Previous Next
Bağla

Azərbaycan BMT komissiyasının sessiyasına sədrlik edib

28-08-2019 16:00
Azərbaycan BMT komissiyasının sessiyasına sədrlik edib

Xeberler.az bildirir ki, Taylandın Banqkok şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 5 regional kommisiyasından biri olan Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Asiya-Sakit okean İnformasiya Super Magistralı (ASİSM) layihəsi üzrə İdarəetmə Komitəsinin 3-cü sessiyası keçirilir.

Tədbir çərçivəsində həmçinin İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin regional dövrü müzakirəsi aparılır. Komissiya iqtisadi və sosial məsələləri müzakirə etmək və nəzərdən keçirmək, o cümlədən regional əməkdaşlığı gücləndirmək məqsədilə region dövlətləri üçün bir platforma rolunu oynayır. Tədbir çərçivəsində idarətmə komitəsinin iclasına seçkilər keçirilib. İdərəetmə komitəsi iclasına sədr və UNESCAP-ın 4 subregionundan müavinlər seçilib.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Emil Əhmədov Şimali və Mərkəzi Asiya subregionundan (Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) komitə iclasına sədr müavini seçilib və “Asiya-Sakit okean İnformasiya Super Magistralı və infrastruktur bağlantıları” adlı sessiyaya sədrlik edib.

Azərbaycan ESCAP-ın əksər üzv ölkələri ilə yüksək səviyyəli siyasi münasibətlərə malikdir. Ölkəmiz 31 iyul 1992-ci il tarixindən UNESCAP-ın üzvüdür. Qurum xüsusən nəqliyyat, İKT və enerji sahələrində maraqlarımızın təmin edilməsi baxımından çox önəmli bir platformadır. Sözügedən tədbir zamanı dayanıqlı inkişaf erasında Asiya-Sakit okean İnformasiya Super Magistralı (ASİSM) layihəsinin reallaşmasına regionda həyata keçirilən, o cümlədən ölkəmizin təşəbbüskarı olduğu layihələrin (Trans-Avrasiya Super İnformasiya Magistralı - TASİM) verə biləcəyi tövhəyə dair müzakirələr aparılır.

Sessiyada həmçinin ASİSM layihəsi üzrə indiyədək irəli sürülmüş bir sıra təşəbbüslərin tətbiqinin vəziyyəti nəzərdən keçirilib. Eləcə də layihənin Baş Plan və Regional Əməkdaşlıq Çərçivəsində sənədlərin növbəti (2019-2022 illər) üçün yenilənməsi nəzərdə tutulur.

İdarəetmə Komitəsinin 3-cü sessiyası çərçivəsində keçirilən ölkələrin təqdimatı adlı sessiyada ölkəmizdə BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin icrası, eləcə də Respublikamızın İKT sahələrində həyata keçirdiyi və təşəbbüskarı olduğu beynəlxalq əhəmiyyətli layihələr ilə əlaqədar görülən işlər və əldə olunan nailiyyətlər, eləcə də İKT sektorunun inkişafının müxtəlif aspektlərini, habelə müvafiq tənzimləyici məsələləri əhatə edən Azərbaycan Respublikasının informasiya və telekommunikasiya texnologiyalarının inkişafı üzrə Strateji Yol Xəritəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan nümayəndəsi UNESCAP-ın İdarəetmə Komitəsinin iclasında iştirak edib

14-08-2020

NRYTN-in nümayəndəsi UNESCAP-ın onlayn iclasında iştirak edib

23-05-2020

Azərbaycan UNESCAP-ın Nəqliyyat üzrə IV Nazirlər Konfransında təmsil edilib

17-12-2021

UNESCAP-ın İKT komitəsinin iclası başlayır

20-11-2008

RİTN nümayəndəsi UNESCAP-ın tədbirində iştirak edəcək

17-11-2008

“ASAN xidmət” modeli beynəlxalq tədbirdə diqqət mərkəzində olub

18-06-2025

“ASAN xidmət”in nümayəndəsi BMT-nin sessiyasında iştirak edib

06-09-2022

“Transmilli Avrasiya super informasiya magistralı” layihəsinin əsası qoyulub

17-07-2009

TASİM irəliləyir

06-03-2015

“ASAN xidmət” UNESCAP sessiyasında diqqət mərkəzində olub

22-04-2026

Vüsal Qasımlı UNESCAP-ın koordinatoru təyin olundu

30-06-2021

Azərbaycanda İKT-nin inkişafı ilə bağlı birgə layihə reallaşdırılır

08-11-2016

TASİM layihəsi beynəlxalq tədbirdə müzakirə olunacaq

24-08-2015

Ekspertlər dəmir yolunun rəqəmsallaşdırılmasını müzakirə edib

02-11-2022

Banqkokda Azərbaycanın sədrliyi ilə UNESCAP-ın 82-ci sessiyası keçirilib

27-04-2026

Azərbaycan regionda informasiya texnologiyaları marşrutunun mərkəzinə çevriləcək

07-01-2009

Bakıda innovasiya və texnologiya üzrə regional seminar keçirilir

05-07-2018

Asiya-Pasifik İnformasiya Magistralı üzrə toplantı keçirilib

07-09-2015

Transsərhəd kağızsız ticarətin asanlaşdırılması üzrə beynəlxalq müzakirə

28-04-2022

Bakıda Transmilli Avrasiya Super İnformasiya Magistralı üzrə nazirlərin Regional Görüşü keçirilib

11-11-2008

Sentyabrda “TASİM” layihəsinin yaradılması çərçivəsində Avrasiya Bağlantı Alyansı üzrə qətnamənin qəbul edilməsi gözlənilir

22-08-2013

“Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” adlı dəyirmi masa keçiriləcək

08-11-2024

İntellektual nəqliyyat texnologiyalarına dair regional seminar keçirilir

01-10-2019

“Qərb-Şərq yüksəksürətli informasiya magistrali” layihəsi BMT-nin baş məclisinin sessiyasında müzakirə olunacaq

07-01-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə