Previous Next
Bağla

Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı

02-12-2021 16:12
Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı

Bakcell abunəçiləri “Asan İmza” xidmətinin müddətini artıq SMS vasitəsilə uzada bilərlər.

Belə ki, “Fərdi”, “Biznes” və “Dövlət” tipli “Asan İmza” sertifikatlarına sahib olan bütün Bakcell abunəçiləri “Asan İmza” xidmətini növbəti 3 il müddətinə uzatmaq üçün “8500” qısa nömrəsinə aşağıdakı açar sözlərdən birini SMS vasitəsilə göndərə bilərlər: “ferdi” – fiziki şəxslər üçün;

“biznes” – hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün;

«dovlet» – dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün.

“Asan İmza” sertifikatlarının müddətinin SMS vasitəsilə uzadılması xidmətindən Prepaid (əvvəlcədən ödənişli) və Postpaid (sonradan ödənişli) Asan İmza SİM kartlarının mövcud istifadəçiləri yararlana bilər. “Asan İmza” xidmətinin etibarlılıq müddəti haqqında məlumat əldə etmək üçün “8500” qısa nömrəsinə “status” açar sözünü SMS vasitəsilə göndərmək lazımdır.

“8500” qısa nömrəsinə göndərilən bütün SMS-lər pulsuzdur.

Nəzərə almaq lazımdır ki, “Asan İmza” xidmətli SİM kartın SMS vasitəsilə uzadılması kifayət etmir, istifadəçilərdən eyni zamanda vergi ödəyicisinin e-taxes.gov.az vahid İnternet portalında onlayn şəkildə “Asan İmza” sertifikatlarının müddətinin bitməsinə 30 gün qalmış “Asan İmza” sertifikatlarını növbəti 3 il müddətinə uzatmaq tələb olunur. “Asan İmza” sertifikatının etibarlılıq müddəti bitdikdən sonra onun onlayn rejimdə uzadılması mümkün olmayacaq və istifadəçi sertifikatı yeniləmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzdində Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) fiziki olaraq müraciət etməli olacaqdır.

"Asan İmza" xidmətindən fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət qulluqçuları və özünüidarəetmə orqanlarının nümayəndələri istifadə edə bilərlər. İlk dəfə bu xidməti aktivləşdirmək üçün abunəçilər şəxsiyyət vəsiqələri ilə Bakcell Müştəri Xidmətləri Mərkəzlərindən birinə müraciət etməli və burada "Asan İmza" xidmətini aktivləşdirərək "Asan İmza" SİM kartını əldə etməlidirlər. Daha sonra isə SİM kartda Asan İmza sertifikatlarını aktivləşdirmək üçün Dövlət Vergi Xidmətinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət olunmalıdır.

Qeyd edək ki, “Asan İmza” mobil elektron imzanın texniki operatoru “B.EST Solutions” şirkətidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Nar” abunəçiləri “Asan İmza” xidmətinin etibarlılıq müddətini SMS vasitəsilə uzada bilərlər

09-07-2021

Bakcell abunəçiləri “Vətəndaş” tipli “Asan İmza” xidmətindən pulsuz istifadə edəcək

02-07-2021

Artıq “ASAN imza” SİM kartını SMS vasitəsilə uzatmaq mümkündür

20-11-2020

Azərbaycanda yeni verilən "ASAN İmza" sertifikatlarının sayı azalıb

17-02-2025

Yanvarda 49 minə yaxın "ASAN İmza" sertifikatı verilib

17-02-2026

Ötən il 500 mindən çox "ASAN İmza" sertifikatı verilib

14-01-2026

2 ayda 85 mindən çox "ASAN İmza" sertifikatı verilib

16-03-2026

11 ayda 471 minə yaxın "ASAN İmza" sertifikatı verilib

08-12-2025

7 ayda 282 minə yaxın "ASAN İmza" sertifikatı verilib

11-08-2025

I rübdə 113 mindən çox "ASAN İmza" sertifikatı verilib

14-04-2026

Bu il 560 mindən çox ASAN İmza sertifikatı verilib

12-12-2024

4 ayda 160 mindən çox "ASAN İmza" sertifikatı verilib

13-05-2026

"Asan İmza"nın müddətini SMS-lə uzatmaq mümkün olacaq

11-10-2021

5 ayda 198 minə yaxın "ASAN İmza" sertifikatı verilib

18-06-2025

Artıq Azercell-də “Asan İmza” sertifikatını yeniləmək mümkündür

15-07-2016

“ASAN İmza”sı olan vergi ödəyicilərinin nəzərinə

28-10-2016

Azercell Asan İmza xidmətinin aktivləşdirilməsinə dəstək olmağa davam edir

03-03-2023

Bakcell ASAN İmza xidmətinə qoşulan abunəçilərini mükafatlandırdı

06-02-2015

Azərbaycanda yanvarda 31 min yeni "ASAN İmza" sertifikatı verilib

16-02-2023

Sim-Sim abunəçiləri də “Asan İmza”dan istifadə edə biləcək

18-04-2016

“Nar” abunəçiləri üçün "Vətəndaş” tipli “Asan İmza" xidmətinin aylıq abunə haqqı ləğv edilir

01-07-2021

Azərbaycanda 5 ayda 150 mindən çox "ASAN İmza" sertifikatı verilib

12-06-2023

Azərbaycanda 7 ayda 221 mindən çox "ASAN İmza" sertifikatı verilib

09-08-2023

“Asan İmza” yeni elektron xidmət istifadəyə verib

16-11-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə