Azərbaycanda Acer kompüterlərinin istehsalına başlanır

30-11-2015 / 11:14

Bir müdddət  əvvəl də məlumat verildiyi kimi, Azərbaycanın kompüter avadanlığı istehsalçısı KÜR Tayvanın Acer şirkətinin brendi altında Mingəçevirdə kompüter istehsalına başlayıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də bildirmişdi ki,  Acer ilə aparılan danışıqların nəticələrinə görə, istehsal ediləcək avadanlıq Intel korporasiyasının prosessorları və çipləri üzərində hazırlanacaq.

Xeberler.az-ın məlumatına görə, Mingəçevir texnoparkının istehsal müəssisələrində kompüter avadanlığı istehsal edəcək şirkətin adı açıqlanıb.

Xeberler.az-a daxil olan məlumata görə, Azərbaycanın HI-Tech Invest şirkəti Mingəçevir texnoparkının istehsal müəssisələrində kompüter avadanlığı istehsal edəcək.

HI-Tech Invest şirkəti Cənubi Qafqaz regionunda kompüter avadanlığı və elektronika montaj-line istehsal edən yeganə şirkətdir.

HI-Tech Invest Şirkət Yüksək Texnologiyalar Parkı-nın rezidenti statusunu almış və texnologiyalar parkının Mingəçevir filialında fəaliyyət başlayıb.  Şirkət   Mingəçevir  inkubasiya biznes mərkəzinin rezidentidir.

HI-Tech Invest şirkətinin direktoru Səid Quliyev  Xeberler.az-a bildirib ki,  2016-cı ilin fevral ayından artıq HI-Tech Invest şirkəti  kompüterlərin istehsalına başlayacaq.

Məltəm Talıbzadə

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə