Previous Next
Bağla

Azərbaycanda ödəniş və elektron pul təşkilatlarının lisenziyalaşdırılmasının vaxtı açıqlanıb

06-09-2023 13:49
Azərbaycanda ödəniş və elektron pul təşkilatlarının lisenziyalaşdırılmasının vaxtı açıqlanıb

Gələn ilin mayın 1-dək Azərbaycanda fəaliyyət göstərən ödəniş və elektron pul təşkilatlarının lisenziyalaşdırılması planlaşdırılır.

Xeberler.az məlumat verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova Bakıda keçirilən Azərbaycan-Türkiyə Fintex Forumunda deyib.

Onun sözlərinə görə, “Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında" Qanunun noyabr ayında qüvvəyə minməsindən sonra növbəti altı ayda ölkədə fəaliyyət göstərən ödəniş və elektron pul təşkilatlarının qanunun tələblərinə uyğun lisenziya almaları üçün müddət verilib.

"Bu qanunun gətirdiyi ən böyük üstünlük ödəniş xidməti təchizatçıları arasında bərabər bazar şəraiti yaratmaqla, onların sırf əməkdaşlıq və sağlam rəqabət prinsipləri əsasında fəaliyyətini təmin etməsidir", - K.Qurbanova bildirib.

AMB rəsmisi qeyd edib ki, bu qanunun qəbulu ölkədə tamamilə yeni ekosistemin formalaşdırılmasına imkan yaradacaq: “Ödəniş xidmətləri üzrə səmərəliliyin artırılması, inkluzivliyin genişləndirilməsi və istehlakçılara daha innovativ və əlverişli ödəniş məhsullarının verilməsinə şərait yaranacaq. Qanun xarici ödəniş xidməti təchizatçılarının ölkəmizdə fəaliyyəti üçün iki imkan yaradır. Onlar həm ölkəmizdə filial açmaqla, həm də filial açmadan banklarla müqavilə bağlamaqla fəaliyyət göstərə biləcəklər. Banklarla xarici ödəniş xidməti təchizatçıları arasında əməkdaşlığa dair tələblər də qanunda əks olunub”.

K. Qurbanova deyib ki, bu vaxta qədər həm MDB, həm də Avropa ölkələrindən Azərbaycanda filial açmaq üçün müraciətlər olur: “Bunun üçün qanunvericilikdə hansı tələblərin olduğu soruşulurdu. Artıq bu şərtlər qanunla müəyyən edilib".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AMB-nin departament rəhbəri: Ödəniş sistemləri ilə bağlı qanun noyabrda qüvvəyə minəcək

06-09-2023

Azərbaycanda ödəniş sistemləri haqqında qanun layihəsi hazırlanıb

17-05-2018

Prezident "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunu təsdiqlədi

09-08-2023

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanun layihəsini l oxunuşda təsdiqləndi

24-06-2023

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun 3 aya qüvvəyə minəcək

24-06-2023

Azərbaycanda rəqəmsal ödəniş ekosistemində yeni inkişaf dövrü başlayır

10-08-2023

Ötən il 1 elektron pul təşkilatı inzibati məsuliyyətə cəlb olunub

10-03-2025

Tahir Mirkişili: "Ödəniş xidmətlərinə çıxış imkanları genişləndiriləcək"

24-06-2023

Azərbaycanda ödəniş xidmətlərinin təchizatçıları müəyyən olunur

22-06-2023

AZQR kod-la ödənişlərə dair tələblər təsdiq edilib

08-12-2025

Ödəniş xidməti təchizatçılarının fəaliyyətinə dair tələblər müəyyən edilir

22-06-2023

“Elektron pul bazarında əməliyyatların məbləği ilə bağlı dəqiq statistika aparılmır"

22-06-2023

Nağdsız hesablaşmalara aid qanun layihəsi müzakirə edilib

20-09-2013

"AniPay"ın fəaliyyəti dayandırılır

03-03-2026

Azərbaycanda ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində dövlət rüsumları müəyyən edilir

13-10-2023

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi qəbul edilib

14-07-2023

“Azərbaycanda nağd ödənişlərə hər hansısa məhdudiyyətlər qoyulmayacaq"

20-02-2023

Azərbaycanda ödəniş xidmətləri müəyyənləşir

22-06-2023

AMB milli ödəniş infrastrukturunun beynəlxalq inteqrasiya perspektivlərini araşdırır

03-04-2026

Azərbaycanda pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması məcburi olacaq

22-06-2023

Bu gün Google Pay Azərbaycanda rəsmi olaraq istifadəyə verilib

23-08-2022

Ödəniş xidməti 3 halda ödəniş alətini bloklaşdırmaq hüququna malik olacaq

22-06-2023

Azərbaycanda ödəniş bazarının 8 iştirakçısı lisenziya almaq üçün gözləyir

14-02-2025

"Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun ölkəyə nə verəcək?

24-06-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə