Previous Next
Bağla

Azərbaycanda internet informasiya ehtiyatlarının yoxlanılmasında AI-dən istifadə edilir

02-10-2026 13:45
Azərbaycanda internet informasiya ehtiyatlarının yoxlanılmasında AI-dən istifadə edilir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) internet üzərindən əlçatan informasiya ehtiyatları sistemlərinin yoxlanılmasında süni intellektdən (AI) istifadə etməyə başlayıb.

Xeberler.az məlumat verir ki, bunu Xidmətin İdarə rəisi Nadir Novruzov ADEX 2026 – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində panel müzakirədə bildirib.

Onun sözlərinə görə, dövlət informasiya ehtiyatları sistemlərinin sayı yüzlərlə, hətta minlərlə ölçülür: "Biz dövlət qurumu olaraq insan resursu ilə bu qədər sistemin hamısını yoxlamağa çatdıra bilmərik. Buna görə də avtomatlaşdırmanın bir hissəsi kimi internet üzərindən əlçatan sistemlərin yoxlanılmasını süni intellekt vasitəsilə etməyə keçmişik. Bizim əməkdaşlar müxtəlif bacarıqlar formalaşdırır və onları daha da təkmilləşdirirlər. Biz insanların etdiyi auditlərlə və pentestlərlə süni intellektin nəticələrini qarşılaşdırırıq, çatışmayan hissələri təkmilləşdiririk ki,

növbəti dövrdə nüfuz etmə testlərini artıq süni intellekt vasitəsilə edək".

N.Novruzov deyib ki, XRİTDX süni intellekt vasitəsilə təhlükəsizlik məsələsinə iki istiqamətdə nəzərdən keçirir: "Birincisi, dövlət qurumlarında tətbiq olunacaq və istifadəyə veriləcək süni intellekt həllərinin özünün təhlükəsizlik məsələsidir. Bu, həm məlumatların sızması, həm də süni intellekt üzərindən həmin sistemlərə müdaxilə, "prompt injection", "data poisoning" və digər istiqamətləri əhatə edir. Digər məsələ isə dövlət qurumlarında internet üzərindən əlçatan olan "ChatGPT", "Claude" və sair kimi sistemlərdən istifadə zamanı konfidensial, məxfi və digər məlumatların sızması riskidir. Bu sızmaların qarşısını alacaq mexanizmlər üzərində düşünürük".

İdarə rəisi süni intellektin sürətlə inkişaf etməsi ilə əlaqədar hər gün yeni imkanların yarandığını bildirib: "Hər birinin qarşısını almaq üçün yeni mexanizmlər fikirləşmək lazımdır. Biz məcburi şəkildə onun arxasınca qaçırıq. Daha bir vacib əlbəttə ki, dövlət qurumlarının əməkdaşlarına qarşı süni intellektdən istifadə olunmaqla hücumların həyata keçirilməsidir. Yəni, saxta meyillərin formalaşdırılmasında səslərin, videoların və onların qərarlarına təsir edə biləcək digər əməliyyatların qarşısının hansısa formada alınmasıdır".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
XRİTDX: Sabahın kibertəhdidlərinə dünənin alətləri ilə cavab vermək mümkün deyil

XRİTDX: Sabahın kibertəhdidlərinə dünənin alətləri ilə cavab vermək mümkün deyil

02-10-2026
Azərbaycanda süni intellektin təhlükəsizliyi ilə bağlı zirvə toplantısı keçiriləcək

Azərbaycanda süni intellektin təhlükəsizliyi ilə bağlı zirvə toplantısı keçiriləcək

02-10-2026
XRİTDX: Dövlət qurumlarına müxtəlif formada kiberhücumlar edilir

XRİTDX: Dövlət qurumlarına müxtəlif formada kiberhücumlar edilir

02-05-2025
XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

25-04-2025
XRİTDX “İnnovasiyalar və Süni İntellekt” Konfransında iştirak edib

XRİTDX “İnnovasiyalar və Süni İntellekt” Konfransında iştirak edib

03-10-2025
AMB: Süni intellekt fərdi məlumatlar üçün risk yarada bilər

AMB: Süni intellekt fərdi məlumatlar üçün risk yarada bilər

03-06-2026
“Kibercinayətkarlar üçün yeni oyun meydançası” panel sessiyası keçirilib

“Kibercinayətkarlar üçün yeni oyun meydançası” panel sessiyası keçirilib

10-10-2025
Ümumi kiberhücumların 91 %-ni fişinq hücumları təşkil edir

Ümumi kiberhücumların 91 %-ni fişinq hücumları təşkil edir

17-06-2022
Kibertəhlükəsizlik üzrə tədbirlər planının icrasının monitorinqi üçün platforma yaradılıb

Kibertəhlükəsizlik üzrə tədbirlər planının icrasının monitorinqi üçün platforma yaradılıb

06-06-2024
"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023
Dövlət qurumlarına olan bir çox kiberhücumlar elektron poçt vasitəsilə həyata keçirilir

Dövlət qurumlarına olan bir çox kiberhücumlar elektron poçt vasitəsilə həyata keçirilir

07-02-2023
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin yenilənmiş elekton informasiya ehtiyatı istifadəyə verilib

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin yenilənmiş elekton informasiya ehtiyatı istifadəyə verilib

04-11-2023
“Azercell”: Süni intellekt kibertəhlükəsizlikdə zərurətə çevrilib

“Azercell”: Süni intellekt kibertəhlükəsizlikdə zərurətə çevrilib

04-06-2026
Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

19-09-2024
Azərbaycanın dövlət işçilərinin kibersimulyasiyalara reaksiyası ölçüləcək

Azərbaycanın dövlət işçilərinin kibersimulyasiyalara reaksiyası ölçüləcək

01-09-2023
Dövlət qurumlarının əməkdaşları süni intellekt üzrə təlimdə iştirak ediblər

Dövlət qurumlarının əməkdaşları süni intellekt üzrə təlimdə iştirak ediblər

01-05-2026
Yeni proqram təminatı İnformasiya sızmasının qarşısının alacaq

Yeni proqram təminatı İnformasiya sızmasının qarşısının alacaq

14-02-2023
Ötən il dövlət informasiya sistemlərində 1200-dən çox təhlükəsizlik boşluğu aşkarlanıb

Ötən il dövlət informasiya sistemlərində 1200-dən çox təhlükəsizlik boşluğu aşkarlanıb

27-02-2026
"2025-2028-ci illər üçün süni intellekt Strategiyası" təsdiqlənib

"2025-2028-ci illər üçün süni intellekt Strategiyası" təsdiqlənib

19-03-2025
Süni intellekt Strategiyasının məqsədləri məlum olub

Süni intellekt Strategiyasının məqsədləri məlum olub

19-03-2025
İlqar Musayev: "Azərbaycana çoxlu sayda kiberhücum olur, lakin hamısını açıqlaya bilmirik"

İlqar Musayev: "Azərbaycana çoxlu sayda kiberhücum olur, lakin hamısını açıqlaya bilmirik"

25-09-2024
Son dövrlər teleqram üzərindən vətəndaşlar daha çox aldadılır

Son dövrlər teleqram üzərindən vətəndaşlar daha çox aldadılır

05-09-2025
Azərbaycanda dövlət domen adlarına bənzədilmiş saxta domenlərin sayı açıqlandı

Azərbaycanda dövlət domen adlarına bənzədilmiş saxta domenlərin sayı açıqlandı

23-09-2023
Hakerlər artıq süni intellekti süni intellektə qarşı istifadə edir

Hakerlər artıq süni intellekti süni intellektə qarşı istifadə edir

05-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə