Previous Next
Bağla

Azərbaycanda pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması məcburi olacaq

22-06-2023 11:35
Azərbaycanda pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması məcburi olacaq

Azərbaycanda ödəniş xidmətini göstərən elektron pul təşkilatı ödəniş əməliyyatlarının aparılması üçün qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyini təmin etməli olacaq.

Xeberler.az məlumat verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bunun üçün aşağı tədbirlərdən azı birinin görülməsi lazım olacaq:

- pul vəsaiti alındığı günün növbəti iş günündən gec olmayaraq vəsait alana və ya hər hansı ödəniş xidməti təchizatçısına köçürülmədiyi təqdirdə, ölkə fəaliyyət göstərən banklar və ya xarici bankların yerli filiallarında bu məqsədlə açılmış ayrıca hesabda saxlanmaqla və (və ya) Azərbaycan Mərkəzi Bankını müəyyən etdiyi aşağı riskli likvid aktivlərə investisiya etməklə;

- qəbul edilmiş pul vəsaiti ilə bağlı öhdəliyinin icra edilməməsi nəticəsində yarana biləcək zərərin məbləğindən az olmayan miqdarda özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan sığortaçıda mülki məsuliyyətinin sığortalanmasını və ya özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan kredit təşkilatından və ya sığortaçıdan qarantiyanın alınmasını təmin etməklə.

- qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyinin təminatı üsullarından asılı olmayaraq, ödəniş xidməti istifadəçisinin ödəniş hesabına icra sənədi üzrə tələb yönəldildikdə elektron pul təşkilatı qanuna uyğun olaraq müvafiq icra sənədlərinin icrasını təmin etməlidir.

- ödəniş əməliyyatlarının aparılması üçün qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyi bu Qanunda nəzərdə tutulan üsulla təmin edildikdə ödəniş xidməti istifadəçilərindən və ya digər ödəniş xidməti təchizatçılarından ödəniş əməliyyatının aparılması üçün qəbul edilmiş pul vəsaitinin saxlandığı hesaba elektron pul təşkilatı öz vəsaitinin mədaxil edilməsinə yol verə bilməz və həmin hesab üzrə icra sənədi yalnız elektron pul təşkilatının ödəniş xidməti istifadəçisi qarşısında öhdəliyinin icrası ilə əlaqədar yönəldilə bilər.

- ödəniş təşkilatının və ya elektron pul təşkilatının digər kreditorlarının tələbləri, o cümlədən icra sənədləri (iflas prosesində irəli sürülən tələblər də daxil olmaqla) ödəniş xidməti istifadəçilərinin pul vəsaitinə və həmin vəsait hesabına əldə olunmuş aktivlərə yönəldilə bilməz. Ödəniş təşkilatının və elektron pul təşkilatının iflas prosedurunun digər xüsusiyyətləri “Müflisləşmə və iflas haqqında” qanunla tənzimlənir.

- xarici ödəniş təşkilatının və ya xarici elektron pul təşkilatının yerli filialının ləğvi zamanı xarici ödəniş təşkilatı və ya elektron pul təşkilatı yerli filialın öhdəlikləri üçün tam məsuliyyət daşıyır.

- xarici ödəniş təşkilatı və ya elektron pul təşkilatı barəsində ləğvetmə proseduruna başlanıldıqda onun yerli filialının aktivlərindən ilk növbədə yerli filialın ölkə ərazisində ödəniş xidmətlərinin göstərilməsi ilə bağlı yaranan öhdəliklərinin ödənilməsi üçün istifadə edilir. (Report) 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanun layihəsini l oxunuşda təsdiqləndi

24-06-2023

Ödəniş xidməti təchizatçılarının fəaliyyətinə dair tələblər müəyyən edilir

22-06-2023

Ötən il 1 elektron pul təşkilatı inzibati məsuliyyətə cəlb olunub

10-03-2025

Azərbaycanda ödəniş xidmətlərinin təchizatçıları müəyyən olunur

22-06-2023

İlk onlayn ödəniş şirkəti Golden Pay Mərkəzi Bankdan Elektron Pul Təşkilatı lisenziyasını əldə etdi!

30-08-2024

Azərbaycanda ödəniş xidmətləri müəyyənləşir

22-06-2023

Azərbaycanda elektron pul emissiya ediləcək

22-06-2023

Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində dövlət rüsumları müəyyən edilir

13-10-2023

Azərbaycanda ödəniş və elektron pul təşkilatlarının lisenziyalaşdırılmasının vaxtı açıqlanıb

06-09-2023

Nağdsız hesablaşmalara aid qanun layihəsi müzakirə edilib

20-09-2013

Prezident "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunu təsdiqlədi

09-08-2023

Mərkəzi Bank daha bir elektron pul təşkilatına lisenziya verib

30-08-2024

Mərkəzi Bank elektron pul təşkilatı fəaliyyəti göstərən şirkətə lisenziya verib

24-10-2024

Ödəniş xidməti 3 halda ödəniş alətini bloklaşdırmaq hüququna malik olacaq

22-06-2023

Azərbaycanda ödəniş bazarının 8 iştirakçısı lisenziya almaq üçün gözləyir

14-02-2025

"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun ölkəyə nə verəcək?

24-06-2023

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun 3 aya qüvvəyə minəcək

24-06-2023

Elektron pul təşkilatı formalaşdırılır

31-01-2024

“Elektron pul bazarında əməliyyatların məbləği ilə bağlı dəqiq statistika aparılmır"

22-06-2023

Azərbaycanda elektron pul və ödəniş təşkilatları “SWIFT” şəbəkəsinə qoşulmağa başlayıb

19-02-2025

Expressbank yeni elektron pul kisəsini təqdim edib

08-10-2015

ExpressPay elektron pul kisəsini təqdim edib

01-09-2015

“Azərbaycanda nağd ödənişlərə hər hansısa məhdudiyyətlər qoyulmayacaq"

20-02-2023

ASAN ödəniş-dən daha bir yenilik

30-04-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə