Previous Next
Bağla

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

28-05-2026 14:37
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədilə “YAŞAT” Fondu ilə əməkdaşlığını davam etdirir.

Xeberler.az bildirir ki, əməkdaşlıq çərçivəsində bu ildən etibarən “YAŞAT” Fondunun təşkilatçılığı ilə “Zərif Görüş” layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi şəhidlərin həyat yoldaşları arasında ünsiyyətin gücləndirilməsi, mənəvi dəstəyin göstərilməsi, müsbət psixoloji mühitin formalaşdırılması, onların şəxsi potensiallarının kəşf və inkişafına dəstək olmaqdır. Bakıda və digər regionlarda səhər yeməyi formatında keçirilən tədbirlərdə müxtəlif mövzularda təlimlər və psixoloqlarla interaktiv dialoqlar təşkil edilir, iştirakçılara hədiyyələr təqdim olunur. Bu günədək 7 tədbirdə 250-dən çox şəhid xanımı iştirak edib və ilin sonunadək bu sayın daha da artacağı nəzərdə tutulur.

NEQSOL Holding-in dəstəyi ilə hazırda “YAŞAT” Fondu tərəfindən “Hədiyyə Karvanı” layihəsi də həyata keçirilir. 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün ölkəni əhatə etməklə 14 yaşadək olan 1600-dən çox şəhid övladına bayram hədiyyələri təqdim edilir. Hazırda hədiyyə qutularının şəhid ailələrinə çatdırılması prosesi davam edir.

NEQSOL Holding və “YAŞAT” Fondu arasında əməkdaşlıq davamlı olaraq həyata keçirilir.

Belə ki, NEQSOL Holding-in dəstəyi ilə ötən il 2000-dən çox şəhid övladına, bir çoxu bir neçə layihə çərçivəsində olmaqla, “YAŞAT” Fondunun təşkil etdiyi Məktəb Ləvazimatları ilə Təminat (1467 nəfər), “YAŞAT” Yay Düşərgəsi (457 nəfər), Birləşmiş Krallıqda Yay Məktəbi (10 nəfər) və Hədiyyə Karvanı (1673 nəfər) sosial layihələri çərçivəsində müxtəlif formalarda dəstək göstərilib. Həmçinin, 710 nəfər əlilliyi təyin olunmuş şəxsə və şəhid ailəsinə tibbi xidmətlərin və təhsil xərclərinin maliyyələşdirilməsi formasında sosial dəstək göstərilib.

Ümumilikdə, 2021-ci ildən etibarən Holdinqin qərarı ilə tərkibindəki Bakcell, Norm, Azerconnect Group və Nobel Energy şirkətləri “YAŞAT” Fonduna ümumilikdə 3,7 milyon manat vəsait ayırıb.

NEQSOL Holding Qurban bayramı və Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edir, əmin-amanlıq və firavanlıq kimi ən xoş arzularını çatdırır.

NEQSOL Holding 11 ölkədə telekommunikasiya, enerji, yüksək texnologiyalar, tikinti və mədənçıxarma sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

06-06-2025

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir

08-11-2025

"NEQSOL Holding" “YAŞAT” Fonduna 500 min manat vəsait ayırıb

18-03-2023

"NEQSOL Holding" “YAŞAT” Fondu ilə şəhid və qazi ailələrinə dəstəyini davam etdirir

21-04-2023

NEQSOL Holding Novruz Bayramı münasibətilə “YAŞAT” Fonduna 500 000 manat vəsait köçürüb

19-03-2022

“NEQSOL Holding” Həmrəylik Günü münasibətilə “YAŞAT” Fonduna ianə edib

30-12-2021

“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu

31-05-2025

“Bakcell”in baş sponsorluğu ilə 3-cü “YAŞAT” düşərgəsi davam edir - VİDEO

21-08-2023

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda

25-07-2025

“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır

18-06-2025

Bakcell şirkəti “YAŞAT” Fondunun daha bir təşəbbüsünə qoşulub

19-03-2021

"Bakcell" Qurban bayramı ilə bağlı şəhid və qazi ailələrinə dəstək göstərib

28-06-2023

“Nar” YAŞAT Fondu ilə birlikdə şəhid ailələri və qazilərə Novruz sovqatları təqdim edib

19-03-2021

NEQSOL Holding Türkiyəyə humanitar yardım göstərməyə davam edir

15-03-2023

NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

14-04-2026

NEQSOL Holding Azərbaycanda ən iri vergi ödəyiciləri sırasına daxil olub

06-03-2025

Londonda "YAŞAT" yay məktəbi davam edir

28-07-2025

“AzInTelecom”dan şəhid övladlarına dəstək

10-09-2025

"Nar” şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsinə dəstək olub

27-08-2021

“NEQSOL Holding” Silahlı Qüvvələrə Yardım Fonduna 1 milyon ayırıb

02-10-2020

NEQSOL Holding-dən Türkiyəyə 14 milyon TL məbləğində yardım

10-02-2023

“Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu

04-08-2023

Bakcell “Qarabağ Dirçəliş Fondu”na ianə edib

02-02-2021

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə NEQSOL Holding arasında Anlaşma imzalanıb

29-11-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə