Previous Next
Bağla

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının tərkibi yenilənib

21-07-2023 22:56
“Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının tərkibi yenilənib

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının tərkibi yenilənib.

Startap Ekspertlər Şurasının yeni tərkibdə ilk iclasında ötən 2 ildə mikro və kiçik sahibkarlıq subyektlərinə 100-ə yaxın “Startap” şəhadətnaməsinin verildiyi qeyd edilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən Xeberler.az-a bildirilib ki, “Startap” şəhadətnaməsinin verilməsi üzrə daxil olan layihələri dəyərləndirən Ekspertlər Şurasının tərkibi yenilənib. Ekspertlər Şurasında Dövlət Vergi Xidməti, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Azərbaycanda İnternetin İnkişafı Forumu” İctimai Birliyi, “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyi təmsil olunur. Şuraya Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sədrlik edəcək. Ekspertlər Şurası növbəti 2 il müddətinə “Startap” şəhadətnaməsinin verilməsi üzrə KOBİA-ya daxil olan layihələri dəyərləndirəcək və qərar qəbul edəcək.

Şuranın yeni tərkibdə keçirilmiş ilk iclasında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, şuranın əvvəlki tərkibdə 22 iclas keçirilib, 300-ə yaxın layihəyə baxılıb, mikro və kiçik sahibkarlıq subyektlərinə 100-ə yaxın “Startap” şəhadətnaməsi verilib. Bildirilib ki, bu dəstək mexanizmi Agentliyin qrant dəstək aləti ilə birlikdə ölkədə startap ekosisteminin inkişafında əhəmiyyətli rol oynayır. Startaplar xüsusən son bir neçə ildə KOBİA-nın təşkil etdiyi yerli və beynəlxalq tədbirlərdə aktiv təmsil olunur, Agentliyin müxtəlif dəstək və xidmətlərindən istifadə edirlər. “Bakı KOB evin”ndə fəaliyyət göstərən Startap İnkişaf Mərkəzində startaplara layihələrini inkişaf etdirmələri üçün ortaq iş məkanı yaradılıb. “Startap” şəhadətnaməsi əsasən vergi güzəşti versə də, təcrübə göstərir ki, bu sənəd daha geniş təsir imkanlarına malikdir.

Sonra “Startap” şəhadətnaməsi üçün Agentliyə daxil olan müraciətlərə baxılıb.

Qeyd edək ki, “Startap” şəhadətnaməsini almaq üçün sahibkarlıq subyektləri KOBİA-ya müraciət etməlidir. Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na uyğun gələn müraciətlərə Ekspertlər Şurası tərəfindən baxılır və “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilir. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının tərkibi yenilənib

14-10-2025

Daha 8 qurum Startap şəhadətnaməsi alıb

13-10-2023

Daha 2 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

30-06-2025

Ötən il 59 sahibkar innovativ layihələr üzrə vergi güzəştləri əldə edib

27-01-2026

I rübdə 16 sahibkara "Startap" şəhadətnaməsi verilib

20-04-2026

Startap şəhadətnaməsinin verilməsi üçün yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib

31-03-2022

Bu ilin birinci rübündə 16 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

22-04-2024

“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin əksəriyyəti mikro sahibkarlardır

28-07-2025

Daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

29-05-2025

Daha 4 KOB subyekti vergidən azad olundu

04-02-2025

“Startap” şəhadətnaməsi üçün müraciətlərin qəbuluna başlanıldı

23-04-2021

Ötən il 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

22-01-2025

Daha 4 KOB subyektinə startup şəhadətnaməsi verilib

08-05-2025

Daha 2 qurum Startap şəhadətnaməsi alıb

02-02-2023

Daha 4 qurum Startap şəhadətnaməsi alıb

02-03-2024

Daha 7 qurum Startap şəhadətnaməsi alıb

28-12-2023

Daha 5 qurum "Startap Şəhadətnaməsi" alıb

29-12-2022

“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 220-yə çatıb

05-08-2025

Azərbaycanda daha 5 sahibkara “Startap” şəhadətnaməsi verilib

27-10-2023

Daha 4 qurum Startap şəhadətnaməsi alıb

30-03-2023

Daha 2 qurum Startap şəhadətnaməsi alıb

03-11-2023

5 quruma Startap şəhadətnaməsi üçün müsbət rəy verilib

31-08-2023

Daha 10 quruma Startap şəhadətnaməsi verilməsi tövsiyə olunub

27-04-2026

Azərbaycanda I yarımildə 13 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

03-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə