Previous Next
Bağla

Azərbaycanda ilk dəfə Onlayn alış-verişdən Cashback qazandıran sistem

12-11-2019 12:01
Azərbaycanda ilk dəfə Onlayn alış-verişdən Cashback qazandıran sistem

Onlayn alış-veriş günümüzün adi elementlərindən birinə çevrilib. Son bir neçə ildə xüsusilə beynəlxalq elektron ticarətdən yararlnan Azərbaycan əhalisinin sayı xüsusilə artmışdır. Vətəndaşlar arasında ən populyar onlayn alış-veriş platformaları Aliexpress (Çin), Amazon (ABŞ), Trendyol (Türkiyə), Asos (İngiltərə) və digər saytlardır.

Xeberler.az bildirir ki, elektron ticarəti stimullaşdırmaq məqsədilə onlayn mağazalar endirimlər, kuponlar, cashback, hədiyyə kartları və digər müxtəlif növ həllərdən istifadə edirlər. Qeyd olunmuş həllərdən ən populyarı cashback xidmətidir ki, bu yolla vətəndaşlar onlayn alışlarından ödədikləri məbləğlərin bir hissəsini geri qazana bilərlər. Təəssüflər olsun ki, bu metod Rusiya, Türkiyə və ABŞ kimi ölkələrdə populyar olsa da, Azərbaycanda mövcud deyildi. Xarici cashback xidmtələrdən yararlanmaq istəyən şəxslərin isə üzləşdiyi ən əsas problem, toplanmış vəsaitin nağdlaşdırılması idi ki, bunu da Azərbaycan vətəndaşının istifadə edə bilmədiyi xarici ödəmə platformaları və onlayn cüzdanları ilə mümkünlüyü idi. Məhz buna görə də, vətəndaşlar xarici cashback xidmətlərdən istifadə edə bilmədiklərindən, hər il milyonlarla vəsait geri qaytarılmırdı.

Bon.az layihəsi məhz bu problemi həll etmək üçün yaradılmış, Azərbaycanın ilk onlayn cashback platformasıdır. Layihənin həll etməyə çalışdığı məsələ həm onlayn alış-verişdən cashback əldə etməyi təmin etmək, həm də toplanmış vəsaitləri yerli ödəmə metodlarının köməyi ilə vətəndaşlara əlçatan etməkdir.

Layihə hal-hazırda ilk addımlarını atdığından, platformada 40-a yaxın onlayn mağazadan cashback qazanmaq imkanı mövcuddur. Mağazalar arasında ölkə vətəndaşları arasında məşhur olan Aliexpress, Gearbest, iHerb, Aviasales, Apple iTunes və digər saytlar vasitəsilə, müxtəlif kateqoriyalardan; geyim, elektronika, kosmetik və sağlamlıq vasitələri, aviabilet, hotel, kitab, musiqi və digər məhsulları alarkən 90%-dək cashback qazanmaq mümkündür. Yaxın gələcəkdə bu siyahıya ebay, Booking.com, Amazon və digər beynəlxalq onlayn mağazalarla yanaşı, həm də yerli onlayn mağazaların inteqrasiyası nəzərdə tutulmuşdur.

Cashback qazanmaq üçün ilk növbədə https://bon.az saytıda qeydiyyatdan keçərək, hesab açmaq, alış-veriş etmək istədiyiniz mağazanı seçərək, Aktivləşdir düyməsi vasitəsilə həmin mağazaya keçid etmək lazımdır ki, bundan sonra həmin mağazadan edilən ödənişdən cashback hesabınızda yer alacaq. Cashback-in düzgün hesablanması və itməməsi üçün isə, saytın Sual-cavab bölməsindəki izahlar ilə tanış olmaq lazımdır.

Toplanmış vəsaitləri isə Portmanat, Visa və Mastercardlı bank kartları, mobil operatorların hesablarına yönləndirə bilərlər. Bununla yanaşı gələcəkdə toplanmış vəsaitləri xeyriyyə, miles və digər metodlarla da nağdlaşdırmaq mümkün olacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hesab.az-da ödəniş edib CASHBACK qazanmaq fürsəti davam edir

29-07-2022

Yelo Visa kartları ilə Google Pay ödənişlərində xüsusi endirimlər

20-09-2022

Hesab.az-dan 14 AZN cashback fürsəti!

18-01-2022

Hesab.az-dan 14 AZN məbləğində cashback kampaniyası!

16-12-2021

Hesab.az-ın qazandıran CASHBACK kampaniyası bitir

01-11-2022

Hesab.az-ın CASHBACK kampaniyası uğurla sona çatdı

13-12-2022

Apple bank kartları buraxır

26-03-2019

Yeni onlayn alış-veriş saytı yaradılıb

10-06-2015

Ad günü olanlara Yelo Bankdan endirimli və komissiyasız kredit!  

15-07-2022

Köhnə telefonunu gətir, Azercell-dən 4G Nokia smartfonu hədiyyə qazan

03-04-2019

İnkubasiya proqramına seçilən startaplar INNOLAND-də fəaliyyətə başlayıblar

09-07-2019

Onlayn ticarətin həcmi 1 trilyon dollara çatdı

17-02-2015

ALBUKART indi cəmi 3 AZN-ə

25-10-2016

Hansı ödəmə xidmətlərinə üstünlük verilir?

17-08-2015

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020

Microsoft Bing mükafat paylayır

24-09-2010

Avropalılar internet mağazalarında nə qədər xərcləyir?

03-10-2015

Yelo Bank-dan sahibkarlar üçün parlaq əməkhaqqı kartları

29-08-2022

2009-cu ildə e-Bayda ən çox alış-veriş edənlər kimlərdir?

11-12-2009

Mastercardla Hepsiburada-dan 10 faiz endirim əldə edin

24-09-2018

ABŞ-ın 20% sakini onlayn-ödəmədən imtina edib

31-10-2008

“ƏDV Geri Al” Yelo App-də!

11-10-2022

“ƏDV Geri Al” artıq Hesab.az platformasında!

26-08-2021

Bakcell və INNOLAND İnkubasiya Proqramının iştirakçılarını seçdi

20-06-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə