transformasiyanın mərkəzində insan kapitalı dayanır"

03-06-2026
Anar Əliyev: Süni intellekt sosial məsələlərdə yeni imkanlar yaradır

Anar Əliyev: Süni intellekt sosial məsələlərdə yeni imkanlar yaradır

24-10-2025
Mərkəzi Bank süni intellekt tətbiqlərinin qarşılaşdığı əsas maneəni açıqlayıb

Mərkəzi Bank süni intellekt tətbiqlərinin qarşılaşdığı əsas maneəni açıqlayıb

09-06-2026
Süni intellektə tam etibar etməməyiniz üçün səbəblər

Süni intellektə tam etibar etməməyiniz üçün səbəblər

15-05-2023
Mask: Süni intellekt 2031-ci ilə qədər bəşəriyyətdən daha ağıllı ola bilər

Mask: Süni intellekt 2031-ci ilə qədər bəşəriyyətdən daha ağıllı ola bilər

23-01-2026
Dövlət Xidməti: "Təhlükəsizlik həlləri var ki, onlar xarici buludda yerləşdirilib"

Dövlət Xidməti: "Təhlükəsizlik həlləri var ki, onlar xarici buludda yerləşdirilib"

13-04-2023
Mərkəzi Bank fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək

Mərkəzi Bank fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək

04-03-2026
Mərkəzi Bank: Saxta  lisenziyalarla istehlakçılara yalan məlumatlar verilir

Mərkəzi Bank: Saxta lisenziyalarla istehlakçılara yalan məlumatlar verilir

19-11-2024
“Kibercinayətkarlar üçün yeni oyun meydançası” panel sessiyası keçirilib

“Kibercinayətkarlar üçün yeni oyun meydançası” panel sessiyası keçirilib

10-10-2025
Azərbaycanda süni intellekt həlli təqdim edilib

Azərbaycanda süni intellekt həlli təqdim edilib

08-12-2025
XRİTDT: Kibertəhlükəsizlik sahəsində təhdidlər daha da mürəkkəbləşib

XRİTDT: Kibertəhlükəsizlik sahəsində təhdidlər daha da mürəkkəbləşib

21-02-2025
Bulud texnologiyalarında  təhlükəsizliyi necə qoruyaq?

Bulud texnologiyalarında təhlükəsizliyi necə qoruyaq?

27-04-2016
Milli sandbox sistemi hazırlanır

Milli sandbox sistemi hazırlanır

04-05-2024
Banklar üçün kibertəhlükəsizliklə bağlı platforma yaradıla bilər

Banklar üçün kibertəhlükəsizliklə bağlı platforma yaradıla bilər

09-12-2021
Gələn il Yevlaxda Data Mərkəzi təhvil veriləcək

Gələn il Yevlaxda Data Mərkəzi təhvil veriləcək

22-12-2019
AWS: Azərbaycanla birgə işləmək potensialımız yüksəkdir

AWS: Azərbaycanla birgə işləmək potensialımız yüksəkdir

17-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə