Previous Next
Bağla

İran Azərbaycana kanallar təqdim edə bilər

27-08-2015 13:23
İran Azərbaycana kanallar təqdim edə bilər

İran Azərbaycana TASİM layihəsi çərçivəsində icarəyə kanallar təqdim edə bilər.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xəbərlər-ə bildiriblər ki, TASİM layihəsinin katibliyinin məlumatına əsasən, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi TASİM layihəsi çərçivəsində ölkəsinin Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu deyib.

"Hazırkı məqamda yalnız bu istiqamətdə danışıqların aparılmasına hazırlıqdan söhbət gedə bilər. Bu, heç də o demək deyil ki, İran TASİM layihəsinin tərəfdaşlarından biri olacaq. Sadəcə, İran Azərbaycana Pakistan istiqamətində trafikin ötürülməsi üçün kanallar icarəyə verə bilər. İranın TASİM layihəsinə qoşulması üçün isə layihədə iştirak edən bütün ölkələrin razılığı olmalıdır", - deyə layihənin katibliyindən bildiriblər.

Layihənin məqsədi Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir. Layihə Almaniyanın Frankfurt şəhərindən Çinin Honkonq şəhərinədək istiqamətlənən, Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçən tranzit xəttinin qurulmasını nəzərdə tutur. TASİM-in reallaşmasında Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ChinaTelecom, Kaztranscom, Rostelecom və TurkTelekom operatorları iştirak edirlər. Bu xətt Avropanın və Asiyanın ən böyük informasiya mübadiləsi mərkəzlərini birləşdirəcək. TASİM layihəsi region boyunca 20-dən artıq ölkəni telekommunikasiya və e-info sistemləri ilə təmin edəcək.

TASİM layihəsi katibliyinin nümayəndələri Fransa şirkətlərinin layihəyə qoşulması imkanlarını və Avropa İttifaqına daxil olan ölkələrin Cənubi Qafqaz və Orta Asiya regionunda həyata keçirilən inkişaf layihələrində iştirakını müzakirə ediblər.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

TASİM Cenevrədə ictimaiyyətə təqdim ediləcək

19-05-2015

TASİM irəliləyir

06-03-2015

TASİM layihəsi üzrə Nazirlər Toplantısı keçirilib

29-11-2016

“TASİM” layihəsi ilə bağlı Anlaşma Memorandumu imzalanacaq

26-11-2013

BMT-nin Baş Assambleyası Azərbaycan - Avrasiya Alyansının yaradılması ilə bağlı qətnamə qəbul edib

05-09-2013

TASİM layihəsi beynəlxalq tədbirdə müzakirə olunacaq

24-08-2015

Nazir: Region dövlətlərinin rabitə operatorları TASİM layihəsinə ciddi maraq göstərir

20-12-2010

TASİM layihəsi Dünya Sammitində təqdim olunub

26-05-2015

Osman Gündüz: Bu, ölkəyə böyük dividentlər gətirəcək bir layihədir

14-01-2019

TASİM layihəsi dayandırılıb?

13-06-2016

“TASİM region ölkələrinin iqtisadi inkişafına töhfə verəcək”

16-09-2015

Azərbaycanın “TASİM” layihəsinin reallaşması Avropa ilə Asiya arasında alternativ etibarlı rabitə kanalı kimi çox əhəmiyyətlidir

03-11-2013

Asiya-Pasifik İnformasiya Magistralı üzrə toplantı keçirilib

07-09-2015

Sentyabrda “TASİM” layihəsinin yaradılması çərçivəsində Avrasiya Bağlantı Alyansı üzrə qətnamənin qəbul edilməsi gözlənilir

22-08-2013

Gürcüstanla sərhədboyu ərazilərdə rəqəmli televiziya və FM radio kanallarının yayımı ilə bağlı protokol imzalandı

29-07-2013

Azərbaycan TASİM üzrə üçtərəfli əməkdaşlıq təklif edib

11-05-2015

İran MasterCard beynəlxalq ödəniş sisteminə qoşulub

15-08-2016

Qiymətlərin aşağı salınması ilə bağlı mobil operatorlar arasında aparılan danışıqlar artıq başa çatmaq üzrədir

07-05-2014

“Azərbaycan region üçün mühüm İKT mərkəzinə çevrilib”

29-09-2015

Ölkədə İKT-nin inkişafı üçün hansı işlər görülür?

29-09-2017

İstanbulda İKT üzrə Nazirlər Toplantısı keçirilib

10-11-2017

Rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

02-04-2019

Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq beynəlxalq Xəzər İnnovasiya Konfransı keçirilir

05-12-2018

Azərbaycanın İKT istiqamətində gördüyü işlərin təqdimatı keçiriləcək

24-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə