Previous Next
Bağla

Ölkədə yay vaxtına keçidin ləğv edilməsi ilə bağlı Windows yeniləndi

12-05-2016 09:52
Ölkədə yay vaxtına keçidin ləğv edilməsi ilə bağlı Windows yeniləndi

Məlumat verdiyimiz kimi, Azərbaycan Nazirlər Kabinetinin 17 Mart 2016-cı il tarixli 131 saylı Qərarına əsasən, cari ilin 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçid ləğv olunub. Yay vaxtına keçid ləğv olunması ilə  əlaqədar kompüter sistemlərində vaxtla bağlı uyğunsuzluqlar əmələ gəlib.
 
Xeberler.az Microsoft şirkətinə istinadən məlumat verir ki,  bu məsələnin mərkəzləşdirilmiş qaydada Windows yeniləmələri vasitəsi ilə həll edilməsi üçün Microsoft şirkəti tərəfindən vəd edilmiş müvafiq yeniləmə təqdim edilib.

Aşağdakı təlimatdan istifadə etməklə həmin yeniləməni quraşdırmaq, beləliklə də Yay/Qış vaxtına keçidlə bağlı uyğunsuzluğu müvafiq qərara əsasən tamamilə həll etmək mümkündür.
 
Təlimata əməl etməzdən əvvəl bir sıra  tövsiyələr təqdim edilir:
 
1. Yeniləmələr Microsoft Korporasiyası və yerli mütəxəssislər tərəfindən uğurla sınaqdan keçirilib, işlək vəziyyətdədirlər. Bu və ya istənilən yeniləməni istehsalat mühitində quraşdırmazdan əvvəl hər ehtimala qarşı ehtiyat nüsxələrin (Backup) çıxarıldığına və onların işlək vəziyyətdə olduğuna əmin olun;
 
2. Yeniləməni əvvəlcə sınaq mühitində quraşdırın, müvafiq sınaqlar aparın, nəticələrdən razı qaldıqdan və dəyişikliklərin təsirini təhlil edib müvafiq əməliyyat risklərini qiymətləndirdikdən sonra istehsalat mühitinə quraşdırmağıplanlaşdırın;
 
3. İstehsalat mühitində istifadəçilərə və işgüzar proseslərə təsiri azaltmaq üçün (to minimize impact) yeniləmələrin quraşdırılmasın qeyri iş saatlarında (non-working hours) həyata keçirin;
 
4. Rəy və təkliflərinizi (feedback) bizimlə paylaşmaqdan çəkinməyin.
 
Windows 10 üçün nəzərdə tutulmuş yeniləmə müvafiq toplu yeniləmənin (Cumulative Update) içərisində təqdim olunub. Bu keçiddə daha ətraflı məlumat verilib:



Yeniləməni quraşdırmazdan əvvəl əməliyyat sistemində saat qurşağının vəziyyətini yoxlayın və (UTC +04:00) Baku dayandığına əmin olun. Əgər başqa saat qurşağı dayanıbsa bunu (UTC +04:00) Baku seçiminə dəyişin. DəyişikliyiSTART -> SETTINGS -> TIME & LANGUAGE -> DATE & TIME bölməsində edə bilərsiniz.

Yeniləməni quraşdırmaq üçün internetə qoşulu olduğunuza əmin olduqdan sonra START -> SETTINGS -> UPDATE & SECURITY bölməsində yeniləmələri yoxlamaq üçün Check for updates düyməsini basın. Əməliyyat sistemi müvafiq yeniləmələri tapıb sizin kompüterə quraşdırmağa başlayacaq. Əgər tapmazsa, onda Check online for updates from Microsoft Update seçərək, yenidən cəhd etməyinizi tövsiyə edirik. Lazım olan yeniləmə "Cumulative Update for Windows 10 ... (KB3156421)" adlanır:



Yeniləmələrin quraşdırılması internet bağlantınızın sürətindən və kompüterin gücündən asılı olaraq 10-30 dəqiqə vaxt ala bilər.



Yeniləmə bitdikdən sonra dəyişikliklərin qüvvəyə minməsi üçün kompüteri yenidən yükləməlisiniz (Restart).
 
Yeniləmələrin quraşdırılması və kompüterinizin yenidən yüklənməsi uğurla başa çatdıqdan sonra
 
START -> SETTINGS -> TIME & LANGUAGE -> DATE & TIME bölməsində yenidən baxsanız Yay/Qış vaxtına keçidin tamamilə söndürüldüyünü müşahidə edəcəksiniz.
 
 
 Windows Server 2012 R2 və digər əməliyyat sistemləri üçün təlimat

Təlimatlar digər əməliyyat sistemlərində (Windows 8.1, Windows RT 8.1, Windows Server 2012, Windows Embedded 8, Windows Server 2008 R2 Service Pack 1 (SP1) Windows 7 SP1, Windows Server 2008 Service Pack 2 (SP2), Windows Vista SP2, Windows XP Embedded) də yeniləməni eyni qaydada quraşdırmaq mümkündür:
 
Yeniləməni iki yol ilə quraşdırmaq olar.
 
1.    Windows Update vasitəsi ilə. Əgər sizin istifadə etdiyiniz əməliyyat sistemi yeniləmələri avtomatik alırsa, onda növbəti yeniləmələr quraşdırılan zaman müvafiq yeniləmə sizin əməliyyat sisteminə Windows Update vasitəsi ilə avtomatik olaraq quraşdırılacaqdır. Bu yolu istifadə edirsinizsə, sizdən heç bir əməliyyat və ya quraşdırma aparmaq tələb olunmur. Sadəcə əmin olun ki, KB3153731 saylı yeniləmə uğurla quraşdırılıb, saat qurşağı (UTC +04:00) Baku seçilib, saat da vaxtı düz göstərir.

 Bunu yoxlamaq üçün növbəti şəkildə göstərildiyi kimi, İdarəetmə panelində (Control Panel) baxa bilərsiniz

2. Microsoft Download Center vasitəsi ilə. Əgər sizin istifadə etdiyiniz əməliyyat sistemi yeniləmələri avtomatik almırsa, aşağıdakıları etmək lazımdır.

 
Yuxarıda qeyd edilən ümumi tövsiyələrə əməl etmək və müvafiq yeniləməni yükləmək üçün bu keçidə gedin:



Açılan səhifənin aşağı hissəsində hər bir əməliyyat sisteminin 32-bit və ya 64-bitlik versiyası üçün yeniləməni endirmək üçün keçid (download link) verilmişdir:

Lazım olan yeniləməni endirmək üçün müvafiq linkə gedin. Bu zaman aşağıdakı səhifəni görəcəksiniz. Orada olan məzmunla tanış olub Download düyməsini basmaqla müvafiq yeniləməni birbaşa serverə və ya başqa kompüterə endirə bilərsiniz:

Müvafiq yeniləmə faylı serverə endirildikdən sonra onun işə salmaq və bitməsini gözləmək lazımdır (Əgər yeniləməni başqa kompüterə köçürülübsə, onu müvafiq serverə köçürdüb, serverdə işə salmaq lazımdır). Yeniləmənin quraşdırılması tam avtomatlaşdırılmışdır. Quraşdırma bitdikdən sonra dəyişikliklərin qüvvəyə minməsi üçün serveri yenidən yükləməlisiniz (Restart).

Yeniləmələrin quraşdırılması və kompüterinizin yenidən yüklənməsi uğurla başa çatdıqdan sonra
 
Control Panel -> Clock, Language and Region -> Set the time and date hissəsində yenidən baxsanız Yay/Qış vaxtına keçidin tamamilə söndürüldüyünü müşahidə edəcəksiniz.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda Windows istifadəçilərinin nəzərinə

Azərbaycanda Windows istifadəçilərinin nəzərinə

26-10-2016
Hər 3 kompüterdən 1-də Windows Vista XP ilə əvəz olunub

Hər 3 kompüterdən 1-də Windows Vista XP ilə əvəz olunub

20-08-2008
Windows versiyaları üçün yeniləmə təqdim olunub

Windows versiyaları üçün yeniləmə təqdim olunub

22-07-2015
 Microsoft kompüterdə avtomatik yay vaxtına keçidin qarşısını almağın yolunu açıqladı

Microsoft kompüterdə avtomatik yay vaxtına keçidin qarşısını almağın yolunu açıqladı

18-03-2016
"Microsoft" "Windows 10"a dəstəyi dayandırır

"Microsoft" "Windows 10"a dəstəyi dayandırır

14-10-2025
RYTN-dən yay vaxtının ləğvi ilə əlaqədar tövsiyələr

RYTN-dən yay vaxtının ləğvi ilə əlaqədar tövsiyələr

18-03-2016
"Microsoft"un yay saatına keçid üçün yeniliyi

"Microsoft"un yay saatına keçid üçün yeniliyi

25-03-2011
iOS-da  saat problemimiz aradan qaldırılıb

iOS-da saat problemimiz aradan qaldırılıb

20-05-2016
«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

06-08-2008
«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

«Microsoft Windows Vista» və «MS Office-2007» əməliyyat sistemlərinin lokallaşdırılması yekunlaşıb

23-07-2008
Windows 10 əməliyyat sistemi bu gündən istifadəyə verildi

Windows 10 əməliyyat sistemi bu gündən istifadəyə verildi

29-07-2015
Windows 10 kompüteri avtomatik bağlayacaq

Windows 10 kompüteri avtomatik bağlayacaq

13-01-2017
Dünyada yeni virus təhlükəsi- Xəbərdarlıq

Dünyada yeni virus təhlükəsi- Xəbərdarlıq

29-06-2017
Windows 10-da məlumatlara giriş üçün icazə tələb olunacaq

Windows 10-da məlumatlara giriş üçün icazə tələb olunacaq

18-09-2017
Microsoft: Bu kompüterlər zəifləyəcək

Microsoft: Bu kompüterlər zəifləyəcək

10-01-2018
Windows 8 istifadəçilərinin yarısını itirdi

Windows 8 istifadəçilərinin yarısını itirdi

25-05-2015
«Microsoft» iki ildən sonra «Windows 8» sistemini istifadəyə verəcək

«Microsoft» iki ildən sonra «Windows 8» sistemini istifadəyə verəcək

25-10-2010
Microsoft Windows XP-nin ömrünü uzadır

Microsoft Windows XP-nin ömrünü uzadır

06-10-2008
İstifadəçilər narazılıq edir-Kompüterlər açılmır

İstifadəçilər narazılıq edir-Kompüterlər açılmır

11-01-2018
Microsoft yeni Windows 7 əməliyyat sisteminin ilk beta versiyasını ictimaiyyətə təqdim etdi

Microsoft yeni Windows 7 əməliyyat sisteminin ilk beta versiyasını ictimaiyyətə təqdim etdi

08-01-2009
Windows Vista SP2 hazırdır

Windows Vista SP2 hazırdır

01-05-2009
Windows 7 bu ilin sonunda nümayiş olunacaq

Windows 7 bu ilin sonunda nümayiş olunacaq

19-09-2008
Microsoft şirkəti Windows 7-nin hazırlanmasını yekunlaşdırdı

Microsoft şirkəti Windows 7-nin hazırlanmasını yekunlaşdırdı

22-10-2009
    BakuTel sərgisində Microsoft Windows 8 əməliyyat sistemi nümayiş olundu

BakuTel sərgisində Microsoft Windows 8 əməliyyat sistemi nümayiş olundu

07-11-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə