Previous Next
Bağla

Azərbaycanın əsas import-export tərəfdaşları - Statistika

18-06-2021 13:51
Azərbaycanın əsas import-export tərəfdaşları - Statistika

Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri 2021-ci ilin yanvar-aprel aylarında dünyanın 164 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata əsasən, 96 ölkəyə məhsul ixrac, 152 ölkədən isə idxal olunub.

Xeberler.az bildirir ki, 2021-ci ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsi 9532,1 milyon dollar təşkil edib. Ticarət dövriyyəsinin 6003,2 milyon dollarını (63%) ölkədən ixrac olunmuş məhsulların, 3528,9 milyon dollarını (37%) isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 2474,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 16,5% artıb, real ifadədə isə 12,4% o cümlədən idxal 18,1%, ixrac 8,3% azalıb.

2021-ci ilin yanvar-aprel aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 27%, real ifadədə 10,7% artaraq 697,0 milyon dollar olub. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 37,5%-ni İtaliyaya, 16,6%-ni Türkiyəyə, 5,5%-ni Hindistana, 5,3%-ni İspaniyaya, 4,9%-ni Gürcüstana, 3,1%-ni Rusiyaya, 3%-ni Portuqaliyaya, hər biri 2,8% olmaqla Ukrayna və Xorvatiyaya, 2,7%-ni İsrailə, 2,5%-ni Tunisə, hər biri 1,9% olmaqla Belarus və Çinə, 1,4%-ni Birləşmiş Krallığa, 1,1%-ni İsveçrəyə, 7%-ni isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (31%), Rusiyaya (27%), İsveçrəyə (9,8%), Gürcüstana (7,7%), ABŞ-a (3,3%), Çinə (2,2%), Türkmənistana (1,8%), Ukraynaya (1,6%), Belçikaya (1,3%), Qazaxıstana (1,2%), Almaniyaya (1,1%), İrana (1%), İtaliyaya (1%) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,2 faizi Rusiya, 15,2 faizi Türkiyə, 12,3 faizi Çin, 6,9 faizi Almaniya, 4,3 faizi ABŞ, 4,0 faizi Ukrayna, 3,6 faizi İran, 3,5 faizi İtaliya, 2,7 faizi Birləşmiş Krallıq, hər biri 2,0 faiz olmaqla Koreya və Yaponiya, 1,7 faizi Fransa, 1,6 faizi Braziliya, 1,5 faizi Hindistan, hər biri 1,2 faiz olmaqla Belarus və Polşa, 18,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2021-ci ilin yanvar-aprel aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 50,2 faiz, şəkər – 2,4 dəfə, bitki yağları – 35,3 faiz, meyvə və tərəvəz şirələri – 28,2 faiz, meyvə və tərəvəz konservləri – 18,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 1,8 dəfə, pambıq lifi – 2,1 dəfə, pambıq ipliyi – 47,1 faiz, bentonit gili – 4,2 faiz artmış, təzə tərəvəz ixracı isə 35,1 faiz, çay – 21,1 faiz, kartof – 34,2 faiz, tütün – 59,9 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 22,5 faiz, polietilen – 0,5 faiz, emal olunmamış alüminium – 15,3 faiz, qara metallardan borular – 1,3 faiz azalmışdır.

2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2021-ci ilin yanvar-aprel aylarında buğda idxalı 30,6 faiz, xam şəkər və şəkər – 2,2 dəfə, kərə yağı, digər süd yağları və pastaları – 4,6 faiz, kartof – 3,8 faiz, təzə tərəvəz – 1,7 dəfə, siqaretlər – 1,9 faiz, minik avtomobilləri – 37,0 faiz, dərman vasitələri – 9,3 faiz, hesablama maşınları, blok və qurğuları – 10,8 faiz, rezin şinlər – 50,3 faiz, yük avtomobilləri – 1,7 dəfə, mebellər – 8,4 faiz, paltaryuyan maşınlar – 30,0 faiz, məişət kondisionerləri – 2,2 dəfə, məişət soyuducuları – 51,0 faiz artmış, bitki yağları idxalı isə 11,5 faiz, təzə meyvə – 0,9 faiz, çay – 2,7 faiz, quş əti və onun əlavə məhsulları – 27,2 faiz, mal əti – 33,6 faiz, qara metallardan borular – 37,3 faiz, polad prokatı – 56,2 faiz, mineral gübrələr – 28,8 faiz, qara metallardan çubuqlar – 64,1 faiz, polietilen – 45,5 faiz, qara metallardan künclüklər – 27,6 faiz, avtobuslar – 36,2 faiz, sement və sement klinkerləri – 47,5 faiz azalmışdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kompüterlərdə "Opera"nın payı 34 faiz azalıb

Kompüterlərdə "Opera"nın payı 34 faiz azalıb

01-09-2025
Rabitə xidmətlərinin həcmi artır

Rabitə xidmətlərinin həcmi artır

26-01-2009
"Google Gemini"nin Azərbaycandakı bazar payı artıb

"Google Gemini"nin Azərbaycandakı bazar payı artıb

05-01-2026
Azərbaycanda sənaye istehsalı 40 mlrd. manata yaxınlaşıb

Azərbaycanda sənaye istehsalı 40 mlrd. manata yaxınlaşıb

15-08-2023
Azərbaycanda kompüterlərdə "ChatGPT"nin payı azalır

Azərbaycanda kompüterlərdə "ChatGPT"nin payı azalır

02-09-2025
"Apple"ın Azərbaycanda bazar payı azalıb

"Apple"ın Azərbaycanda bazar payı azalıb

03-07-2019
"ChatGPT" 3 ayda Azərbaycandakı bazar payının 12 faizini itirib

"ChatGPT" 3 ayda Azərbaycandakı bazar payının 12 faizini itirib

03-03-2026
Rabitə xidmətlərinin həcmi artıb

Rabitə xidmətlərinin həcmi artıb

27-02-2009
Azərbaycanın ixrac etdiyi İT məhsulların həcmi artır

Azərbaycanın ixrac etdiyi İT məhsulların həcmi artır

16-11-2015
Xiaomi smartfonları Apple-a meydan oxuyur

Xiaomi smartfonları Apple-a meydan oxuyur

05-08-2019
Azexport.az portalına 2018-ci ildə 514 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub.

Azexport.az portalına 2018-ci ildə 514 milyon ABŞ dolları məbləğində ixrac sifarişi daxil olub.

01-02-2019
Azərbaycanın qeyri-neft ixracı 3 milyard dollara yaxınlaşıb

Azərbaycanın qeyri-neft ixracı 3 milyard dollara yaxınlaşıb

06-01-2023
Facebook-dan statistika

Facebook-dan statistika

19-11-2011
Azərbaycanın rabitə sektorunun satış həcmi 881 milyon dollar təşkil edib

Azərbaycanın rabitə sektorunun satış həcmi 881 milyon dollar təşkil edib

20-10-2009
İnternet ucuzlaşıb

İnternet ucuzlaşıb

11-03-2013
Azərbaycanda "Facebook"un bazar payı artıb

Azərbaycanda "Facebook"un bazar payı artıb

03-07-2019
Ölkədə  kompüter, elektron və optik məhsulların istehsalı artıb

Ölkədə kompüter, elektron və optik məhsulların istehsalı artıb

18-11-2015
İKT sahəsinin gəlirləri 10 faiz artıb

İKT sahəsinin gəlirləri 10 faiz artıb

27-07-2015
Azərbaycanda "Facebook" istifadəçilərin fəallığı artıb

Azərbaycanda "Facebook" istifadəçilərin fəallığı artıb

01-10-2020
Azərbaycanda noutbukların qiyməti artıb

Azərbaycanda noutbukların qiyməti artıb

29-05-2017
Rabitə xidmətlərinin dəyəri 7,6 faiz artıb

Rabitə xidmətlərinin dəyəri 7,6 faiz artıb

17-09-2018
Azərbaycanda kompüterlərin istehsalı artıb

Azərbaycanda kompüterlərin istehsalı artıb

25-11-2017
Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı artıb

Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı artıb

01-08-2022
Ümumi daxili məhsulun 2,2 faizi informasiya və rabitə xidmətlərində yaradılıb

Ümumi daxili məhsulun 2,2 faizi informasiya və rabitə xidmətlərində yaradılıb

15-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə