Previous Next
Bağla

XRİTDX: Sabahın kibertəhdidlərinə dünənin alətləri ilə cavab vermək mümkün deyil

02-10-2026 13:48
XRİTDX: Sabahın kibertəhdidlərinə dünənin alətləri ilə cavab vermək mümkün deyil

Azərbaycana qarşı kiberhücumlar dayanmadan davam edir və xüsusilə hərbi qarşıdurmalar və gərginlik dövrlərində onların intensivliyi artır.

Xeberler.az məlumat verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) İdarə rəisi Nadir Novruzov "ADEX 2026 – VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi" çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, kiberhücumlar gündəlik olaraq müşahidə olunur və xüsusilə hərbi əməliyyatlar zamanı onların sayı əhəmiyyətli dərəcədə artır.

"Xüsusən də hərbi dövrdə, məsələn, 44 günlük müharibə ərəfəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən 3 000-dən çox kiberhücum qeydiyyata alınmışdı və biz bunların qarşısını almışdıq. Bu, digər hərbi əməliyyatlar dövründə də eyni şəkildə davam edirdi. Həm Tovuz əməliyyatları dövründə, həm Aprel döyüşlərində, həm də sonradan antiterror əməliyyatları zamanı bu kiberhücumlar davam etməkdə idi", - deyə N.Novruzov qeyd edib.

XRİTDX-nin İdarə rəisi bildirib ki, kibertəhlükəsizlik sahəsində əsas vəzifələrdən biri yalnız mövcud hücumların qarşısını almaq deyil, həm də yeni texnologiyaların yaratdığı təhdidlərə əvvəlcədən hazır olmaqdır.

Onun sözlərinə görə, süni intellekt texnologiyalarının sürətli inkişafı kibertəhlükəsizlik qarşısında yeni çağırışlar formalaşdırır. Bu texnologiyalar müdafiə məqsədilə istifadə olunduğu kimi, hücum imkanlarını genişləndirmək üçün də tətbiq edilə bilər.

"Müasir dövrün tələblərinə cavab vermək mühüm əhəmiyyət kəsb edir. Bu tələblər süni intellekt texnologiyalarının inkişafı ilə daha da sürətlənib. Müdafiəçilər süni intellektdən istifadə edərək öz işini qura bilirsə, hücumçular üçün də bu, əlavə bir alətə çevrilir", - deyə o vurğulayıb.

N.Novruzov qeyd edib ki, əvvəllər genişmiqyaslı kiberhücumların hazırlanması və həyata keçirilməsi üçün daha böyük resurslara və qruplara ehtiyac olduğu halda, süni intellekt bu prosesin müəyyən hissəsini əhəmiyyətli dərəcədə sürətləndirə bilir.

"Əvvəllər böyük kiberhücumların həyata keçirilməsi üçün böyük qruplaşmalara ehtiyac var idi, hazırlığı uzun zaman alırdı. İndi isə süni intellekt vasitəsilə bir nəfər qısa zamanda böyük nəticələr əldə edə biləcək kiberhücumları həyata keçirə bilir", - deyə idarə rəisi bildirib.

O əlavə edib ki, yeni təhdidlərə qarşı mübarizədə texnoloji imkanlarla yanaşı, mütəxəssislərin bilik və bacarıqlarının davamlı şəkildə yenilənməsi də vacibdir.

"Biz sabahın təhdidlərinə dünənin alətləri ilə cavab verə bilmərik, ona görə də özümüzü təkmilləşdirməliyik. Təkmilləşdirməyə gedən yol, ilk növbədə, bilik paylaşımından keçir. Biz bu bilik paylaşımını yalnız əməkdaşlıq çərçivəsində edə bilərik", - deyə N.Novruzov vurğulayıb.

Onun sözlərinə görə, kibertəhlükəsizlik sahəsində dövlət qurumları, özəl sektor və digər aidiyyəti tərəflər arasında əməkdaşlığın genişləndirilməsi yeni təhdidlərin daha operativ müəyyənləşdirilməsi və onlara qarşı birgə tədbirlərin görülməsi baxımından əhəmiyyətlidir.

"Buna görə də həm Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) çərçivəsində, həm də sektoral görüşlər vasitəsilə bir-birimizlə əməkdaşlıq qura bilərik", - deyə idarə rəisi əlavə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
XRİTDX: “Azərbaycana kiberhücumların çoxu qonşu ölkələrdən təşkil olunur”

XRİTDX: “Azərbaycana kiberhücumların çoxu qonşu ölkələrdən təşkil olunur”

26-10-2023
Azərbaycanda internet informasiya ehtiyatlarının yoxlanılmasında AI-dən istifadə edilir

Azərbaycanda internet informasiya ehtiyatlarının yoxlanılmasında AI-dən istifadə edilir

02-10-2026
Ötən il dövlət qurumlarına yüzlərlə kiberhücumun qarşısı alınıb

Ötən il dövlət qurumlarına yüzlərlə kiberhücumun qarşısı alınıb

07-02-2023
Prezident: Azərbaycana kiberhücum təşkil edənlər cəzasız qalmamalıdır

Prezident: Azərbaycana kiberhücum təşkil edənlər cəzasız qalmamalıdır

03-11-2025
Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

19-09-2024
Müdafiə sektorunda kibertəhlükəsizliyin aktual istiqamətləri müzakirə edilib

Müdafiə sektorunda kibertəhlükəsizliyin aktual istiqamətləri müzakirə edilib

02-10-2026
XRİTDT: Kibertəhlükəsizlik sahəsində təhdidlər daha da mürəkkəbləşib

XRİTDT: Kibertəhlükəsizlik sahəsində təhdidlər daha da mürəkkəbləşib

21-02-2025
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb

19-09-2024
XRİTDX kiberhücumlar barədə məlumat yayıb

XRİTDX kiberhücumlar barədə məlumat yayıb

21-05-2025
Allahverən İsmayılov: Hakerlər ən çox fərdi, maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alırlar

Allahverən İsmayılov: Hakerlər ən çox fərdi, maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alırlar

19-09-2024
İlqar Musayev: "Azərbaycana çoxlu sayda kiberhücum olur, lakin hamısını açıqlaya bilmirik"

İlqar Musayev: "Azərbaycana çoxlu sayda kiberhücum olur, lakin hamısını açıqlaya bilmirik"

25-09-2024
Azərbaycan elektron informasiya ehtiyatlarına kiberhücumlar gözlənilir

Azərbaycan elektron informasiya ehtiyatlarına kiberhücumlar gözlənilir

05-08-2022
Ən çox kiberhücumlar bank müştərilərinə qarşı həyata keçirilir

Ən çox kiberhücumlar bank müştərilərinə qarşı həyata keçirilir

23-10-2024
Son dövrlər teleqram üzərindən vətəndaşlar daha çox aldadılır

Son dövrlər teleqram üzərindən vətəndaşlar daha çox aldadılır

05-09-2025
XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

25-04-2025
XRİTDX: Dövlət qurumlarına müxtəlif formada kiberhücumlar edilir

XRİTDX: Dövlət qurumlarına müxtəlif formada kiberhücumlar edilir

02-05-2025
Dövlət qurumlarına olan bir çox kiberhücumlar elektron poçt vasitəsilə həyata keçirilir

Dövlət qurumlarına olan bir çox kiberhücumlar elektron poçt vasitəsilə həyata keçirilir

07-02-2023
Avropa Komissiyası vahid kibertəhlükəsizlik agentliyinin yaradılmasını təklif edib

Avropa Komissiyası vahid kibertəhlükəsizlik agentliyinin yaradılmasını təklif edib

24-06-2021
COP29-da ən çox kiberhücum olan saytların adları açıqlanıb

COP29-da ən çox kiberhücum olan saytların adları açıqlanıb

27-11-2024
“Prezidentin saytına saniyədə 4 milyondan çox hücum olub”

“Prezidentin saytına saniyədə 4 milyondan çox hücum olub”

21-09-2023
XRİTDX beynəlxalq konfransda iştirak edib

XRİTDX beynəlxalq konfransda iştirak edib

30-10-2024
Dövlət qurumlarına 828 kiberhücum indikatoru müəyyən edilib

Dövlət qurumlarına 828 kiberhücum indikatoru müəyyən edilib

25-11-2024
Xidmət rəisi: Azərbaycana kiberhücumların sayı çoxalıb

Xidmət rəisi: Azərbaycana kiberhücumların sayı çoxalıb

05-03-2019
Şirkətlər təhlükəli kiberhücumlara hazır deyil

Şirkətlər təhlükəli kiberhücumlara hazır deyil

04-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə