Previous Next
Bağla

Azərbaycanda Windows istifadəçilərinin nəzərinə

26-10-2016 10:36
Azərbaycanda Windows istifadəçilərinin nəzərinə

Microsoft  Korporasiyası bu il oktyabr ayının sonuncu bazar günü Azərbaycanda olan lisenziyalaşdırılmış Windows istifadəçilərinin kompüter sistemlərində yay vaxtına keçidin ləğv olunması ilə bağlı uyğunsuzluğun olmayacağını elan edib.

Məlum olduğu kimi, Azərbaycan hər ilin mart və oktyabr aylarının sonuncu həftəsinin bazar günü müvafiq olaraq yay və qış vaxtlarına keçirdi. Azərbaycan Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 saylı Qərarına əsasən, carı ilin 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçid ləğv olunub. Bu qərar müvafiq keçidə bir neçə gün qalmış elan edildiyi üçün kompüter sistemlərində vaxtla bağlı uyğunsuzluqlar əmələ gəlmişdi.

Lakin 2016-cı ilin mayın 10-da Microsoft Korporasiyası tərəfindən Azərbaycan ərazisində xüsusi Windows əməliyyat sistemlərində vaxtın hesablanması və saat qurşağının müəyyənləşdirilməsi funksiyalarının tənzimlənməsi üçün məcmu yenilənmə»nin (Windows Update) istifadəyə verilməsi sayəsində lisensiyalaşdırılmış Windows istifadəçilərinin kompüter sistemlərində vaxtla bağlı heç bir uyğunsuzluq qeydə alınmayıb.

Pirat və ya lisenziyasız əməliyyat sistemi istifadə edənlər, eləcə də Windows  yeniləmələri xidmətini söndürmüş istifadəçilər vaxtla bağlı uyğunsuzluqla üzləşəcəklər. Belə ki, qeyd edilən əməliyyat sistemlərində yay vaxtına keçid və ya ləğvi adəti üzrə baş verəcək ki, bu da həmin sistemlərdə saatların səhv göstərməsi ilə nəticələnəcək.

Microsoft Korporasiyası Azərbaycan ərazisində xüsusi Windows əməliyyat sistemlərində vaxtın hesablanması və saat qurşağının müəyyənləşdirilməsi funksiyalarının tənzimlənməsi üçün məcmu yenilənmə»ni  (Windows Update) istifadəyə verib. Yenilənmədən Windows-un bütün lisenziyalaşdırılmış versiyalarından ölkə ərazisində istifadə edənlər mayın 10-dan etibarən yararlana bilərlər.

Qeyd edək ki, Microsoft Korporasiyası bütün istifadəçiləri dərhal məlumatlandırmaq üçün martın 17-də media, sosial şəbəkələr, bloqlar və elektron poçt vasitəsi ilə uyğunsuzluğun təsirini azaldan müvafiq təlimatlar təqdim etmiş, eyni zamanda, Windows əməliyyat sistemlərində vaxtın hesablanması və saat qurşağının müəyyənləşdirilməsi funksiyalarının tənzimlənməsi üçün məcmu yenilənmə»nin buraxılışı üzərində işə başlamışdı. Bu məsələnin mərkəzləşdirilmiş qaydada Windows yeniləmələri (Windows Update) vasitəsi ilə həll edilməsi üçün Microsoft Korporasiyasına müvafiq məlumatla müraciət olunub və yenilənmə 10 may 2016-cı il tarixinə hazırlanacağı rəsmən bildirilmişdi.

Beləliklə, Microsoft Korporasiyası tərəfindən vəd edilmiş müvafiq yeniləmə artıq mayın 10-dan etibarən istifadəyə verilib. Bu təlimatdan istifadə etməklə həmin yeniləməni quraşdırmaq, beləliklə də Yay/Qış vaxtına keçidlə bağlı uyğunsuzluğu müvafiq qərara əsasən tamamilə həll etmək mümkündür.

Yay/Qış vaxtına keçidi ləğv edən yenilənmənin quraşdırılması üçün təlimat burada.

 

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Microsoft kompüterdə avtomatik yay vaxtına keçidin qarşısını almağın yolunu açıqladı

18-03-2016

Ölkədə yay vaxtına keçidin ləğv edilməsi ilə bağlı Windows yeniləndi

12-05-2016

“Windows Phone 7”nin ilk yenilənməsi buraxılıb

23-02-2011

RYTN-dən yay vaxtının ləğvi ilə əlaqədar tövsiyələr

18-03-2016

Saatlar geri çəkilməlidirmi?-Nazirlikdən xəbərdarlıq

30-10-2016

Windows 7 sistemi ilə işləyən fərdi kompüter satışları nə vaxt dayandırlır?

04-11-2015

iOS-da saat problemimiz aradan qaldırılıb

20-05-2016

Microsoft Windows XP-nin ömrünü uzadır

06-10-2008

Saat neçədir ? -Problem

27-03-2016

Hər 3 kompüterdən 1-də Windows Vista XP ilə əvəz olunub

20-08-2008

"Microsoft" "Windows 10"a dəstəyi dayandırır

14-10-2025

«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

06-08-2008

«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

23-07-2008

Microsoft yeni Windows 7 əməliyyat sisteminin ilk beta versiyasını ictimaiyyətə təqdim etdi

08-01-2009

Windows 10 kompüteri avtomatik bağlayacaq

13-01-2017

Windows 7-nin Azərbaycan dilli versiyanın buraxılması gözlənilir

22-10-2009

Windows 7 və XP-də olan klassik oyunlar ləğv edilir

11-07-2019

"Microsoft"un yay saatına keçid üçün yeniliyi

25-03-2011

Microsoft: Windows 7 ƏS-nin 300 milyon lisenziyası satılıb

01-02-2011

“Windows Phone 7”nin təqdim olunacağı vaxt açıqlandı

06-10-2010

«Microsoft» iki ildən sonra «Windows 8» sistemini istifadəyə verəcək

25-10-2010

"Windows 11"in buraxılacağı tarix açıqlanıb

29-06-2021

Microsoft-un ən zəif əməliyyat sistemi hansıdır?

09-02-2017

Windows 8 istifadəçilərinin yarısını itirdi

25-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə