Previous Next
Bağla

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020 20:11
Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı  artıb

“Kaspersky” mütəxəssislərinin gəldiyi qənaətə görə, ötən ilin eyni dövrü ilə müqayisədə, 2020-ci ilin ilk rübündə, onlayn alış-veriş resurslarının istifadəçilərinə edilən fişinq hücumlarının sayı kəskin artıb. Bütün dünyada onlayn mağazalardan feyk səhifələrə keçid cəhdlərinin payı iki dəfə artib - 9% -dən 18% -ə qədər.

Xeberler.az bildirir ki, "İnsanlar indi evdə daha çox vaxt keçirirlər və bu da alış-veriş və əyləncə üçün müxtəlif onlayn xidmətlərə tələbatın artmasına səbəb olub. Əlbətdə ki, təcavüzkarlar bundan istifadə edirlər, istifadəçi məlumatlarını və ya pullarını əldə etmək üçün, tanınmış onlayn alış-veriş platformalarını təkrarlayan fişinq saytlarını yaradırlar. Buna görə də, saytların xidmətlərindən istifadə etməzdən əvvəl onu diqqətlə yoxlamanızı məsləhət görürük", - bunu “Kaspersky”-nin baş məzmun analitiki Tatyana Sidorina deyib.

Pandemiya səbəbindən həmdə istifadəçilərə koronavirusun təyin olunması üçün saxta testlər və onun dərmanları, eləcə də, şişirdilmiş qiymətə maskalar və sair məhsullar təklif edən resurslar üzə çıxıb. İlin əvvəlindən “Kaspersky” koronavirus mövzusunu öz məqsədləri üçün istifadə edən 4,6 mindən çox şübhəli resurs tapıb.
Fırıldaqçıların əlinə düşməmək üçün bir neçə əsas qaydalara əməl etmək lazımdır:

• yalnız etibarlı mağazalardan istifadə edin və tanımadığınız linklərə keçməyin;

• onlayn alış-veriş üçün ayrıca kart əldə edin və tələb olunan məbləğlə doldurun, bu məqsədlər üçün virtual kartdan da istifadə edə bilərsiniz;

• çox cəlbedici görünən təkliflərə şübhə ilə yanaşın, əksər hallarda onlar yalnış olur;

• brauzerdə saytın ünvanını daxil edin və göndərilən linklərə keçməyin, saxta saytlar həqiqi saytlara çox bənzəyə bilər, lakin adında uyğunsuzluq olur;

• hər bir hesabınız üçün unikal, mürəkkəb şifrə istifadə edin, hətta onlayn mağazalar üçün, və mümkün olduqda giriş üçün ikifaktorlu avtorizasiya quraşdırın;

• Kaspersky Internet Security kimi spam və fişinqdən səmərəli qoruyan etibarlı qoruyucu həll quraşdırın.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022

“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

25-11-2021

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

30-07-2020

Onlayn alış-verişdə insanları necə aldadırlar?

10-11-2022

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020

Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

30-12-2021

Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

26-07-2021

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022

Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

05-08-2021

Azərbaycanda şifrələnmə hücumlarının sayı artır

29-08-2019

Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

18-11-2022

Kaspersky: DDoS hücumlarında kəskin artım qeydə alıb

19-08-2020

Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

09-02-2022

Cinayətkarlar Coker, 1917, İrlandiyalı filmlərini zərərli proqramlarda istifadə edirlər

13-02-2020

Kaspersky fişinqdən qorunmağın 6 üsulunu açıqlayıb

11-12-2021

Fişinq hücumun əsas hədəfi kimlərdir?-Araşdırma

24-02-2017

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020

Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

30-01-2020

Kaspersky: 2020-ci ildə şəbəkədə fırıldaqçılığın həcmi artıb

04-12-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə