Previous Next
Bağla

“Müasir texnologiyaların təhsildə tətbiqi” mövzusunda konfrans keçirilib

04-06-2010 09:07
“Müasir texnologiyaların təhsildə tətbiqi” mövzusunda konfrans keçirilib

Ağstafa rayonun Heydər Əliyev Mərkəzində 3 iyun 2010-cu il tarixdə “Müasir texnologiyaların təhsildə tətbiqi” mövzusunda regional konfrans keçirilmişdir. Konfrans “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən təşkil olunmuşdur. Konfransda Ağstafa, Tovuz, Qazax rayonlarının məktəb direktorları, təhsil şöbələrinin işçiləri, müəllimlər, habelə, Dövlət Proqramı çərçivəsində Təhsil Nazirliyinin tərəfdaş-təşkilatları olan Mədəd, Azedunet, Microsoft, “Intel gələcək üçün təhsil proqram” və Ultra iştirak etmişlər. Dövlət Proqramı çərçivəsində müsbət təcrübə ilə bölüşmək üçün, Bakı məktəblərindən İKT-nin tətbiqi üzrə aparıcı müəllimlər də konfransda iştirak etmişlər.     

 Konfransın açılış mərasimində çıxış edən Ağstafa rayon icra hakiminin humanitar məsələlər üzrə müavini Lalə Eyyubova təhsilin müasir həyatda vacibliyini qeyd edərək, müasir texnologiyalar vasitəsilə tədrisin daha yüksək səviyyədə qurulmasını vurğuladı. Onun sözlərinə görə, Ağstafa rayonunda təhsilin informasiyalaşdırılmasına xüsusi diqqət yetirilir.   

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov, öz çıxışında Dövlət Proqramının komponentləri və proqram çərçivəsində görülmüş işlər haqqında ətraflı danışdı. O, qeyd etdi ki, fəaliyyətlər bir neçə istiqamətlərdə aparılır və təhsildə İKT-nin sistemli tətbiqinin təmin edilməsinə istiqamətlənir.  “Təhsildə İKT-nin tətbiqi - məqsəd deyil, məhz ölkənin kadr potensialının inkişafı üçün, nəzərdə tutulmuş bir alətdir. İnsan potensialının inkişafına istiqamətlənən səylər aydın-aşkar Azərbaycan Prezidenti cənab İlham Əliyevin “qara qızılı insan qızılına çevirək” bəyanatında göstərilmişdir” – deyərək S.Məmmədov təhsil sisteminin informasiyalaşdırılmasının xüsusi diqqət mərkəzində olduğunu bildirmişdir. S.Məmmədov Azərbaycanın digər regionlarında da konfransların keçiriləcəyini də qeyd etmişdir. Onun fikrincə, regionlarda tədbirlərin keçirilməsi təhsil işçilərinə məlumatların daha dolğun çatması üçün şərait yaradır. Öz növbəsində konfranslarda iştirak etmiş təhsil işçiləri də İKT-nin tədrisdə tətbiqinə daha məsuliyyətlə yanaşırlar.

 Konfransda geniş təqdimatla çıxış edən “Mədəd” təşkilatının icraçı direktoru Elbrus Zərbaliyev “Tədrisdə yeni imkanlar, dünya təcrübəsindən istifadə” mövzusunda təqdimatla çıxış etmişdir. E.Zarbaliyev çıxışında Dövlət Proqramı çərçivəsində müəllimlərin İKT-nin tədrisdə tətbiqi üzrə biliklərinin artırılması təlimlərindən geniş danışdı. E.Zərbaliyev qeyd etmişdir ki, Dövlət Proqramı çərçivəsində Azərbaycanın müxtəlif regionlarında müəllimlərə İKT üzrə biliklərinin verilməsini “Mədəd” təşkilatı 90 təlim mərkəzi,  250 təlimçi və inzibati heyət vasitəsilə həyata keçirir. Bunuda qeyd etmək istərdim ki, “Mədəd” təşkilatı bu günədək 2,5 min məktəbdə çalışan 40 mindən artıq pedaqoji işçi və inzibati idarəetmə heyətinə treninqlər keçilmişdir.

 AZEDUNET təşkilatının direktoru Səməd Abbasov Azərbaycan təhsil şəbəkəsi (AZEDUNET) haqqında geniş danışdı. O, qeyd etdi ki, vahid təhsil şəbəkəsinin mövcudluğu ölkə çərçivəsində təhsil ocaqları arasında yüksək sürətli məlumat mübadiləsini təmin etməyə imkan verir. Bundan əlavə, təhlükəsizlik informasiya sistemlərinin fəal istifadəsi ilə təhsil ocaqları ardıcıl sürətdə İnternetə çıxış ilə təmin olunmaqdadır. Hazırda 500 təhsil müəssisəsi artıq Azərbaycan təhsil şəbəkəsinə qoşulmuşdur. Bu il növbəti 500 təhsil müəssisəsinin təhsil şəbəkəinə qoşulması planlaşdırıllır.

 Konfrans çərçivəsində “elektron təhsil resursların yaradılması”, “internet tədris vasitəsi kimi”,  “elektron məktəb layihəsi”, “İntel “ Gələcək üçün təhsil” layihəsi” və “İnnovativ müəllim müsabiqəsi” mövzularında dəyirmi masalar keçirilmişdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnnovativ müəllimlər müsabiqəsinin yekunları elan edildi

09-02-2010

Azərbaycan təhsil şəbəkəsi yaradılır

18-02-2009

ISESCO-nun dəstəyi ilə «Təhsildə İKT-nin tətbiqi» mövzusunda seminar keçirilib

14-08-2009

İlin sonunadək 500 təhsil müəssisəsi Azedunet-ə qoşulacaq

09-11-2009

“Elektron Təhsil” Ümumrespublika müsabiqəsinə start verilir

05-04-2010

Bakıda tədrisdə İKT-nin tətbiqinə həsr olunmuş açıq dərslər keçirilib

06-02-2009

Bakıda İKT-nin təhsildə tətbiqi müzakirə olunacaq

24-11-2008

İKT-nin təhsildə tətbiqinin motivasiya sisteminin müzakirəsi keçirilib

26-11-2008

“Elektron Təhsil” Respublika müsabiqəsinin nominantları müəyyənləşdirildi

10-06-2010

Azərbaycan Microsoft-un “Həmkara dəstək” proqramında iştirak edəcək

18-09-2010

“E-Məktəb” sistemi 10 məktəbdə tam istifadəyə verildi

01-06-2010

“Elektron məktəb” layihəsi çərçivəsində müəllimlər üçün İKT təlimləri keçirilir

07-05-2009

Azərbaycan Təhsil Şəbəkəsinə cəmi 1200 məktəb qoşulub

06-09-2012

Təhsil sisteminin informasiyalaşdırılması ilə əlaqədar konfrans keçirilib

12-06-2009

İKT-nin tədrisdə tətbiqi üzrə müəllimlərin hazırlığı məsələsi mövzusunda dəyirmi masa keçirilib

25-06-2009

“Elektron Təhsil” Respublika müsabiqəsində iştirakçıların qeydiyyatı başa çatdı

26-05-2010

Təhsilin informasiyalaşdırılmasında Azərbaycan təcrübəsi təqdim olunub

06-10-2009

Azərbaycan “Microsoft” tərəfindən təşkil olunacaq konfransda təmsil olunacaq

03-07-2009

“Elektron Təlimləndirən Sistemlər” layihəsi həyata keçirməsi planlaşdırılır

03-06-2010

Təhsil nazirliyinin elektron tədris resursların qiymətləndirilməsi üzrə Şurası yaradılmışdır

10-02-2010

“Elektron Təhsil” Ümumrespublika müsabiqəsinə start verildi

06-04-2010

Təhsil sisteminin informasiyalaşdırılması ilə əlaqədar konfrans keçiriləcək

11-06-2009

Azərbaycanda müəllimlərin İKT bilikləri artır

11-09-2009

"Elektron məktəb" pilot layihəsi Azərbaycanın daha 30 orta məktəbində gerçəkləşdiriləcək

26-01-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə