Previous Next
Bağla

Azərbaycan-Ermənistan haker savaşı!

30-07-2009 11:48
Azərbaycan-Ermənistan haker savaşı!

Virtual məkanda yerli hakerlərlə ermənilər arasındakı \"müharibə\" davam edir. Son \"qurban\" isə Rusiyanın populyar \"Odnoklassniki.ru\" saytında ermənilərin resursları olub.

Azərbaycanlı hakerlər bu dəfə gürcü \"həmkar\"ları ilə birləşərək \"Odnoklassniki\"də ermənilərin 28 qrupunu dağıdıblar.
Qruplar arasında 14 min üzvü olan \"Ermənistan hamı üçün\", \"Erməni soyqırımı\" (9 min üzv), \"Erməni milli hüquqları\" (7300 üzv), habelə Gürcüstanda ermənilərin kompakt yaşadıqları Samstxe-Cavaxetiya bölgəsi barədə 7 vbe-səhifə, terrorçu ASALA təşkilatı barədə 4 səhifə, Qaregin Njdeyə həsr olunmuş səhifələr və s. var.

Ermənilər hesab edirlər ki, bu resurs və səhifələrin hücuma məruz qalaraq sıradan çıxarılmasında azərbaycanlı hakerlərlə yanaşı, gürcülər də fəal iştirak ediblər.

\"Azərbaycanlılar həmişə yalnız Dağlıq Qarabağ və erməni tarixi barədə olan veb-resursları özlərinə hədəf seçiblər. Bu dəfə Cavaxla bağlı səhifələrin də dağıdılması göstərir ki, hücumda gürcü hakerlər də fəal iştirak ediblər. Çünki Cavax ermənilərinin hüquqlarının təminatı barədə söz düşən kimi gürcülər təbdən çıxırlar\", - İrəvanda çıxan \"İravunk\" qəzetinin dünənki sayında bildirilib.

Ermənistanın ən məşhur haker qruplarından olan \"34Van7a\" isə dünən bəyan edib ki, \"Odnoklassniki\"də sıradan çıxarılmış resursların hamısını bərpa etməklə yanaşı, Azərbaycana və azərbaycanlılara məxsus saytlar, veb-resurslar və səhifələri dağıtmağa başlayacaq: \"Həmin saytlar arasında Azərbaycanın dövlət qurumlarının rəsmi veb-saytlarını da ola biləcəyini istisna etmirik\".

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yetkililəri isə bildirirlər ki, rəsmi qurumların veb-resurslarının haker hücumlarından müdafiə səviyyəsini artırmaq üçün indiyədək müvafiq tədbirlər görülüb və həmin işlər hazırda da davam edir.

Bu arada İnternetdəki ən populyar \"Facebook\" və \"Twitter\" sosial şəbəkələrində Ermənistan prezidenti Serj Sərkisyana qarşı genişmiqyaslı kampaniya başlanıb.

Türk və azərbaycanlı İnterent istifadəçilərinin kampaniyası \"Sərkisyan, diplomatların qətli və Xocalı faciəsi üçün Türkiyə ilə Azərbaycandan üzr istə\" şüarı ilə aparılır.

Kampaniya iştirakçıları hesab edirlər ki, S.Sərkisyanın \"Yalnız sərhəd açılandan sonra Türkiyəyə səfər edərək\" sözləri həyasız şantajdır.

\"Ankaraya gələrək türk diplomatları Mehmet Baydar, Bahadır Demir, İsmayıl erez, Talib Ener, Oktar Çirit, Taha Çirim və Danış Tunalıgilin erməni terrorçular tərəfindən qətlə yetirilməsinə, habelə Azərbaycanın Xocalı şəhərində uşaq, qadın və qocaların vəhşicəsinə öldürülməsinə görə üzr istəmək əvəzinə Sərkisyan Türkiyə qarşısında şərt qoyur\", -kampaniya ilə bağlı yayılmış açıqlamada bildirilir.

Türk və azərbaycanlı İnternet istifadəçiləri ötən il Ermənistana rəsmi səfər etdiyi üçün Türkiyə prezidenti Abdulla Gülü də sərt tənqid ediblər. // Ekspress

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Türk hakerlər Ermənistanın rəsmi saytını dağıtdılar

29-12-2010

Türkiyədə ermənilərdən üzr tələb edilən internet-kampaniya başlayıb

18-12-2008

Ermənilər “Türklərdən üzr istəyirik” kampaniyasına başlayır

02-02-2009

TRT erməni dilində telekanal açacaq

05-01-2009

Internet-dəki “Ermənilərdən üzr istəyirəm” kampaniyasına ermənilər də qarşı çıxıb

24-01-2009

Erməni saytlarının qənimi olan azərbaycanlı hakerlərlər yerli provayderlərin hədəfində!!!

21-05-2009

TRT Türk-erməni dostluğu haqqındada serial çəkir

27-01-2009

Milli İnternet resurslarımıza hücumlar davam edir

03-09-2012

Türkiyədə Ermənistanla sərhədlərin açılmasına qarşı internet-kampaniya başlayıb

08-04-2009

Azərbaycanlı hakerlər “garabagh.org” saytını dağıdıblar

28-01-2011

Azərbaycanlı hakerlər ermənilərin 100-ə yaxın saytını dağıdıblar

21-01-2009

“Ermənilərdən üzr istəyirəm” internet kampaniyası ilə bağlı başlayan araşdırma başa çatıb

26-01-2009

Qondarma Dağlıq Qarabağın saytı Azərbaycanlı xakerlər tərəfinddən dağıdıldı!!!

26-02-2009

www.karabakh.az saytının təqdimat mərasimi keçirildi

04-03-2011

Mak.az saytının Forumu Ermənilər tərəfindən hack olundu

22-09-2008

Ermənilərin “Google”-yə etiraz məktubu

04-06-2009

Türkiyədəki ermənipərəst qüvvələrə qarşı imzatoplama kampaniyası başlayıb

18-12-2008

Azərbaycanlı haker Ermənistanın 12 rəsmi saytını dağıdıb!!!

18-05-2009

Erməni hakerlər dövlət qurumunun saytını dağıdıb

01-03-2013

Azərbaycanlı Vyana Universitetinin saytını «hack» etdi

17-12-2008

Ukraynalı hakerlər Ermənistan Müdafiə Nazirliyinin saytını dağıdıb

01-10-2020

«GLUT» E-MAİL HÜCUMLARA BAŞLADI

12-02-2009

“Xocalıya ədalət” beynəlxalq kampaniyasının on-line aksiyasına start verilib

15-12-2010

Rusiyanın Federal Təhlükəsizlik Xidməti 1,2 milyon haker hücumunun qarşısını alıb

25-05-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə