Previous Next
Bağla

"Card to card" əməliyyatlarına limit qoyulmasının səbəbləri açıqlanıb

03-08-2026 14:32
"Card to card" əməliyyatlarına limit qoyulmasının səbəbləri açıqlanıb

"Azərbaycan Banklar Assosiasiyası" (ABA) və "Azərbaycan Fintex Assosiasiyası" (AzFina) İctimai Birlikləri bankların, eləcə də elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin minimallaşdırılması məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı yanaşmanın tətbiq olunması ilə bağlı razılaşma əldə edib.

Xeberler.az ABA-ya istinadən məlumat verir ki, sözügedən yanaşmaya əsasən, ödəniş xidməti istifadəçilərinə məxsus olan hər bir ödəniş aləti üzrə gündəlik olaraq maksimum 5 sayda, aylıq olaraq isə maksimum 20 min manata qədər mədaxil əməliyyatlarının həyata keçirilməsi imkanı nəzərdə tutulur. Bu çərçivədə, həmçinin, banklar və elektron pul təşkilatları tərəfindən ödəniş xidməti istifadəçilərinə onların hər bir hesabına bağlı istənilən maliyyə xidməti məhsulu üzrə yalnız bir ödəniş alətinin təqdim edilməsi nəzərdə tutulur. İndiki mərhələdə, ödəniş alətləri üzrə məxaric əməliyyatları ilə bağlı hər hansı limitin tətbiqi nəzərdə tutulmayıb.

"Bu yanaşma risk əsaslıdır və müştərilərin sağlam xarakterli mədaxil əməliyyatlarının məhdudulaşdırılmasını nəzərdə tutmur. Belə ki, bank və elektron pul təşkilatı müştərilərinin özlərinə və yaxın qohumlarına aid olan ödəniş alətləri üzrə mədaxil əməliyyatları qeyd olunan limitlərin tətbiqindən istisna edilir. Eyni zamanda, müştərilər tərəfindən aparılan əməliyyatlar barədə zəruri məlumatlar təqdim ediləcəyi və həmin əməliyatların müştərilərin risk profilinə uyğun olacağı hallar üzrə də limitlərin tətbiqi nəzərdə tutulmur. Analoji olaraq, ödəniş xidməti istifadəçiləri tərəfindən müvafiq əsaslandırmalar təqdim ediləcəyi təqdirdə, banklar və elektron pul təşkilatları tərəfindən onlara zəruri əlavə ödəniş alətlərinin təqdim edilməsi təmin olunacaq.

Sözügedən yanaşma sağlam ödəniş əməliyyatı təcrübəsinə malik olan ödəniş xidməti istifadəçiləri üçün hər hansı bir əlavə məhdudiyyət və ya çətinlik yaratmayacaq və onların gündəlik əməliyyatlarına mənfi təsir etməyəcək. Ödəniş xidməti istifadəçiləri rəqəmsal ödənişlərin üstünlüklərindən, o cümlədən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminal infrastrukturu və elektron bankçılıq xidmətlərindən ənənəvi qaydada istifadə edərək öz ödəniş əməliyyatlarını icra etməyə davam edəcəklər", - deyə açıqlamada qeyd olunub.

 

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ödəniş xidmətləri müəyyənləşir

Azərbaycanda ödəniş xidmətləri müəyyənləşir

22-06-2023
Ötən il 1 elektron pul təşkilatı inzibati məsuliyyətə cəlb olunub

Ötən il 1 elektron pul təşkilatı inzibati məsuliyyətə cəlb olunub

10-03-2025
Azərbaycanda pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması məcburi olacaq

Azərbaycanda pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması məcburi olacaq

22-06-2023
İlk onlayn ödəniş şirkəti Golden Pay Mərkəzi Bankdan Elektron Pul Təşkilatı lisenziyasını əldə etdi!

İlk onlayn ödəniş şirkəti Golden Pay Mərkəzi Bankdan Elektron Pul Təşkilatı lisenziyasını əldə etdi!

30-08-2024
Ödəniş xidməti 3 halda ödəniş alətini bloklaşdırmaq hüququna malik olacaq

Ödəniş xidməti 3 halda ödəniş alətini bloklaşdırmaq hüququna malik olacaq

22-06-2023
ABA: “Card-to-card” əməliyyatları ilə bağlı yeni tələblər müəyyən ediləcək

ABA: “Card-to-card” əməliyyatları ilə bağlı yeni tələblər müəyyən ediləcək

19-11-2025
Azərbaycanda ödəniş xidmətlərinin təchizatçıları müəyyən olunur

Azərbaycanda ödəniş xidmətlərinin təchizatçıları müəyyən olunur

22-06-2023
 “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanun layihəsini l oxunuşda təsdiqləndi

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanun layihəsini l oxunuşda təsdiqləndi

24-06-2023
Nağdsız hesablaşmalara aid qanun layihəsi müzakirə edilib

Nağdsız hesablaşmalara aid qanun layihəsi müzakirə edilib

20-09-2013
AZQR kod-la ödənişlərə dair tələblər təsdiq edilib

AZQR kod-la ödənişlərə dair tələblər təsdiq edilib

08-12-2025
Bu gün Google Pay Azərbaycanda rəsmi olaraq istifadəyə verilib

Bu gün Google Pay Azərbaycanda rəsmi olaraq istifadəyə verilib

23-08-2022
Prezident "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunu təsdiqlədi

Prezident "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanunu təsdiqlədi

09-08-2023
Azərbaycanda ödəniş və elektron pul təşkilatlarının lisenziyalaşdırılmasının vaxtı açıqlanıb

Azərbaycanda ödəniş və elektron pul təşkilatlarının lisenziyalaşdırılmasının vaxtı açıqlanıb

06-09-2023
Ödəniş xidməti təchizatçılarının fəaliyyətinə dair tələblər müəyyən edilir

Ödəniş xidməti təchizatçılarının fəaliyyətinə dair tələblər müəyyən edilir

22-06-2023
Azərbaycanda rəqəmsal ödəniş ekosistemində yeni inkişaf dövrü başlayır

Azərbaycanda rəqəmsal ödəniş ekosistemində yeni inkişaf dövrü başlayır

10-08-2023
Ağalı kəndində nağdsız ödəniş imkanları genişləndirilib

Ağalı kəndində nağdsız ödəniş imkanları genişləndirilib

12-09-2022
Uber-in vergiyə cəlb edilməsinə dair iclas keçirilib

Uber-in vergiyə cəlb edilməsinə dair iclas keçirilib

17-10-2017
ASAN ödəniş-dən daha bir yenilik

ASAN ödəniş-dən daha bir yenilik

30-04-2018
Fintex şirkətləri bankların rəqibi ola bilərmi?

Fintex şirkətləri bankların rəqibi ola bilərmi?

06-09-2023
Zakir Nuriyev: "Fintex" şirkətlərinin şəffaflığının artırılması zəruridir"

Zakir Nuriyev: "Fintex" şirkətlərinin şəffaflığının artırılması zəruridir"

13-06-2023
Azərbaycanda elektron pul emissiya ediləcək

Azərbaycanda elektron pul emissiya ediləcək

22-06-2023
Son dövrlərdə baş verən fırıldaqçılıq hallarına dair Azərbaycan Banklar Assosiasiyasının məlumatı

Son dövrlərdə baş verən fırıldaqçılıq hallarına dair Azərbaycan Banklar Assosiasiyasının məlumatı

15-08-2022
Bütün avtobuslarda NFC ödənişləri aktivləşdirilib

Bütün avtobuslarda NFC ödənişləri aktivləşdirilib

29-12-2025
Bu gündən "BakuBus"larda bank kartları ilə ödəniş mümkün olacaq

Bu gündən "BakuBus"larda bank kartları ilə ödəniş mümkün olacaq

25-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə