Previous Next
Bağla

Avropalılar internet mağazalarında nə qədər xərcləyir?

03-10-2015 11:58
Avropalılar internet mağazalarında nə qədər xərcləyir?

Avropanın 12 böyük ölkəsinin istehlakçıları ötən il internetdə həyata keçirilən alış-verişə ümumilikdə 180 milyard avro xərcləyiblər. Bu da bir il əvvəlin göstəricisindən 10 milyard avro çoxdur. Elektron ticarət xüsusilə Avropa İttifaqı (Aİ) ölkələrində sürətlə artır.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, bu barədə Belçika, Danimarka, Finlandiya, Fransa, İtaliya, Niderland, Norveç, Polşa, İspaniya, Böyük Britaniya, İsveç və Almaniyanın 11 min istehlakçısı arasında sorğu keçirən PostNord logistika şirkətinin “Avropada elektron ticarət” hesabatında deyilir.

Skandinaviya poçt şirkətinin məlumatına görə, getdikcə daha çox avropalı internetdə alış-veriş edir və əvvəllər olduğundan çox pul sərf edir.

Bundan başqa, transsərhəd ticarətin populyarlığı artır. 2014-cü illə müqayisədə xarici internet mağazasında ən azı bir dəfə alış-veriş edən avropalıların sayı 11 milyon artıb. Bu bazarlıq növü istehlakçıların 70 faizinin transsərhəd alış-veriş etdiyi Skandinaviya ölkələrində ən populyardır. Bu, Böyük Britaniyadan 58, Almaniyadan 53 faiz çoxdur.

Hesabata görə, Britaniyada onlayn edilən ən böyük alış-verişin dəyəri 1028 avro təşkil edir. Müqayisə üçün qeyd edək ki, Skandinaviyada istehlakçılar internetdə alış-verişə orta hesabla 549 avro, İtaliyada 295 avro xərcləyir.

Avropanın bütün bazarlarında ən populyar mal kateqoriyaları geyim və ayaqqabı, məişət texnikası və kitablardır. Lakin ərzaq onlayn mağazalarının da populyarlığı artmaqdadır. Bunu xüsusilə Britaniya, eləcə də Almaniya və Fransada müşahidə etmək mümkündür.

Sorğunun keçirildiyi ölkələrin əksəriyyətində debet və kredit kartları ən populyar onlayn ödəniş üsuludur. Skandinaviya ölkələri və Belçika istisna olmaqla əksər Avropa ölkələrində PayPal və oxşar ödəniş sistemlərindən daha çox istifadə edilir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Mobil ticarət elektron ticarətdən daha sürətlə artır

Mobil ticarət elektron ticarətdən daha sürətlə artır

24-11-2015
Onlayn ticarətin həcmi 1 trilyon dollara çatdı

Onlayn ticarətin həcmi 1 trilyon dollara çatdı

17-02-2015
Hansı ödəmə xidmətlərinə üstünlük verilir?

Hansı ödəmə xidmətlərinə üstünlük verilir?

17-08-2015
2020-ci ilədək onlayn ödənişlərin həcmi neçə faiz artacaq?

2020-ci ilədək onlayn ödənişlərin həcmi neçə faiz artacaq?

16-06-2015
Avropanın aparıcı İnternet mağazaları nə qədər qazanc əldə edib?

Avropanın aparıcı İnternet mağazaları nə qədər qazanc əldə edib?

22-06-2015
Telefon vasitəsilə onlayn ticarət bir ildə 43% artıb

Telefon vasitəsilə onlayn ticarət bir ildə 43% artıb

26-10-2013
Dövlət Agentliyi sosial şəbəkələrdə alış-verişlə bağlı xəbərdarlıq edib

Dövlət Agentliyi sosial şəbəkələrdə alış-verişlə bağlı xəbərdarlıq edib

12-03-2026
Alibaba internetdə satış rekordu qırdı

Alibaba internetdə satış rekordu qırdı

12-11-2015
İnternet-mağaza təsis edən perspektivli ölkələrin adı açıqlanıb

İnternet-mağaza təsis edən perspektivli ölkələrin adı açıqlanıb

09-04-2015
Mastercardla Hepsiburada-dan 10 faiz endirim əldə edin

Mastercardla Hepsiburada-dan 10 faiz endirim əldə edin

24-09-2018
İnsan sifəti plastik kartları əvəz edəcək

İnsan sifəti plastik kartları əvəz edəcək

26-08-2016
Nar-dan yeni mobil tətbiq

Nar-dan yeni mobil tətbiq

17-10-2017
İnternet mağazanın uğuru mobil əlavədən asılıdır

İnternet mağazanın uğuru mobil əlavədən asılıdır

13-07-2015
Satış həcminin 50 faizi İnternetlə həyata keçiriləcək

Satış həcminin 50 faizi İnternetlə həyata keçiriləcək

03-08-2015
Türkiyədə e-ticarətin həcmi 2 dəfədən çox artıb

Türkiyədə e-ticarətin həcmi 2 dəfədən çox artıb

14-11-2022
İnternet mağazalar fırıldağa əl atır?

İnternet mağazalar fırıldağa əl atır?

25-10-2010
Niderland Avropada internet tarifləri baha olan ölkələrdən biridir

Niderland Avropada internet tarifləri baha olan ölkələrdən biridir

17-01-2025
Elektron ticarət sektorunda lider ölkə hansıdır?

Elektron ticarət sektorunda lider ölkə hansıdır?

06-04-2015
Elektron ticarət mobilləşir

Elektron ticarət mobilləşir

25-06-2015
Pandemiya fonunda avtomobillərin onlayn satışları artıb

Pandemiya fonunda avtomobillərin onlayn satışları artıb

23-11-2020
Facebook 17 ölkədə e-ticarət platforması istifadəyə verir

Facebook 17 ölkədə e-ticarət platforması istifadəyə verir

16-08-2017
2009-cu ildə e-Bayda ən çox alış-veriş edənlər kimlərdir?

2009-cu ildə e-Bayda ən çox alış-veriş edənlər kimlərdir?

11-12-2009
Mastercard-dan nağdsız ödənişlərin böyüməsi üçün yeni xidmət

Mastercard-dan nağdsız ödənişlərin böyüməsi üçün yeni xidmət

16-05-2019
“IBM” virtual alış-veriş köməkçisi hazırlayıb

“IBM” virtual alış-veriş köməkçisi hazırlayıb

07-03-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə