Previous Next
Bağla

Avropanın innovasiya platforması "Tenity" Azərbaycana gəlir

17-10-2025 14:56
Avropanın innovasiya platforması "Tenity" Azərbaycana gəlir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Avropanın tanınmış akselerasiya və inkubasiya mərkəzi olan "Tenity" ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində Azərbaycanın fintex yönümlü startapları üçün nəzərdə tutulmuş iki hakaton və bir inkubasiya proqramı həyata keçiriləcək. Bu proqramlarda Azərbaycan startapları ilə yanaşı, digər ölkələrin də startapları iştirak edə biləcək.

İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov proqramların yerli ekosistem üçün önəmini vurğulayıb: "Biz İRİA olaraq yerli startaplarımızın maliyyələşmə və bazar əlçatanlığını artıran proqramları dəstəkləməyə davam edirik. Hesab edirəm ki, bu proqramlar da ölkəmizdə fəaliyyət göstərən bir çox fintex yönümlü startaplar üçün inkişaf baxımından güclü dönüş nöqtəsi ola bilər".

Belə ki, ilk olaraq reallaşdırılan hakaton proqramına hazırda müraciət qəbulu aktivdir. Noyabrın 14-16-sı tarixlərində baş tutacaq hakatonda yerli startaplar beynəlxalq ekspertlərin təlimlərində iştirak edəcək, həmçinin mentorluq dəstəyindən faydalana biləcəklər. Bununla yanaşı, "Tenity"nin əlaqəli olduğu investorlarla görüşlər də təşkil ediləcək.

Bu hakaton proqramına fintex sahəsində fəaliyyət göstərən və ya bu sahəyə maraq göstərən 18 yaşdan yuxarı şəxslər tərəfindən təsis edilmiş və ya ideya mərhələsində olan startaplar qoşula bilər. Proqramın sonunda ən yüksək nəticə göstərən üç komanda pul mükafatına layiq görüləcək. Hakatona müraciət etmək istəyənlər bu keçiddən istifadə edə bilər. Son müraciət tarixi: 7 noyabr, 2025-ci il.

Hakatonla yanaşı, fintex startapları üçün inkubasiya proqramına müraciət qəbulu da başlayıb. Dörd ay davam edəcək bu inkubasiya proqramı ideyaları və prototipləri miqyaslana bilən biznesə çevirməyi həfədləyən startaplar üçün gərəkli olan mentorluq, ekspert dəstəyi və investor şəbəkəsinə çıxış imkanları ilə təmin edəcək. Proqramın yekununda startaplar öz layihələrini "Demo Day" tədbirində təqdim edəcək.

İnkubasiya proqramına erkən mərhələdə olan fintex startapları bu keçid vasitəsilə müraciət edə bilər. Son müraciət tarixi: 12 dekabr, 2025-ci il.

"Tenity" 2015-ci ildə İsveçrədə təsis edilib. Hazırda Zürix, Madrid, London, İstanbul, Sinqapur və Tallin olmaqla 6 şəhərdə fəaliyyət göstərir. Mərkəz, əsasən, "fintech", "insurtech", "regtech", "Web3", blockçeyn, tokenləşdirmə və süni intellekt kimi sahələrdə erkən mərhələ startaplara dəstək verir. Akselerasiya və inkubasiya proqramları vasitəsilə startaplar üçün mentorluq, korporativ əlaqələr, investorlara çıxış və bazar imkanları yaradılır. İndiyədək "Tenity" startaplara 300 min avroya qədər investisiya yatırımına nail olub, 1600-dən çox startap "Tenity" ekosistemindən faydalanıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"INNOLAND" İnkubasiya proqramı elan edir

08-06-2020

Fintex startaplar üçün qeydiyyat başladı

09-09-2019

INNOLAND beynəlxalq proqramın regional müraciətlərini qiymətləndirəcək

14-12-2018

Startaplar üçün “IGNITE” İnkubasiya Proqramına start verilib

15-01-2024

İRİA və “Plug and Play” "GOAL" proqramına start verir

23-03-2026

"INNOLAND" və "Nextstep”in birgə təşkilatçılığı ilə "Pre-inkubasiya" proqramı başlayır

09-06-2022

“Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına başlayıb

14-05-2026

Xsolla-IDDA İnkubasiya Proqramına start verilib

01-04-2026

Oyun studiyaları üçün ilk inkubasiya proqramına qeydiyyata start verilib

19-03-2025

INNOLAND-də növbəti Demo Day təşkil olunub

21-01-2020

“INNOLAND”də oyun tərtibatçıları üçün “Demo day” keçirilib

11-04-2022

INNOLAND və AzerGold startapları bir araya gətirəcək

24-07-2019

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə ABB İnnovasiya Mərkəzi növbəti əməkdaşlığa start verir

06-06-2022

INNOLAND-in rezidentləri beynəlxalq proqrama qəbul edilib

03-10-2019

“Microsoft” Azərbaycanda startaplar üçün dəstək proqramını təqdim edib

16-01-2025

İRİA “Plugand Play” ilə əməkdaşlığa başlayır

01-12-2025

İnkubasiya proqramına seçilən startaplar INNOLAND-də fəaliyyətə başlayıblar

09-07-2019

İRİA ilə “Astana Hub” arasında anlaşma memorandumu imzalanıb

28-11-2025

Startaplar üçün növbəti şans

09-08-2017

Fərid Osmanov: İnnovasiya bir şəhərə bağlı olmamalıdır

20-08-2025

Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib

23-01-2020

ABB İnnovasiya Mərkəzinin daha 10 startapı investorlara təqdim edildi

01-07-2022

INNOLAND-in 5 startapı ITU Magnet Akselerasiya proqramından məzun olub

07-11-2019

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi yeni inkubasiya proqramına başlayıb

03-12-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə