Previous Next
Bağla

Startaplar üçün növbəti şans

09-08-2017 10:47
Startaplar üçün növbəti şans

Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə startaplar üçün 2-ci Inkubasiya Proqramını elan edib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, 6 ay müddətində davam edəcək inkubasiya proqramına əsasən İT və İT imkanlı kənd təsərrüfatında innovativ həllər, Virtual Reallıq, Artırılmış Reallıq, Süni Zəka mövzularında layihələr qəbul edilir.

İnkubasiya proqramına seçim prosesi 2 mərhələdən ibarətdir. İlk mərhələdə qeydiyyatdan keçmiş layihələr dəyərləndiriləcək. Seçilmiş komandalar ikinci mərhələdə öz layihələrini biznes plan və təqdimat formasında təqdim edəcəklər. Bu mərhələdən uğurla keçən 10-dək komanda Barama İnnovasiya və Sahibkarlıq mərkəzində öz layihələrini reallaşdırmaq şansını əldə edəcək.

İnkubasiya proqramına müraciət etmək istəyənlər Azercell nömrələrinin balansını 50 AZN-dək artırmalıdır. Hesaba əlavə edilən bu vəsait iştirakçının özünə aiddir. Komandanın 2 və ya daha çox təsisçi üzvü olmalıdır.

Onlar layihələrini sentyabrın 15-dək onlayn şəkildə Barama İnnovasiya və Sahibkarlıq mərkəzinin rəsmi internet səhifəsi ya  bu link vasitəsi iləqeydiyyatdan keçirə bilərlər.

Biznes inkubatorusayılan Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi biznes sahiblərini çoxsaylı faydalı üstünlüklərlə təmin edir. Burada startaplar üçün biznesi tam dəstəkləyən şərait yaradılıb: iştirakçılara mentor dəstəyi, şəbəkə fəaliyyəti, investorlara çıxış imkanı və s.

Eyni zamanda, Azercell və PAŞA Bankdan olan mütəxəssislər startuplara maliyyə konsaltinqi təqdim edir, onlar üçün təlimlər, master klasslar keçirlər. Layihəni həyata keçirmək üçün virtual kitabxana, yüksək sürətli internet və hər növ avadanlıqla təchiz olunmuş ofis də proqram iştirakçılarının ixtiyarına verilir. Bundan əlavə, komanda üzvlərinə pulsuz Azercell nömrəsi və ayda 50 AZN kredit limiti də təqdim olunur.

İnkubasiya proqramının sonunda ən uğurlu iştirakçılar Azercell ilə 5000 AZN dəyərində müqavilə imzalamaq şansı qazana bilərlər. 

Günel

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in Barama mərkəzi inkubasiya proqramına müraciət müddətini uzatdı

10-09-2018

Azercell şəxsi biznesini qurmaq istəyənlərə fürsət yaradır

13-08-2018

Azercell startaplara öz biznesini qurmağa dəstək göstərəcək

18-10-2018

Azercell-dən yeni müsabiqə

14-09-2017

Gəncədə keçirilən startap müsabiqəsinin qalibləri

17-10-2017

Startaplar üçün “IGNITE” İnkubasiya Proqramına start verilib

15-01-2024

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi yeni inkubasiya proqramına başlayıb

03-12-2020

Azercell-in Barama mərkəzi PAŞA Bank ilə memorandum imzalayıb

07-10-2015

“Barama İnkubasiya 2021” proqramı davam edir

09-03-2021

Azercell-dən sahibkar xanımlara dəstək

02-02-2019

Barama Regional Sahibkarlıq Konfransı baş tutub

26-12-2018

Barama İnnovasiya Mərkəzi yeni ofisini istifadəyə verdi

23-05-2019

Azercell Gəncədə startapçılar ilə görüşüb

28-09-2017

Startapçı həyatından bir gün

12-10-2018

Barama FinTech Hackathon yarışmasının nəticələri açıqlandı

29-11-2018

2 gün yuxusuz qalan developerlər arasında qaliblər seçilib

14-05-2018

Azercell-in Barama Mərkəzindən Mayak layihəsinə dəstək

22-12-2018

Proqramçıların sevimli müsabiqəsi başlayır

08-11-2018

Barama ölkəmizi Seedstars-da təmsil edib

14-12-2017

A’Startap Sammitinə qeydiyyat başladı

27-06-2018

Barama məktəblilər üçün yeni layihəyə başlayır

22-12-2017

Proqramçılar üçün yarışmaya qeydiyyat başladı

07-04-2017

İsrailin Azərbaycandakı səfiri Azercell-in Barama Mərkəzini ziyarət etdi

31-05-2018

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi səfər qrantları üçün qəbul elan edir

09-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə