Azərbaycanın milli domen
zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 23986 domen təşkil edib.
Xeberler.az-ın Rabitə və Yüksək
Texnologiyaları Nazirliyinə istinadla verdiyi məlumata görə, ilin əvvəlindən bu
günədək 7677 domen qeydiyyatdan keçirilib, 5890 domen isə ləğv edilib. Hazırda
Azərbaycanda 21009 “*.az”, 990“*.com.az”, 204 “*.edu.az”, 132“*.org.az”,
73“*.net.az”, 77 “*.co.az”, 42“*.int.az”, 63 “*.info.az”, 35“*.pp.az”, 25
“*.biz.az”, 14 “*.name.az”, 1 “*.mil.az”, 1 “*.pro.az” domeni qeydiyyatdan
keçirilərək istifadə edilir. Son bir ayda “*.az” domenlərinin sayı əsasən
“*.com.az”, “*.edu.az” və digər kiçik domenlərin xeyrinə əhəmiyyətli dərəcədə
azalıb. Son üç ildə “*.az” domen zonasında kəskin artım müşahidə olunur və
2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici
3 min, 2011-ci ildə isə 4387, 2012-ci ildə 5478 domen adı olub.
Ötən il 6199 domen qeydə alınıb və
təxminən 2500 domen qeydiyyatdan çıxarılıb, nəticədə ölkədə 1 ilə xalis domen
artımı 3699 domen təşkil edib. Beləliklə, Azərbaycanda 2013-cü ildə 2012-ci illə
müqayisədə qeydiyyatdan keçmiş domenlərin sayı 30% artıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri