Previous Next
Bağla

Saat neçədir ? -Problem

27-03-2016 14:43
Saat neçədir ? -Problem

Məlumat verdiyimiz kimi, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarının ləğv edilməsi barədə” Qərarında qeyd edildi ki, martın 27-də ölkə ərazisində yay vaxtına keçilməyəcək.
Bunun ardınca Microsoft şirkəti Azərbaycandakı istifadəçilərin yeni təqvimə qaydalarına uyğunlaşmasına yardımçı olmaq məqsədilə yay vaxtına avtomatik keçidin qarşısını alacaq  xüsusi təlimat və əlavə resurslar təqdim etdi. 
Belə ki, bununla bağlı, Microsoft şirkəti Windows əməliyyat sistemlərində vaxtın hesablanması və saat qurşağının müəyyənləşdirilməsi funksiyalarının tənzimlənməsi üçün müvafiq dəyişikliklərin fərdi şəkildə, avtomatik olmadan tənzimlənməsi üçün təlimatlar verdi.
Eyni zamanda Rabitə və Yüksək Texnologoyalar Nazirliyi də bununla bağlı açıqlama yaydı.
 Lakin bütün bu təlimatlara baxmayaraq bu gecə telefon və kompüterlər avtomatik yay vaxtına keçib.
Xeberler.az problemin nədən qaynaqlandığını dəqiqləşdirməyə çalışıb.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu cür problemin və  çaşqınlığın yaranmasına səbəb Nazirlər Kabinetinin qərarının icrası istiqamətində müvafiq qurumlar tərəfindən zəruri işlərin görülməməsidir.
"Vaxtın tənzimlənməsi, vaxtla bağlı prosedurlar həm də beynəlxalq bir tənzimləmə ilə bağlıdır ki, bununla da məşğul olan beynəlxalq qurumlar və cəmiyyətlər var. Ümumdünya vaxtı ilə bağlı bəlli bir standart var və bu standarta uyğun da vaxt – saat zonaları (qurşaqları) müəyyən olunub. Bunlar da dəyişməzdir. Yay-qış rejiminə keçən ölkələrdəki dəyişiklikləri qeyd edən xüsusi qurumlar var. Məsələn, İANA (Internet Assigned Numbers Authority (IANA) adlanan qurumda bütün dünya əraziləri üzrə vaxt zonaları, vaxt etalonlarının məlumat bazası (IANA Time Zone Database) burada yerləşir. İstənilən bir dəyişiklik də dərhal burada öz əksini tapır. Bu qurumun məlumatlarına əsaslanaraq internetdə müxtəlif ölkələrdəki dəqiq vaxtlarla bağlı da digər resurslar da yaradılıb ”.
Ekspert bildirib ki, əməliyyat sistemləri və proqram təminatı hazırlayanlar da vaxtla bağlı məlumatları avtomatik qaydada buradan, İANA bazasından əldə edir:
“ Əgər burada düzəlişlər, yeniləmələr yoxdursa, milli hökumətlər səviyyəsində hansısa qəraralar , dəyişikliklər olmasının hər hansı əhəmiyyəti yoxdur.

Məsələn , Rusiyada 2 il bundan öncə , 2014-cü ilin oktyabr ayındakı yay vaxtının ləğvi ilə məlumatlar artıq xeyli qabaqcadan, avqust ayında bu məlumat bazasında yerləşdirilmişdi. Buna görə də orada 11 saat qurşağı olan ərazilər olmasına baxmayaraq hər hansı problem olmadı.”
Osman Gündüz hesab edir ki, vaxt məsələlərinin tənzimlənməsi ilə bağlı cavabdeh dövlət qurumu olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, həmçinin də gözlənilən problemin texnoloji tərəfləri ilə bağlı RYTN  daha ciddi qabaqlayıcı addımlar ata bilərdilər:
“Təəssüf ki, bu, baş verməyib. Yəni Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bu tip beynəlxalq qurumlar və cəmiyyətlərlə bu dəyişiklikliyi qabaqcadan uzlaşdırmalıydı. Həmçinin, bu dövlət qurumları birlikdə bir maarifləndirmə işləri təşkil edə bilərdilər”.

İT üzrə ekspert Vahid Qasımov Xeberler.az-a bildirib ki, problem ona görə baş verib ki, müvafiq qurumlar məsələni müvafiq beynəlxalq quruma bildirməyib. Buna görə də avtomatik sinxronlaşdırılma edilməyib: “ Müvafiq beynəlxalq qurum məsələ ilə bağlı məlumatı rəsmi olaraq təsdiq etdikdən sonra bu fəaliyyət həyata keçirə bilər. Görünür, bizim dövlət qurumları məsuliyyətsizlik edib və məsələni beynəlxalq quruma təsdiqlətməyib.

Dünyada bəzi ölkələr də yay-qış vaxtına keçid edir. Onlar bunu həmin qurumda təsdiqlədirlər”. Vahid Qasımov deyir ki, Azərbaycanın müvafiq qurumları məsələni aidiyyatı quruma bildirməkdə gecikib: “ Bununla bağlı martın 16-sı bir qərar verildi. 17-si isə həmin qərar ləğv edildi. Yəni, bəzi anlaşılmazlıqlar oldu. Ona görə də Azərbaycan bunu beynəlxalq metroloji quruma bildirməkdə gecikdi. İndi isə görünən odur ki, həmin qurum müraciəti qəbul edib, təsdiqləməyib. Çox güman ki, onların rəsmi müraciəti qəbul edilməyib. Bu vəziyyət rəsmi orqanların məsuliyyətsizliyinə görə olub”.

Ekspert deyir ki, hazırda Azərbaycanda çaşqınlıq yaşanır. Belə ki, bütün cihazlarda vaxt avtomatik yox, əl rejimi ilə həyata keçirilir. Mobil telefonlara gəlincə isə ekspert bildirib ki, sinxronlaşdırılma mobil operatorların hesabı ilə aparılır. Onun sözlərinə görə, əgər mobil operatorlar bunu tənizmləsə idi, telefonlarda bu problem yaşanmayacaqdı. O qeyd edib ki, müvafiq qurum müraciəti rəsmi təsdiq etdikdən sonra məsələ həll olunacaq .

Bu problemlə bağlı Microsoft Azərbaycan-nın əməkdaşı Emin Axundov Azərbaycandakı istifadəçilərin yeni təqvim qaydalarına uyğunlaşmasına yardımçı olmaq məqsədilə yay vaxtına avtomatik keçidin qarşısını alacaq xüsusi təlimat və əlavə resurslar təqdim edildiyini və bununla bağlı da şirkət tərəfindən rəsmi açıqlama yayıldığını bildirib.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Microsoft kompüterdə avtomatik yay vaxtına keçidin qarşısını almağın yolunu açıqladı

18-03-2016

Azərbaycanda Windows istifadəçilərinin nəzərinə

26-10-2016

Saatlar geri çəkilməlidirmi?-Nazirlikdən xəbərdarlıq

30-10-2016

RYTN-dən yay vaxtının ləğvi ilə əlaqədar tövsiyələr

18-03-2016

iOS-da saat problemimiz aradan qaldırılıb

20-05-2016

Bəzi kompüter və telefonlarda saat avtomatik geri çəkiləcək

27-10-2017

Azercell-dən telefonların saatlarında yaranmış problemlə bağlı açıqlama

27-03-2016

Ölkədə yay vaxtına keçidin ləğv edilməsi ilə bağlı Windows yeniləndi

12-05-2016

Ekspert: Microsoftun son qərarı istifadəçilərdə anlaşılmazlıq yarada bilər

15-01-2020

Ölkədə WhatsApp və Skype-ı hansı qurumlar bloklayır?

17-05-2017

Saxta profillərdən xaricdə istifadə edilməsinin qarşısı necə alınacaq?

02-12-2016

Ekspert Azərpoçta qarşı ittihamla bağlı açıqlama verdi

28-09-2018

Ölkəmizdə WhatsApp, Skype kimi platformalar birdəfəlik bloklanıb?

02-06-2017

Ekspert: Elə MTK-lar var ki, özləri provayder yaradıblar

30-09-2022

Evisa və vizam.az domenlərinin fəaliyyəti nə üçün dayandırılıb?

22-12-2016

“Limitin 1000 dollardan 150 dollara qədər endirilməsində maraqlı qüvvələr var”

07-02-2015

Qırmızı Körpü sərhəd-keçid məntəqəsində nə baş verib?

26-05-2017

NİİM hansı quruma həvalə olunacaq?

18-11-2015

Ekspert:Ermənilər Şuşa ətrafında baza stansiyalarını gücləndiriblər

25-04-2022

Dünya Artsax TV kanalına baxır - Qarşısı alınmalıdır

10-01-2019

Ekspert:Nə üçün kiber hücum öncədən nəzərə alınmayıb?

15-09-2022

Səlahiyyətli qurumlarımız dünya xəritə servisləri ilə işləyə bilmir- ekspert

11-06-2018

İnternet problemi niyə həllini tapmır - Ekspertdən AÇIQLAMA

13-04-2021

Ekspert : "Məhkəmələr İT sahəsinə uyğun nümayəndələr göndərsinlər"

12-11-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə