Previous Next
Bağla

Azərbaycan startaplarının fəaliyyət istiqamətləri açıqlanıb

03-09-2025 15:45
Azərbaycan startaplarının fəaliyyət istiqamətləri açıqlanıb

2021-2025-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstək göstərdiyi startapların bölgüsündə əsas çəkini İT/rəqəmsal həllər, fintek və elektron ticarət təşkil edib.

Xeberler.az məlumat verir ki, bu barədə KOBİA-dan bildirilib.

Məlumata görə, kənd təsərrüfatı-aqrotex stabil olaraq bölgüdə mövqeyini saxlayır. Pandemiyadan sonrakı mərhələdə e-ticarət və logistika həlllərinin, son iki ildə isə süni intellektə dayanan B2B və yaşıl biznesə yönəlik xidmətlərin payının artdığı müşahidə olunur. Ümumi mənzərəyə baxsaq əsasən rəqəmsallaşma, data/AI, ixracyönlü B2B həlllər dəstəklənir, agrotech strateji prioritet kimi qalır.

KOBİA ölkə iqtisadiyyatında innovativ biznesin inkişafını stimullaşdırmaq məqsədilə startaplara müxtəlif istiqamətlərdə dəstək göstərir. Buna misal olaraq startap ekosisteminin vacib elementlərindən "Startap" şəhadətnaməsini, startaplara qrantların verilməsini, Startap İnkişaf Mərkəzinin fəaliyyətini, startaplara təlim, məsləhət xidmətlərinin göstərilməsini, maliyyəyə çıxış üçün biznes planın hazırlanmasına dəstəyi, onların məhsul və xidmətlərinin yerli və beynəlxalq sərgilərdə nümayiş olunmasını, yerli və beynəlxalq yarışlarda iştiraka dəstəyi qeyd etmək olar.

"Nazirlər Kabinetinin 2021-ci ildə qəbul etdiyi qərarla təsdiq edilmiş "Startapın müəyyən olunması Meyarları" "Startap" şəhadətnaməsinin verilməsini tənzimləyir. Şəhadətnamə əldə etmiş sahibkarlıq subyektləri Vergi Məcəlləsinə uyğun olaraq innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən üç il müddətinə azad edilirlər. Sözügedən vergi güzəştləri startapların maliyyə yükünü azaltmaqla, onlara resurslarını layihənin inkişafına yönəltməyə imkan verir. Vergi güzəştləri startapların maliyyə dayanıqlığını artırır, böyüməsini sürətləndirir​. Şəhadətnamənin ən böyük üstünlüyü vergi güzəştləri olsa da, təcrübədə görürük ki, bu sənəd həmçinin startapa bir sıra digər üstünlüklər verir. Məsələn, yerli və xarici investorların cəlb edilməsi, beynəlxalq akselerasiya və inkubasiya mərkəzlərinə qəbul olunması və xarici bazarlara çıxışını asanlaşdırır. Son illər "Startap" şəhadətnaməsini almaq üçün KOBİA-ya daxil olan müraciətlərin sayında dinamik artım müşahidə edilir. Bu göstərici dəstək mexanizminin effektiv işləməsindən, gənclərin bu sahəyə marağının artmasından xəbər verir",-deyə məlumatda bildirilir.

İndiyə qədər KOBİA 220 mikro və kiçik sahibkarlıq subyektinə "Startap" şəhadətnaməsi verib. Orta hesabla daxil olmuş hər 3 müraciətdən 1-ni Ekspertlər Şurası müsbət qiymətləndirib.Şəhadətnamə alan sahibkarların fəaliyyət istiqamətləri əsasən süni intellekt həlləri, blokçeyn, sığorta və maliyyə texnologiyaları, e-ticarət və rəqəmsal marketinq, biznesin idarə olunması üçün həllər, təhsil texnologiyaları, ağıllı kənd təsərrüfatı, uçuş aparatları, robototexnika, logistika xidməti kimi sahələri əhatə edir.

Qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatının prioritet istiqamətidir. Xüsusilə də qeyri-neft sektorunda həm dövlət, həm özəl sektorun rəqəmsallaşmasına, innovasiya infrastrukturlarının, o cümlədən daha çox əlavə dəyər yaradan məhsul və xidmətlərin inkişafına önəm verilir. Dövlətin startaplara dəstək alətlərindən olan "Startap" şəhadətnaməsi də strateji inkişafa dair sənədlərdən irəli gələn sahələrə, o cümlədən daha çox süni intellektə əsaslanan  rəqəmsal həllərə, ağıllı sənaye və yaşıl iqtisadiyyatı dəstəkləyən və s. layihələrə  təqdim edilir.

KOBİA-nın "Startap" şəhadətnaməsi təqdim etdiyi sahibkarların dövriyyəsində artım müşahid olunur. Eyni zamanda, bu startaplar bazara bir sıra innovativ xidmət və məhsullar təqdim ediblər. Təcrübə göstərir startaplarımız yerli və beynəlxalq trendləri yaxından izləyir və onlara uyğun layihələr təqdim edirlər. Məsələn, 2024-cü ildə ölkəmizdə keçirilmiş COP29 tədbiri çərçivəsində "Startap" şəhadətnaməsi almaq üçün KOBİA-ya müraciət etmiş startapların təqdim etdiyi layihələr arasında ekoloji sahədə yeni enerji qoruyucu texnologiyalara və yaşıl iqtisadiyyata keçidə yönəlmiş layihələrin sayı 4 dəfə çox olub. Bundan əlavə, hazırda dünyada bir sıra sahələr trenddir. Bunlara misal olaraq süni intellekt, aerokosmonavtika, yeni nəsil robotlar, ağıllı kənd təsərrüfatı, innovativ tibb xidmətləri və cihazlar kimi istiqamətləri qeyd etmək olar. "Startap" şəhadətnaməsi üçün edilmiş müraciətlər arasında da bu sahələr üstünlük təşkil edir və bu sektorlara müvafiq sənəd daha çox verilir. Beynəlxalq təcrübə ilə oxşarlıq həm də ondan ibarətdir ki, dünyada da bir sıra dövlətlərin bu sahəyə olan dəstək mexanizmləri günü-gündən artır. İnkişaf etmiş ölkələrdə süni intellekt, yaşıl enerji, biotexnologiya və "deep tech" layihələrinə daha böyük vəsait ayrılır və diqqət göstərilir. Müşahidələr göstərir ki, Azərbaycanda daha çox yerli bazarın praktiki ehtiyaclarını ödəyən və qısa müddətdə tətbiq oluna bilən innovativ layihələrə üstünlük verilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ötən il 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

22-01-2025

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin əksəriyyəti mikro sahibkarlardır

28-07-2025

Ötən il 59 sahibkar innovativ layihələr üzrə vergi güzəştləri əldə edib

27-01-2026

I rübdə 16 sahibkara "Startap" şəhadətnaməsi verilib

20-04-2026

Azərbaycanda I yarımildə 13 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

03-08-2023

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının tərkibi yenilənib

21-07-2023

“Startap” şəhadətnaməsi üçün müraciətlərin qəbuluna başlanıldı

23-04-2021

Bu ilin birinci rübündə 16 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

22-04-2024

Azərbaycanda daha 5 sahibkara “Startap” şəhadətnaməsi verilib

27-10-2023

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının tərkibi yenilənib

14-10-2025

Daha 8 qurum Startap şəhadətnaməsi alıb

13-10-2023

Yerli startaplar xarici “mələk investor”larla görüşə biləcək

16-02-2023

Startap şəhadətnaməsinin verilməsi üçün yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib

31-03-2022

Daha 5 mikro sahibkara “Startap” şəhadətnaməsi verilib

30-12-2023

Sahibkarlara “Startap” şəhadətnaməsinin verilməsi davam etdirilir

23-05-2022

Daha 2 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

30-06-2025

Daha 4 mikrosahibkara “Startap” şəhadətnaməsi verilib

04-04-2024

KOBİA startapların inkişafı üçün yeni proqramlar tətbiq edəcək

01-12-2025

Startap şəhadətnaməsi daha çox hansı sahələr üzrə verilib?

17-04-2023

Azərbaycanda startap şəhadətnamələrinin verilməsinə başlanılıb

21-05-2021

“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 220-yə çatıb

05-08-2025

Daha 8 KOB subyektinə Startap şəhadətnaməsi verilib

22-11-2023

Azərbaycan startapları layihələrini xarici investorlara təqdim edib

31-03-2022

KOBİA AzTU tələbələrinin startapına “Startap” şəhadətnaməsi verib

27-04-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə