Bu gün dünyanın böyük bir hissəsinin uzaq məsafədən işlədiyi bir vaxtda elektron xidmətlərdən istifadənin sadələşdirilməsi vətəndaşlarımız üçün xüsusilə vacibdir. "ASAN imza" mobil elektron imzanın texniki operatoru və Rəqəmsal Ticarət Qovşağının partnyoru “B.EST Solutions” ilə birlikdə ölkədə aparıcı mobil operator olan “Azercell Telekom” MMC tərəfindən "ASAN imza" gücləndirilmiş mobil elektron imza sahiblərinə daha bir yenilik təqdim edilib. Bu həftədən etibarən “Azercell Telekom” MMC mobil operator şəbəkəsinin abunəçiləri olan “ASAN imza” mobil elektron imza istifadəçiləri mobil operatorun Müştəri Xidmətləri Mərkəzlərinə getmədən “ASAN imza” xidmətli SİM kartın müddətini SMS vasitəsilə uzada biləcəklər.
Xeberler.az-ın məlumatına görə, “B.EST Solutions”dan bildirilib ki, “ASAN imza” xidmətli SİM kartın SMS vasitəsilə uzadılması kifayət etmir, istifadəçilərdən eyni zamanda vergi ödəyicisinin “e-taxes.gov.az” vahid internet portalında onlayn şəkildə “ASAN imza” sertifikatlarının müddətinin bitməsinə 30 gün qalmış “ASAN imza” sertifikatlarını növbəti 3 il müddətinə uzatmaq tələb olunur. “ASAN imza” sertifikatının etibarlılıq müddəti bitdikdən sonra onun onlayn rejimdə uzadılması mümkün olmayacaq və istifadəçi sertifikatı yeniləmək üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzdində Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) fiziki olaraq müraciət etməli olacaq.
Beləliklə, mövcud SİM kartda “ASAN imza” xidmətini növbəti 3 il müddətinə uzatmaq üçün vətəndaşlardan “8500” qısa nömrəsinə aşağıdakı açar sözlərdən birini qeyd edərək SMS göndərmək tələb olunur:
“ferdi” - fiziki şəxslər üçün
“biznes” - hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün
“dovlet” - dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün.
“ASAN imza” xidmətinin etibarlılıq müddəti haqqında məlumat əldə etmək üçün “8500” qısa nömrəsinə “status” açar sözünü SMS vasitəsilə göndərmək lazımdır. Xidmətin müddətinin SMS vasitəsilə uzadılması ilə bağlı “İstifadəçi Təlimatı” ilə bu link “https://www.azercell.com/media/html/files/SMS%20vasitesi%20ile%20uzadilma.pdf” vasitəsilə ətraflı tanış olmaq mümkündür.
Vətəndaşlar “ASAN imza” ilə bağlı suallarına cavab almaq üçün “1847” Çağrı mərkəzinə zəng edə və ya “[email protected]” elektron poçt ünvanına məktub yaza bilərlər.
“ASAN imza” mobil identitet həllinin mobilliliyi və istifadəsinin asan olması bu məhsulun vətəndaşlar və iş adamları arasında populyarlığını artırır və onu mobil dövlətin əsas tərkib hissəsinə çevirir. Hazırda dövlət və özəl qurumların 1000-dən çox elektron xidmətlər sistemində “ASAN imza”dan istifadə edilir. "ASAN imza" müxtəlif dövlət və özəl qurumların çağrı mərkəzlərinə inteqrasiya olunmuş və bu gün onun köməyi ilə elektron vergi bəyannamələri, gömrük bəyannamələri təqdim edilir, əmək müqaviləsi bildirişlərinin qeydiyyatı, bank hesablarının uzaq məsafədən açılması, abituriyentlərin onlayn qeydiyyatı və sair həyata keçirilir. Daha ətraflı məlumatı “http://www.asanimza.az” saytından əldə edə bilərsiniz.
“B.EST Solutions” şirkətinin rəqəmsal həlləri Birləşmiş Millətlər Təşkilatı, “Google”, “Financial Times”, Avropa İttifaqı OECD, ABŞ Dövlət Departamenti və Milli Standartlar və Texnologiyalar İnstitutu kimi qlobal təşkilatlar tərəfindən tanınıb. Müştəriləri transmilli korporasiyalar, böyük banklar, mobil operatorlar və sığorta şirkətləri, eləcə də beynəlxalq təşkilatlar və bir çox digər müştərilərdir. Daha ətraflı məlumatı “https://bestsolutions.ee/” saytından əldə etmək olar.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri