Previous Next
Bağla

Azərbaycan şirkətləri elektronika və kompüter sahəsində keçirilən tədbirdə iştirak edib

07-12-2021 21:14
Azərbaycan şirkətləri elektronika və kompüter sahəsində keçirilən tədbirdə iştirak edib

Dekabrın 7-də Hindistanın Bakıdakı səfirliyi dekabrın 7-də Hindistanın Elektronika və Kompüter Proqramları İxracının Təşviqi Şurası (ESC) ilə birlikdə elektronika və kompüter avadanlığı/proqram təminatı məhsulları üzrə B2B vebinar təşkil edib.

Xeberler.az-ın məlumatına görə, səfirlikdən bildirilib ki, Hindistanın müstəqilliyinin 75 illiyi çərçivəsində keçirilən bu tədbirə Hindistan və Azərbaycanın elektronika məhsulları və kompüter proqramları istehsal edən müxtəlif iri şirkətlərin 35-dən çox nümayəndəsi qatılıb.

Elektronika və Kompüter Proqramları İxracının Təşviqi Şurası (ESC) Elektronika, Telekommunikasiya və Proqram təminatı sənayesini (məişət elektronikası, elektron komponentlər, alətlər, telekommunikasiya avadanlıqları və xidmətləri, kompüter avadanlığı, proqram təminatı və informasiya texnologiyaları ilə əlaqəli xidmətlər daxil olmaqla) əhatə edən 2000-dən çox istehsalçı və ixracatçının Hindistanda ən ali qurumu olub, Hindistan ixracatçılarına, eləcə də elektronika və kompüter avadanlığı/proqram məhsullarının idxalı üçün Hindistanı seçən idxalçılara/beynəlxalq alıcılara yardım göstərir.

Tədbirin məqsədi iştirakçıları Hindistan elektronikası və kompüter avadanlığı/proqram təminatı məhsullarının təklif etdiyi imkanlar haqqında məlumatlandırmaq idi. Açılış nitqində Elektronika və Kompüter Proqramları İxracının Təşviqi Şurasının icraçı direktoru cənab Gurmeet Singh Hindistanın elektronika və kompüter məhsulları sənayesinin gücünü vurğulayıb və Hindistan hökumətinin bu sahədəki dövlət proqramları haqqında məlumat verib. O, həmçinin Azərbaycan şirkətlərini Hindistanda keçiriləcək tədbirlərdə iştirak etməyə dəvət edib.

Vebinarda çıxış edən Hindistanın səfiri B.Vanlalvavna qeyd edib ki, Hindistanın Azərbaycanla iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün geniş imkanlar mövcuddur. Onun sözlərinə görə, Hindistanın elektronika və proqram təminatı məhsulları artıq Azərbaycan bazarında tanınır, çünki Hindistandan mobil telefonlar, avtomatik tənzimləmə və idarəetmə cihaz və avadanlıqları, ofis avadanlığı və sair idxal olunur. O, daha sonra bildirib ki, Hindistanın elektronika və kompüter avadanlığı sektoru hər il 156 milyard ABŞ dollarından çox məhsul ixrac edir və bu sektorda iki ölkə arasında əlaqə və əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur.

Azərbaycanın statistikasına əsasən, 2021-ci ilin yanvar-oktyabr aylarında Hindistan və Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsi 20,1 faiz artaraq 620,42 milyon dollar təşkil edib. Hindistan bu dövrdə Azərbaycanın 11-ci əsas ticarət tərəfdaşı olub. Azərbaycanın Hindistana ixracı 22,5 faiz artaraq 505,52 milyon dollar təşkil edib. Bu dövr ərzində, Azərbaycanın ümumi ixracatında Hindistanın payı 3 faiz təşkil edərək, Azərbaycanın 9-cu əsas ixrac istiqaməti olub. Azərbaycanın Hindistandan idxalı yanvar-oktyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 114,90 milyon dollar təşkil edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda Acer kompüterlərinin istehsalına başlanır

30-11-2015

İKT avadanlıqların istehsalı artıb

15-08-2015

Hindistan Azərbaycanla İT sahəsi üzrə əməkdaşlığda maraqlıdır

02-10-2009

Azərbaycanda kompüterlərin istehsalı artıb

25-11-2017

Kompüter və telekommunikasiya avadanlıqlarına çəkilən xərc artıb

14-04-2026

Azərbaycanda istehsal ediləcək Acer kompüterləri ilk hansı mağazada satılacaq?

08-12-2015

Azərbaycanda kompüter məhsulların istehsalı artıb

17-11-2022

Beynəlxalq İnformasiya Təhlükəsizliyi günüdür

30-11-2016

Azərbaycan və Hindistan üçüncü ölkələrin İT bazarına çıxmaq istəyir

06-09-2019

Azərbaycanda kompüter istehsalı kəskin artıb

31-07-2023

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

25-04-2023

Azərbaycanda Lenovo kompüterlərin istehsalı nə vaxt başlayır?

18-07-2017

Azərbaycanda kompüter istehsalı azalıb

09-01-2023

Hindistan əməliyyat sistemi istifadəyə verəcək

23-09-2015

Azərbaycanda mobil cihazların bazar payı son beş ayda azalıb

03-12-2025

Azərbaycanın qeyri-neft ixracı 3 milyard dollara yaxınlaşıb

06-01-2023

Azərbaycanda mobil cihazların bazar payı son azalıb

03-11-2025

“Apple” Hindistanda “iPhone” zavodu açıb

30-04-2025

Ölkədə kompüter və elektron məhsulların istehsalı artıb

18-12-2017

Ev təsərrüfatlarında olan stolüstü kompüterlərin sayı azalıb

06-09-2025

Azərbaycanda kompüter istehsalı 75 faiz artıb

28-09-2015

Hindistan “iPhone” telefonlarının əsas istehsalçı ölkəsinə çevrilə bilərmi?

17-02-2023

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb

19-06-2023

Azərbaycanda 2 min yeni Acer noutbuku istehsal edilib

02-10-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə