Previous Next
Bağla

Asiya-Pasifik İnformasiya Magistralı üzrə toplantı keçirilib

07-09-2015 22:09
Asiya-Pasifik İnformasiya Magistralı üzrə toplantı keçirilib

Cənubi Koreyanın İnçheon şəhərində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UN ESCAP) və Koreya Respublikasının Elm, İKT və Gələcək Planlaşdırma Nazirliyi ilə birgə Asiya-Pasifik İnformasiya Magistralı üzrə İşçi Qrupunun 1-ci toplantısı keçirilib.
 
Xeberler.az məlumat verir ki, bu barədə  toplantıda iştirak edən Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin katibliyinin rəhbəri Zaur Həsənov  məlumat verib.
 
Qeyd edək ki, paytaxt Seuldan 30 kilometrlik məsafədə yerləşən İnçheon Koreyanın İKT üzrə mərkəzləşmiş şəhərlərindəndir.
 
Zaur Həsənov bildirib ki, iclasda Asiya-Pasifik İnformasiya Magistralının regiona verə biləcəyi töhfə əsas müzakirə mövzusu olub. Onun sözlərinə görə,məlumatların vaxtı-vaxtında çatdırılması,fövqəladə hallar zamanı kritik məqamlar üçün infrastrukturun yaradılması məsələsi də əsas müzakirə mövzusu olub:
 
"Çünki həmin ərazilər seysmik zona hesab olunur. Təbiət hadisələri baş verdikdə insanlar arasında davamlı rabitənin mövcud olması, əlaqələrdə, birləşmələrdə qırılmaların baş verməməsi xüsusi əhəmiyyət daşıyan məsələlərdəndir. Ona görə də bu mövzu gündəliyə daxil edilib".
 
Bundan başqa Asiya-Pasifik İnformasiya Magistralının regionda iqtisadi inkişaf üçün yaratdığı imkanlardan söz açıldığını qeyd  edən Zaur Həsənovun sözlərinə görə, iclasda sözügedən layihənin mobil internetin inkişafı, e-ticarətin həcminin artması, yeni proqramların, tətbiqlərin yaradılması üçün əlverişli mühitin formalaşdırılması kimi məsələlər müzakirə olunub:
 
Tədbirdə Asiya-Pasifik İnformasiya Magistralı regionunda yerləşən dövlətlərin müvafiq nazirliklərinin və orta Asiya ölkələrinin nümayəndələrinin, Beynəlxalq Telekommunikasiya İttifaqının,  BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UN ESCAP) rəhbərlərinin, İKT məsələləri ilə məşğul olan beynəlxalq qurumların və vətəndaş cəmiyyətinin təmsilçilərinin iştirak etdiyini vurğulayan Z.Həsənovun sözlərinə görə, iclasda bölgənin İKT gələcəyinin müzakirəsi ilə yanaşı, İşçi Qrupunun idarə edilməsi üçün rəhbər seçkiləri də keçirilib.
 
TASİM katibliyinin rəhbəri qeyd edib ki, seçkilər nəticəsində İşçi Qrupun idarəçiliyinə 4 ölkə seçilib:
 
"Onların arasında Azərbaycan da var idi. Belə ki, Azərbaycan, Çin, Cənubi Koreya və Pakistan İşçi qrupuna rəhbərlik edəcək. Burada əsas rəhbər statusunda ("chair") Pakistan çıxış edəcək. Digər 3 ölkə də eyni statusa ("co- chair") malikdir. Qeyd edim ki, bu rəhbərlik müəyyən zaman çərçivəsində həyata keçirilir. Vaxtı çatanda Azərbaycan da əsas rəhbər ("Chery") olacaq. Bu seçkilərdə ölkəmizin də təşkilatın İşçi Qrupuna rəhbər seçilməsi böyük nailiyyətdir. Təsəvvür edək ki, Çin və Cənubi Koreya kimi İKT nəhəngləri olan ölkələrin sırasında Azərbaycanın da adı var".
 
İşçi Qrupuna rəhbər seçilməyimizin əhəmiyyətindən danışan Zaur Həsənov bunun Azərbaycan üçün vacibliyinin səbəblərini sadalayıb:
 
"Birincisi, ona görə ki, biz TASİM-in  aktuallığını beynəlxalq aləmin diqqətinə  bir daha çatdırdıq və bundan sonra onu gündəmdə saxlamaq şanslarımız daha da artdı. Onlar da bizə beynəlxalq katiblik kimi etimad göstərdilər ki, TASİM-in heyəti Avrasiya regionunda müəyyən məlumatların mübadiləsində, ekspert rəyinin formalaşdırılmasında, 3-5 illik inkişaf proqnozunun verilməsində iştirak edə bilər.  Yəni TASİM-in  potensialı çatır ki, belə bir mürəkkəb məsələdə öz  töhfəsini versin. Avropa ilə Asiyanın birləşdirilməsində TASİM-in nə qədər vacib rol oynadığı bir daha qeyd edildi. Yeri gəlmişkən bildirim ki, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UN ESCAP) bu vaxta qədər keçirilən bütün iclaslarında, son iki ildə qəbul etdikləri qətnamələrin hamısında  birmənalı olaraq TASİM Avropa ilə Asıya arasında  ən etibarlı yol olduğu göstərilib. Avropalıların ən etimad göstərdikləri yol məhz TASİM yoludur. Qətnamələrdə qeyd ediblər ki, TASİM,  Dünya Bankı və UN ESCAP birləşərək rəqəmli fərqin, bu istiqamətdə ölkələr arasında olan səddin aradan qaldırılması üçün birgə səylər göstərməlidirlər.  Bu, gələcəkdə TASİM-in daha geniş arealda tanınması üçün müsbət haldır".

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

TASİM layihəsi beynəlxalq tədbirdə müzakirə olunacaq

24-08-2015

TASİM layihəsi Dünya Sammitində təqdim olunub

26-05-2015

TASİM irəliləyir

06-03-2015

“TASİM region ölkələrinin iqtisadi inkişafına töhfə verəcək”

16-09-2015

Azərbaycan BMT komissiyasının sessiyasına sədrlik edib

28-08-2019

TASİM Cenevrədə ictimaiyyətə təqdim ediləcək

19-05-2015

Azərbaycan nümayəndəsi UNESCAP-ın İdarəetmə Komitəsinin iclasında iştirak edib

14-08-2020

İran Azərbaycana kanallar təqdim edə bilər

27-08-2015

TASİM layihəsi üzrə Nazirlər Toplantısı keçirilib

29-11-2016

“TASİM” layihəsi ilə bağlı Anlaşma Memorandumu imzalanacaq

26-11-2013

BMT Baş Assambleyasında TASİM haqqında məruzə edilib

01-10-2015

TASİM layihəsi Türkmentel-2015 sərgi-konfransında təqdim olunacaq

11-08-2015

Sentyabrda “TASİM” layihəsinin yaradılması çərçivəsində Avrasiya Bağlantı Alyansı üzrə qətnamənin qəbul edilməsi gözlənilir

22-08-2013

UNESCAP-ın İKT komitəsinin iclası başlayır

20-11-2008

RİTN nümayəndəsi UNESCAP-ın tədbirində iştirak edəcək

17-11-2008

“ASAN xidmət”in nümayəndəsi BMT-nin sessiyasında iştirak edib

06-09-2022

“Transmilli Avrasiya super informasiya magistralı” layihəsinin əsası qoyulub

17-07-2009

Azərbaycan UNESCAP-ın Nəqliyyat üzrə IV Nazirlər Konfransında təmsil edilib

17-12-2021

“ASAN xidmət” modeli beynəlxalq tədbirdə diqqət mərkəzində olub

18-06-2025

Vüsal Qasımlı UNESCAP-ın koordinatoru təyin olundu

30-06-2021

Azərbaycan regionda informasiya texnologiyaları marşrutunun mərkəzinə çevriləcək

07-01-2009

Azərbaycanın “TASİM” layihəsinin reallaşması Avropa ilə Asiya arasında alternativ etibarlı rabitə kanalı kimi çox əhəmiyyətlidir

03-11-2013

Nazir: Region dövlətlərinin rabitə operatorları TASİM layihəsinə ciddi maraq göstərir

20-12-2010

Bakıda Transmilli Avrasiya Super İnformasiya Magistralı üzrə nazirlərin Regional Görüşü keçirilib

11-11-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə