Daha öncə də məlumat verdiyimiz kimi müəllimlərin İKT-yə marağına dəstək məqsədilə Təhsil Nazirliyi tərəfindən «Microsoft Azərbaycan»,MADAD və HP şirkətinin dəstəyi ilə İnnovativ Müəllimlər Müsabiqəsi keçirilirdi.
Artıq müsabiqə başa çatıb.Müsabiqəsinin final mərhələsi 25 fevral tarixində Akademik Zərifə Əliyeva adına məktəbdə keçirilib. Finalda iştirakçılar şagirdlərlə tətbiq etdikləri layihələri 11 dəqiqə ərzində nümayiş etdiriblər. Layihələr Ekspert jürisi və Valideynlər jürisi tərəfindən qiymətləndirliblər.İki nominasiya üzrə 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri müəyyən olunub.
 
Müsabiqə qaliblərinin elanı və mükafatlandırılması isə  28 fevral tarixində saat 10:00-da Park İnn mehmanxanasında təşkil olunacaq. 
Qeyd edək ki, müsabiqə qalibləri mart ayının 24-26-sı tarixlərində Avstriyanın Vyana şəhərində keçiriləcək Avropa İnnovativ Müəllimlər müsabiqəsində iştirak edəcəklər. İştirakla bağlı bütün xərclər Microsoft Azərbaycan tərəfindən qarşılanacaq.
xeberler.az/Ellada
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
 Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
 Windows 10-u necə sürətləndirmək olar?
 Bizi idarə edən güc: Netokratiya
 Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
 Facebook müəmması
 4G mobil texnologiyası niyə ləngiyir?
 Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
 “Asan imzanı belə gördüm”- Azər Həsrət
 Satışa çıxarılmış Azərbaycan adları