Previous Next
Bağla

ETX fərdi məlumatların mühafizəsi sahəsində layihəyə start verib

26-05-2026 22:10
ETX fərdi məlumatların mühafizəsi sahəsində layihəyə start verib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) fərdi məlumatların mühafizəsi sahəsində maarifləndirmə və metodiki dəstək layihəsinə başlayıb.  

Xeberler.az məlumat verir ki, layihə çərçivəsində ilk təlim telekommunikasiya sektorunda fəaliyyət göstərən operator və provayderlərin nümayəndələri üçün keçirilib. 110-dan çox operator və provayder nümayəndələrinin iştirak etdiyi təlimin əsas məqsədi telekommunikasiya sahəsində fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı qanunvericilik tələblərinin izah edilməsi, habelə bu sahədə mövcud öhdəliklərin icrası üzrə metodiki dəstəyin göstərilməsidir. 

İştirakçılara “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn əsas tələblər, fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatı, fərdi məlumatların təhlükəsizliyinin təmini üzrə texniki və təşkilati tədbirlər, eləcə də informasiya sistemlərində fərdi məlumatların qanuni və təhlükəsiz işlənilməsi ilə bağlı praktiki məsələlər barədə məlumat verilib. 

Bildirilib ki, dövlət qeydiyyatı tələb olunan informasiya sistemlərini dövlət qeydiyyatından keçirmədən fərdi məlumatların toplanılması və işlənilməsi qanun pozuntusu hesab edilir. Həmçinin fərdi məlumatların mühafizəsi üzrə müəyyənləşdirilmiş təhlükəsizlik tələblərinə əməl edilməməsi inzibati məsuliyyət yaradır və bu hallarla bağlı ETX qanunvericiliyə uyğun tədbirlər görəcək.  

Eyni zamanda vurğulanıb ki, telekommunikasiya fərdi məlumatların mühafizəsi baxımından yüksək riskli sahələrdəndir. Bu sahədə təhlükəsizliyin təmini ölkənin internet məkanının təhlükəsizliyinin qorunması, telekommunikasiya xidmətlərinin dayanıqlığının gücləndirilməsi və istifadəçilərin rəqəmsal xidmətlərə etimadının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. 

ETX strateji sənədlərdə müəyyən olunmuş tapşırıqların icrası çərçivəsində fərdi məlumatların mühafizəsinin gücləndirilməsi məqsədilə digər həssas sektorlar üzrə də maarifləndirmə və metodiki dəstək tədbirlərini davam etdirməyi nəzərdə tutur. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ETX: Vətəndaşların fərdi məlumatlarının yayılmasının qarşısı alınıb

28-01-2026

Türkiyə ilə fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq müzakirə edilib

11-04-2022

AQEM-ə üzv dövlətlərin iştirakı ilə beynəlxalq forum keçirilib

30-10-2025

Elektron Təhlükəsizlik Xidməti daha bir məktəbdə maarifləndirmə tədbiri keçirib

13-09-2024

İKTA operator və provayderlərin fəaliyyətinin uyğunluğunu nəzərdən keçirib

04-03-2026

İKTA-da internetdən təhlükəsiz istifadə məsələləri müzakirə edilib

18-09-2025

28 yanvar - Beynəlxalq fərdi məlumatların mühafizəsi günüdür

28-01-2021

ETX: Yeni qanunvericilik vətəndaşların məlumatlarının təhlükəsizliyi daha da gücləndirəcək

09-10-2025

Elektron Təhlükəsizlik Xidməti və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi əməkdaşlığa başlayıb

20-06-2024

ETX və “Məktəblinin dostu” növbəti maarifləndirmə tədbirləri keçirib

24-12-2024

Fərdi məlumatların mühafizəsi təkmilləşdiriləcək

28-08-2023

Azərbaycanda fərdi məlumatların qorunması ilə bağlı yeni qanun gözlənilir

28-04-2026

"Aviasiya Akademiya"sının tələbələri üçün maarifləndirici təlim keçirilib

04-05-2026

Informasiya təhlükəsizliyinə dair V respublika konfransı keçiriləcək

12-11-2019

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib

15-04-2024

28 Yanvar - Məlumatların Mühafizəsi Günüdür

28-01-2025

Taksi sifarişi operatoru fəaliyyətinə icazələrin verilməsinə başlanılıb

16-10-2023

AzTU ilə ETX arasında əməkdaşlıq memorandumu imzalanıb

02-12-2024

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirib

17-04-2024

Prezident İlham Əliyev fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması qaydalarını təsdiq etdi

05-10-2010

ETX məktəblilərin maarifləndirilməsini davam etdirir

31-03-2026

Azərbaycanda "Fərdi informasiyanın mühafizəsi üzrə" qanun layihəsinə dəyişiklik hazırlanır

13-06-2023

Nazirlik internetdən təhlükəsiz istifadə ilə bağlı treninq keçirib

09-02-2016

ETX: Sürücülük vəsiqələrinin qanunsuz paylaşılmasının qarşısı alınıb

13-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə