Azərbaycan Microsoft-un “Həmkara Dəstək” proqramında iştirak edə bilər

03-03-2010 / 19:15

Azərbaycan nümayəndə heyəti Slovakiyanın Bratislava şəhərində keçirilən seminarda Microsoft-un “Həmkara Dəstək” proqramının ölkəmizdə tətbiqi imkanlarını nəzərdən keçirmişdir. Beynəlxalq seminarda Azərbaycanı, Təhsil nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən Ayaz Abuşov, Microsoft Azərbaycan şirkətindən Emin Axundov və Mədəd təşkilatından Teymur Məmmədov təmsil etmişlər. “Həmkara Dəstək” proqramı müəllimlərin informasiya kommunikasiya texnologiyaları vasitəsilə peşəkarlıq səviyyəsinin artırılmasına yönəlmişdir. 

Seminar zamanı iştirakçılar “Həmkara Dəstək” adlı proqramın əsas məqsədləri - məktəblərdə fəal müəllimlərin təlimçi rolunu yerinə yetirməsi və  həmkarlarına dəstək göstərməsi məqsədi ilə yeni bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi,  şagirdləri gələcəyə hazırlamaq məqsədi ilə texnologiyalar ilə zəngin effektiv təhsilə cəlb edilməsi, “XXI əsr bacarıqlarının” təhsilə tətbiqinin dəstəklənməsi və məktəblərin peşəkar inkişaflarını və öz tələbatlarını təmin etmək məqsədi ilə resursların yaradılmasına kömək edilməsi haqqında bilik və bacarıqlar əldə ediblər.

Onu da qeyd edəki ki, sözügedən tədbir “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramına” dəstək məqsədilə həyata keçirilmiş və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Microsoft Azərbaycan ilə imzalanmış “Təhsildə Əmkdaşlıq” Anlaşma Memorandumu çərçivəsində icra olunmuşdur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə