Previous Next
Bağla

Azad edilmiş ərazilərdə sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı ödəniləcək

06-06-2023 16:16
Azad edilmiş ərazilərdə sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı ödəniləcək

İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası təsdiq edilib.

Xəbərlər.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

İqtisadiyyat Nazirliyi kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə bu qərara uyğun olaraq maliyyə yardımı alan işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarların uçotunun aparılmasını təmin etməlidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn məsələləri həll etməlidir.

Qayda işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara elektrik enerjisi və təbii qazın satışı, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə dövlət büdcəsindən maliyyə yardımının ödənilməsi ilə bağlı hüquqi və təşkilati məsələləri tənzimləyir. Maliyyə yardımı riskli vergi ödəyicisi olmayan, habelə işğaldan azad edilmiş ərazilər üzrə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə maddi nemətlər yaratmağa yönəldilmiş fəaliyyəti həyata keçirən hüquqi şəxslərə və ya sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərə kommunal xidmətlərdən istifadəyə görə ölkədaxili tariflərə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində ödənilir. Maliyyə yardımının ödənilməsi üçün sahibkar hər ay bitdikdən sonra növbəti ayın 5-dək müvafiq məlumatları, habelə kommunal xidmətlərin dəyərinin ödənilməsini təsdiq edən sənədi (sənədləri) elektron qaydada İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə bunun üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yaradılmış elektron kabinet vasitəsilə təqdim edir. Dövlət Vergi Xidməti təqdim edilmiş sənədlərdə və məlumatlarda imtinaya səbəb olmayan çatışmazlıq müəyyən etdikdə, həmin çatışmazlıq qeyd edilməklə, onun 5 (beş) iş günündən gec olmayaraq aradan qaldırılması üçün sahibkarlara məlumatların təqdim edildiyi tarixdən 3 (üç) iş günü müddətində elektron qaydada bildiriş göndərir. Çatışmazlıq 5 (beş) iş günündən gec olmayaraq bu aradan qaldırılmadıqda, Dövlət Vergi Xidməti tərəfindən müraciət baxılmamış saxlanılır. Bu hal sahibkarın yenidən müraciət etməsinə mane olmur. Məlumatlar bu Qaydanın tələblərinə uyğun olmadıqda, maliyyə yardımının verilməsindən imtina edilir və bu barədə Dövlət Vergi Xidməti tərəfindən əsaslandırılmış qərar qəbul olunmaqla, 3 (üç) iş günü müddətində elektron qaydada sahibkara göndərilir. Bu qərar sahibkarın yenidən müraciət etməsinə mane olmur.

Sahibkar tərəfindən məlumatlar müvafiq ayın 5-dən sonra təqdim edildikdə, həmin müraciətlər məlumatların təqdim edildiyi aydan sonrakı ay üzrə nəzərə alınır. Dövlət Vergi Xidməti təqdim olunmuş məlumatlar əsasında müraciətlərə hər ay bitdikdən sonra növbəti ayın 15-dək baxır və ödəniləcək maliyyə yardımının məbləğini müəyyən edir. Kommunal xidmətlər göstərən dövlət müəssisələri ‒ Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respub- likasının Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti maliyyə yardımının məbləğinin dəqiqləşdirilməsi üçün göndərilən sorğu əsasında sahibkarlar tərəfindən istehlak edilmiş və dəyəri ödənilmiş kommunal xidmətlərlə əlaqədar ödənişlərin həcmi barədə aylıq məlumatları 5 (beş) iş günü müddətində Dövlət Vergi Xidmətinə təqdim edirlər.

Maliyyə yardımının ödənilməsi üçün müraciət edən sahibkarlara maliyyə yardımı aşağıdakı qaydada ödənilir:

- Dövlət Vergi Xidməti hər ayın 20-dək icmallaşdırılmış məlumatlar əsasında maliyyə yardımının ödənilməsi ilə bağlı bu Qaydaya uyğun ödəniş sifarişini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edir;

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi 2 (iki) iş günü müddətində təqdim edilmiş ödəniş sifarişi əsasında maliyyə yardımının məbləğini sahibkarın bank hesabına köçürülməsini təmin edir.

Bu Qaydaya uyğun olaraq maliyyə yardımı almış sahibkarların uçotu İqtisadiyyat Nazirliyi tərəfindən aparılır.

 

Nazirlər Kabinetindən APA-ya verilən şərhdə bildirilib ki, qərar Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli 2131 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydasının müəyyən edilməsi məqsədilə hazırlanıb. ərara əsasən işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 2023-cü ilin 1 yanvar tarixindən 10 il müddətində istehlak olunan kommunal xidmətlərə (elektrik enerjisi və təbii qazın satışı, su təchizatı və tullantı sularının axıdılması xidmətləri) görə xidmətlərinin ölkədaxili tariflərinə uyğun olaraq ödənilən vəsaitin 20 faizi həcmində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ödəniləcək. Qərarın qəbul ilə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün əlverişli şərait yaradılacaq, həmin ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsinə təkan veriləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İşğaldan azad edilmiş ərazinin rezidentləri hansı vergilərdən azaddır?

01-05-2023

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar vergidən azad edildi

09-01-2023

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara daha bir güzəşt

12-01-2023

Prezident işğaldan azad olunmuş ərazilərdə idarəetmənin təşkili ilə bağlı fərman imzalayıb

30-10-2020

Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirlikləri informasiya sistemlərini bir-birinə inteqrasiya edəcək

05-03-2026

İlham Əliyev vergi amnistisiyası haqqında qanunu təsdiq edib

13-01-2017

İşğaldan azad edilmiş ərazilərdə ƏDV-nin geri qaytarılması necə tənzimlənir?

16-06-2023

Fərdi sahibkarlara texnikanın idxalı üçün sənədin verilməsi qaydası təsdiqlənib

20-04-2016

Azərbaycanda dövlət satınalmalarında iştirak edən sahibkarlara artıq e-arayış veriləcək

08-09-2023

Prezident İlham Əliyev mətbuata əlavə maliyyə yardımı ayırıb

22-07-2020

Dövlət Vergi Xidməti sahibkarlara xəbərdarlıq edib

28-10-2024

İstehsal fəaliyyəti ilə məşğul olan şəxslər hansı halda sadələşdirilmiş vergiödəyicisidir?

02-05-2023

Diqlas-dakı sahibkarlara ödənilən maddi yardımın məbləği açıqlanıb

04-04-2019

Artıq ödənilmiş vergilərin qaytarılması üzrə müraciətlər elektronlaşdırılıb

11-01-2019

Ünvanlı dövlət sosial yardım sisteminin avtomatlaşdırılması prosesi yekunlaşıb

07-07-2015

Azərbaycanda kredit və zəmanətlərlə bağlı informasiya sistem yaradılacaq

09-01-2023

KOS subyektlərinin kommunal xidmətlərə qoşulması prosesində səmərəlilik artırılıb

27-12-2018

Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı təsdiqlənib

22-06-2022

“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılıb

21-07-2022

Taksi operatorlarının Vergi Xidmətinə ötürülməli olan məlumatlarının siyahısı hazırlanacaq

15-01-2024

Vergi və gömrük güzəştləri ilə bağlı Elektron Reyestr Sistemi yaradılıb

06-05-2021

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır

25-08-2025

Elektron Hökumət İnformasiya Sistemi daxil edilən və ötürülən məlumatlar açıqlanıb

12-08-2025

Ünvanlı sosial yardım almaq istəyənlər İnternet vasitəsilə müraciət edə biləcək

07-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə