Previous Next
Bağla

Fərid Osmanov: İnnovasiya bir şəhərə bağlı olmamalıdır

20-08-2025 11:06
Fərid Osmanov: İnnovasiya bir şəhərə bağlı olmamalıdır

Biz startapların yalnız ölkə daxilində deyil, beynəlxalq arenada da tanıdılması üçün dəstək göstəririk. “Roadshow” layihəsi çərçivəsində müxtəlif startaplarımızın beynəlxalq tədbirlərdə iştirakı təmin olunub, şəbəkələşmə və investorlarla əlaqələrin qurulması üçün şərait yaradılıb.

Xeberler.az məlumat verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov regionlarda həyata keçirilən innovasiya proqramının yekun təqdimat mərasimində deyib. O bildirib ki, innovasiya bir şəhərə və ya mərkəzə bağlı olmamalıdır. Bu gün ölkəmizin hər yanında yaradılmış güclü rəqəmsal infrastruktur innovativ düşüncəli icmaların böyüməsi üçün real imkanlar yaradır. İnnostart layihəsinin də məqsədi bu potensialı reallaşdırmaq, innovativ yanaşması ilə öz bölgəsinin iqtisadiyyatına müsbət töhfə vermək istəyən startapları dəstəkləməkdir.

Onun sözlərinə görə, bu layihə son 3 ildə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və SUP.VC şirkətinin təşkilatçılığı ilə reallaşdırılıb. 2024-2025-ci illərdə layihənin əhatə dairəsinin genişləndirilməsi ilə 4 region, 20 şəhər və bir rayonda innovasiya yönümlü fəaliyyət həyata keçirilib. Layihə çərçivəsində ümumilikdə 32 maarifləndirmə tədbiri, 8 hakaton, 8 inkubasiya proqramı, 4 regional “Demo Day” tədbiri baş tutub. Ümumilikdə bütün tədbirlərdə 2000-dən çox şəxs iştirak edib.

Sədr vurğulayıb ki, hakatonlar çərçivəsində 116 komanda innovativ ideyalarını və MVP-lərini təqdim edib və onlardan 24 MVP-li layihə ümumilikdə 60 000 AZN məbləğində mükafat fondu əldə edib. Sözügedən komandalardan 35 -i inkubasiya proqramlarına cəlb olunub, yekun olaraq 29 MVP formalaşdırılıb, 1 komanda isə “Startap şəhadətnaməsi“ əldə edib. Hazırda 17 komanda bugünkü “Demo Day” tədbirində çıxış edərək layihələrini təqdim edəcək.

“Təlimçi və mentor hazırlığı (ToT) proqramı çərçivəsində 18 yeni mentor yetişdirilib. Layihə sayəsində mərkəzi icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, dövlət və özəl təşkilatlar, qeyri-hökumət təşkilatları, ali təhsil müəssisələri, peşə təhsili mərkəzləri ilə əməkdaşlıqlar qurulub və regional nümayəndəliklər formalaşdırılıb. Bu da öz növbəsində regionlarda Agentliyin təşəbbüsü ilə yaradılacaq innovasiya mərkəzlərinin işinə və dayanıqlı regional innovasiya ekosisteminin qurulmasına mütərəqqi töhfə verib”, - deyə Fərid Osmanov əlavə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“İnnostart” layihəsinin “Grand Final” mərasimi baş tutub

21-08-2025

Yeni startap layihələri təqdim olunub

20-02-2024

“Innostart” layihəsinin “DemoDay” tədbirləri uğurla keçirilib

23-07-2025

Bu ilin sonunadək Gəncə İnnovasiya Mərkəzinin yaradılması nəzərdə tutulub

20-08-2025

Gəncə İnnovasiya Mərkəzi bu ilin sonuna qədər açılacaq

08-08-2025

İRİA: İnnovasiya infrastrukturu bizim əsas fəaliyyət istiqamətlərimizdəndir

01-10-2025

V “TUSİ” İnkubasiya proqramına qeydiyyat davam edir

05-03-2026

Nazir müavini: Üç ildə İRİA tərəfindən 600-dən çox startap dəstəklənib

20-08-2025

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə yeni sədr təyin olunub

16-01-2025

Vençur maliyyələşmə şirkətinin təsis edilməsinə dair müqavilə imzalanıb

29-09-2025

Gələn ay Azərbaycanda ilk innovasiya mərkəzləri yaradılacaq

11-09-2024

İRİA “Plugand Play” ilə əməkdaşlığa başlayır

01-12-2025

İRİA: 5 ali təhsil müəssisəsində startap proqramları təşkil olunub

18-12-2025

“ConstructionTech Incubation” proqramının qalibləri müəyyənləşdirilib

12-01-2026

Azərbaycanda ilk dəfə olaraq regional startap mərkəzləri yaradılır

04-11-2022

İnnovasiya ekosistemi oyunçularının akkreditasiyası proqramına başa çatıb

10-10-2025

“Startup School 3” finalının münsiflər heyəti elan olundu

17-11-2025

“Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir

24-01-2025

CAREC Azərbaycandan olan tələbələrin startaplarını dəstəkləyir

27-07-2023

İRİA və KOİCA-nın təlimlərində 40-dan çox startapçı və startap mentoru məzun olub

08-02-2024

Startap maliyyələşməsi üzrə qanunvericilik bazası hazırlanır

02-02-2026

Avropanın innovasiya platforması "Tenity" Azərbaycana gəlir

17-10-2025

"Startup School 3" layihəsinin açılış mərasimi keçirilib

08-08-2025

Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 76 faizi işlə təmin olunublar

30-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə